168
mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaqları bu-
günkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol və Rostov
bölgələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları
"savromat" da adlandırmışlar. Məsələn, Herodot "savromat"
yazdığı halda, eradan əvvəl 4-cü əsrdə yaşamış Skilak Karianidli
"sarmat" ifadəsini işlətmiş, Ovidiy Nazon isə hər iki addan isti-
fadə etmişdir. Pliniy isə yunanların sarmatları "savromat" adlan-
dırdıqlarını bildirmişdir. (Гейбуллаев, 1991, c. 329-330).
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar
Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə
zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları
midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy
və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmiş-
lər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela
isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan
əvvəl 2-ci əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla
eyniləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soy-
larından biri də sarmatlardır və onlar qazaxların içərisində
"şermat" və "sarmat teleu" adları ilə məşhur idilər. (Гейбуллаев,
1991, s. 329-330,334). Bu fakt qədim Atropatenanın paytaxtının
nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən
qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi
bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur. Əslində
isə qıpçaq elementinin Azərbaycandakı kökləri ən azı kuman-
ların tarixi qədər qədimdir.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba-
ları saydıqları maday xalqının da qazaxların etnogenezində işti-
rak etdikləri məlumdur.
Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz
açılarkən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl
9-8-ci əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalq-
dan-maday xalqından və eradan əvvəl 7-6-cə əsrlərə aid mixi
yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Ma-
dayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o
169
cümlədən eradan əvvəl 5-ci əsrdə yaşamış Herodot bu dövləti
Midiya dövləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər
türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə
Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı
tərk edən bu qədim türk soyu qazax türklərinin etnogenezində
yaxından iştirak etmişdir. Qazax xalqını təşkil edən türkdilli
soylardan biri də madaylar olmuşlar. (Востров, Муканов, 1968,
c. 118). Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğız-
ların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxın-
dan iştirak etmiş (Велиханов, IV, c. 326; Abramzon, 1960, c.
66, 82; Кармышева, 1954, c. 16, tablo 2; Жданко, 1950, c. 41)
soylardan biri də albanlardır.
170
SAXA-YAKUT TÜRKLƏRĠNĠN ETNOQONĠK MĠF,
RƏVAYƏT VƏ DASTANLARI
Saxa-yakut xalqının etnogenezi ilə bağlı məqamları özündə
əks etdirən ―Ər Soqotox‖ dastanı, eləcə də bu xalqın dili onun
əsas nüvəsinin xalis türk elementindən təşkil olunduğunu birmə-
nalı şəkildə təsdiq edir. Eləcə də aparılmış genetik testlər də eyni
məqamdan xəbər verir. Bununla belə, saxa-yakut türkcəsi çuvaş
türkcəsi ilə yanaşı kök (ana) türkcədən çox uzaqlaşmışdır. Mütə-
xəssislərin fikrincə, bunun da səbəbi sözügedən dilə yerli tun-
qus-mancur (evenk və even), monqol və fin-uqor dillərindən çox
sayda yad substratın qarışmasıdır. Görkəmli türkoloq Fərhad
Zeynalovun yazdığına görə, yakut dilində özünü göstərən fərq-
lənmələr bir tərəfdən bu dilin ən qədim türk qəbilə və tayfa bir-
liklərinin təmərküzləşməsi nəticəsində ortaya çıxması, sonralar
yeni türk dilləri, əsasən, Sibir türkləri (xakas, şor, tuva, çülım və
s.) ilə təmasda olması və ən başlıcası isə monqol, tunqus-man-
cur, evenk dillərinin təsiri altında olması ilə izah oluna bilər
(Zeynalov, 1981, səh. 335).
