138
fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənəd-
lər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildi-
rək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı
Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən
dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır (Сафарга-
лиев, 1996, s. 290)
XIII əsrdə qələmə alınmış, müəllifi bilinmə-
yən və T. Hautsman tərəfindən nəşr edilmiş ―Kitab – məcmu – e
– tərcüman türki və əcəmi və moğoli və farsi‖ adlı lüğətdə də
uyğur dili ―moğol dili‖ kimi təqdim edilir.
Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün
―Yazı tarixi‖ kitabında Çingiz xanın və oğullarınn dövründə
uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların
bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır (Fridrix,
1979, s. 168). Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum
olan və dövrümüzədək ―Şəcərət əl - ətrak‖ (Türklərin şəcərəsi)
adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd
şeri
də uyğur türkcəsindədir
“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,
Terek tubtin cıqılsa turquzar olum Cuçi dur”
(Ön və Orta Asiya türklərinin
tarixinə dair
dörd anonim mənbə, 2003, s. 106).
Odur ki, moğolların (muğalların) bugünkü monqollarla ey-
niləşdirilməsi kökündən səhvdir və rus ―alim‖lərinin siyasi məq-
sədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və
bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan,
əsli guya çin heroqlifləri ilə monqol dilində olan, fəqət dövrü-
müzə çin dilinə tərcümədə gəlib çatan saxta ―Monqolların gizli
tarixi‖nə əsaslanır. Əgər gerçəkdən də nə zamansa çin heroqlifləri
ilə yazılmış və guya monqol dilində olmuş mətnlər olubsa, onun
gerçəkdən də monqol dilində yazılmış olduğunu kim və necə
müəyyənləşdirmişdir? Axı, heroqliflər fonetik yazı deyil, bütöv
sözlərin işarələrlə yazılışıdır və heroqliflərlə yazılmış mətnlərin
fonetik səslənişini müəyyən etmək mümkün deyil. Çin dilinə
tərcümə mətninə gəlincə, həmin mətnin sadəcə bir neçə vərəqinin
dövrümüzədək ulaşdığı söylənilir və o da Çingiz xanın və nəslinin
139
tarixçəsinin çoxsaylı variantlarından başqa bir şey deyildir.
İkincisi, moğol türklərinin tarixinə aid olan bütün Çin sənəd-
lərində, eləcə də adının əslində nə olduğu məlum olmayan, rus
saxtakarlığı sayəsində dünyaya ―Monqolların gizli tarixi‖ kimi
tanıdılan və beləcə də qəbul edilən yazıda bu xalqın adı, eynən rus
və Avropa mənbələrində olduğu kimi, ―tatar‖ (ağ tatarlar və qara
tatarlar) kimi qeyd olunub (Хара-Дабан, 1996, s. 95) və bu mən-
bələrin heç birində ―monqol‖ etnoniminə rast gəlinmir.
Hülakülər dövründə, yəni XIII-XIV əsrlərdə Azərbaycan
imperatorluğunun rəsmi dövlət dili olmuş uyğur (Türküstan)
türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi işlən-
miş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə ya-
zışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə
budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə
Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin,
rus, Avropa və fars mənbələrində isə onlar ―tatar‖ adlandırılır və
onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur.
Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur.
Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də
Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.
Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərəna-
mələrində, o cümlədən ―Çingiznamə‖də Çingiz xanın soy ağacı
türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz
xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz
qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı
və ya ―tatar‖ adının sinonimi kimi işlədilən ―moğol‖ (muğal) adı
həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır:
Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol.
Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü
nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz
xan... dünyaya gəldi (Бичурин, 1950-1953, 1, 223)
Farsdilli mənbələrin birində deyilir:
İslam tarixlərində yazılmışdır. İsrail oğullarının da tari-
xlərində yazılmışdır. Nuh peyğəmbər yer üzünü cənubdan şi-
mala doğru üç hissəyə ayırmışdı.
140
Birinci hissəni öz oğullarından Hama vermişdi. Ham Su-
danın atasıdır. Ortadakı qismi yenə öz oğlu olan Sama ba-
ğışlamışdı. Sam da ərəblərlə farsların atasıdır.
Nuh peyğəmbər dünyanın üçüncü qismini isə oğulla-
rından Yafəsə vermişdir. Bu ölkələri oğlu Yafəsə verdiyi üçün
bu oğlunu da dünyanın şərq tərəfinə göndərmişdi. Türklər
Yafəsə Əbulca xan deyirlər, amma onun Nuh peyğəmbərin
oğlu olduğunu da bilmirlər. Bununla bərabər bu türk xanının
Yafəslə eyni dövrdə yaşadığını, onunla qohum olduğunu
bilirlər. Moğolların hamısı, türk qəbilələri və bütün köçərilər
onun nəslindən gəlirlər” (Ögəl, 2006, s. 162).
Moğollar türk şəcərənamələrində tatar türklərinin 30 bo-
yundan, ―Xannamə‖də isə özbək türklərinin 32 uruğundan biri
kimi qeyd edilmişlər (Ögəl, 2006, s. 395).
Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göy-
türklərin mifik ―Ergenekon‖ əfsanəsinin eynidir. ―Çingizna-
mə‖də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam
üst-üstə düşən son dərəcə maraqlı bir süjet də yer almaqdadır.
N.Y.Biçurinin ―Uyğurların mənşəyi‖ adlandırdığı hun əfsanəsi
Çin mənbələrində qeydə alınmışdır. Onun məzmunu belədir:
Belə deyirlər ki, hun şanyuyunun (xaqanının)
iki çox gözəl
qızı dünyaya gəlir. Saray adamları onları tanrıça hesab
edirlər. Şanyuy deyir:
- Mən bu qızları insan oğluna ərə verə bilmərəm. Mən
onları Tanrıya verəcəyəm.
O, paytaxtında qəsr tikdirib, qızlarını ora yerləşdirir. Üç il
sonra anaları qızları oradan götürmək istəsə də, şanyuyu etiraz
edir, hələ vaxtı çatmadığını söyləyir. Bir il sonra isə qoca bir
qurd qəsrin divarlarını gecə-gündüz demədən oymağa
başlayır. Orada özünə yuva salır. Kiçik qız deyir:
- Atamız istəyir ki, bizi Tanrıya versin, indisə bir qurd
gəlib. Ola bilsin ki, bu, xoşbəxtlik əlamətidir.
Qız elə o andaca qurdun yanına getmək istəyir.
Böyük bacı qorxuya düşərək deyir:
- Bu ki, heyvandır, valideynlərimizi biabır etmə.