163
Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında
geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın
Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını,
Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə
alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqa-
ris və s. toponimlərini (Пагирев. 1913 : 122), Qəbələ rayonu
ərazisində mövcud olmuş Xaraba – Qaraqarı,
eləcə də Qarabağla
Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün
onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və Naxçıvan
uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. XIII
əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerlə-
şən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə
Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaq-
dadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da
əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində
də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin
olduğu məlumdur (Гейбуллаев. 1991: 79).
Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söylə-
mək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod
dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir
ərazidə yaşadıqlarını yazmışdır (Гейбуллаев. 1991: 82).
Madam ki, qırğız xalqının əsas özəyini qıpçaq-qarqarlar və
amazonkalar təşkil etmişdir, o zaman tam qətiyyətlə demək olar
ki, bu xalqın etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisin-
də gerçəkləşmişdir.
―Manas‖ dastanının Altay versiyası olan ―Alıp Manaş‖ əsa-
tiri nağıl poeması da mövzumuz baxımından böyük önəm daşı-
maqdadır. ―Kitabi-Dədə Qorqud‖a daxil olan ―Bamsı Beyrək‖
boyunun süjetini xatırladan bu nağılın qəhrəmanı Manaş azman
bir bahadırdır. Nağılın N.Ulaqaşev tərəfindən yazıya köçürül-
müş variantının qısa məzmunu belədir:
…Onun (Alıp Manaşın)
burnu təpəyə, qaşları meşəyə,
gözləri odlu məşələ oxşayır. Atası kürəyində at sürüsü gəzə
bilən Baybarak, anası Ərmən Çeçen, bacısı Koodur. Valideyn-
ləri Alıp Manaşın istəməsinə baxmayaraq, Qırğız xanın qızı