Yəni bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-
sak tayfaları buranın aborigen xalqları ilə qaynayıb-qarışmış,
nəticədə saxa-yakut xalqı yaranmışdır. Elə bu səbəbdən də ani-
mist və kosmoqonik təsəvvürləri Sibir və Altayın digər türk
xalqlarının mifik təsəvvürləri ilə üst-üstə düşən saxa-yakutların
mifoloji sistemində digər türk xalqlarının mifoloji sisteminə xas
olan ortaq, ənənəvi personajların adlarına rast gəlinmir. Əvə-
zində isə digər türk xalqlarınınkından fərqli personajlarla üzləşi-
rik. Halbuki, eynən saxa-yakutlar kimi sakların birbaşa varislə-
rindən sayılan saqay türklərinin əsas mifoloji personajları ilə Al-
tay, xakas, şor, kumandı və s. türk xalqlarının mifik personajları
tam bir eyniyyət təşkil edir.
XVII əsrin yazılı mənbələrində saxa-yakutların inancları
barədə qeydlərə çox nadir hallarda rast gəlinir. Eyni hal XVlll
əsrin ilk rübündə davam etməkdədir. Yəni sözügedən zaman di-
limində bu xalqın inanclar sistemi xüsusi tədqiq olunmamışdır.
171
Həmin dövrdə daha çox saxa-yakutların yaşadıqları ölkənin coğ-
rafiyası, bu xalqın tarixi və etnoqrafiyası diqqət mərkəzində ol-
muşdur (Иванов, 1974, səh. 77). S.A.Tokarevin fikrincə, XVII-
XVIII əsrin ilk rübündə regiona göndərilən ekspedisiyalara rəh-
bərlik etmiş İ.K.Kirillov, V.N.Tatişev, Q.F.Miller, İ.Q.Qmelin
və Y.İ.Lindenaunun qeydləri o qədər ətrafı və zəngindir ki,
Sibirin etnoqrafiyası barədə əvəzsiz mənbə rolunu oynaya
bilərlər (Токарев, 1966, səh. 87).
Saxa-yakutların inanclar sisteminin bilavasitə tədqiqat ob-
yektinə çevrilməsi əsasən XIX-XX əsrləri əhatə etməkdədir ki,
bu istiqamətdə İ.A.Xudyakovun, N.A.Vitaşevskinin, V.M.İono-
vun, E.K.Pekarskinin, V.L.Seroşevskinin, V.F.Troşanskinin,
S.V.Yastremskinin, V.N.Vasilyevin əməyini xüsusi qeyd etmək
lazımdır. N.A.Alekseyev (Алексеев, 1984, səh. 11-12) həmin
dövrdə dərc edilmiş tədqiqat əsərlərini üç qrupa ayırır: 1. Ya-
kutların inancları barədə sosial proqramların nəticələri (Со-
ловьев, 1976; Припузов, 1884; Слепцов, 1886); 2. Yakutların
inanc sistemi barədə onların etnoqrafiyasına həsr edilmiş təd-
qiqatlar çərçivəsində toxunulması (Миддендорф, 1896, səh.
789-828; Маак, 1887;
Худяков, 1969; Серошевский, 1896); 3.
Xüsusi dinşünaslıq mövzulu tədqiqatlar
(Виташевский, 1890;
Ястремский, 1897; Трошанский, 1904; Приклонский, 1886;
Пекарский, Васильев, 1910).
Saxa-yakutlardan toplanan yaradılış dastanları cüzi fərqlərə
baxmayaraq, Altayda yazıya köçürülmüş dastanlara bənzəyir.
Bu da təbiidir. Çünki həm altaylılar, həm də saxa-yakutlar mən-
şəcə türkdürlər və bütün bu dastanlar da ümumtürk mahiyyəti
daşıyırlar.
Saxalardan (yakutlardan) toplanan dastanlar bir neçə va-
riant təşkil etməkdədir. Seroşevskinin topladığı I variantın məz-
munu belədir:
Böyük Ağ yaradan Ürünğ Ayığ Toyon lap əvvəldən böyük
dənizin üzərində yüksəklərdə dayanıb-durarkən suyun üstündə
üzən bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu:
- Sən kimsən?
Dostları ilə paylaş: |