|
Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləRgəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı
178
gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi yerin ən aşağı
qatına sürdü. Buyurdu ki, günəşsiz, aysz, ulduzsuz yerdə
dünyann sonuna qədər qalsın.
Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı
idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ülgen Altun dağ-
da qızıl bir taxt üstündə oturub, Göyün yeddinci qatında Gün
Ana, altıncı qatında Ay Ata oturmuşdur (Cəfərov, 2004, səh 13).
Veselovskinin topladığı variant da mövcuddur. Onu fraq-
ment adlandırmaq daha doğru olar:
Bir gün Tanrı Ülgen dənizin üzərində bir palçıq parçası
gördü. Bu palçıq eyniylə insan şəklinə oxşayırdı. Tanrı ona
can verdi və bu yolla şeytan Erlik meydana gəldi. Başlanğıcda
Erlik Tanrıya çox ehtiram göstərirdi, münasibətləri də yaxşı
idi. Amma zaman keçdikcə münasibətləri pozuldu və Erlik
Tanrıya düşmən oldu (Ögəl, 2006, səh. 461).
Digər bir varianta nəzər salaq:
Ülgen dünyanı yaratmaq üçün yuxarıdan suya endi. Dü-
şündü, düşündü, işə haradan başlayacağını müəyyən edə bil-
mədi. Bir vaxt insan oğlu onun yanına gəldi. Ülgen xəbər aldı:
- Sən kimsən?
İnsan oğlu cavab verdi:
- Mən də dünyanı yaratmağa gəlmişəm.
Tanrı Ülgen hirsləndi və qəzəblə dedi:
- Sizi yaradan mən olmasaydım, siz bunu etməyə qalxa
bilərdinizmi?
İnsan oğlu:
- Amma mən dünyanın mayası olacaq iki maddəni necə
tapmağı bilirəm.
Tanrı:
- Elədirsə, mənə tez torpaq gətir!
İnsan oğlu dərhal suya daldı. Suyun altında bir dağ var idi.
O dağdan bir parça götürdü, ağzına qoydu və suyun üzünə çıxdı.
Torpağın yarısını Tanrıya verdi, yarısnı ağznda saxladı. İnsan
oğlu saxladığı torpağı ağzından dünyaya tüpürdü və onun payına
dünya bataqlıq, tarla və dənizlərlə doldu” (Ögəl, 2006, səh. 462).
179
Yenisey sahillərindən toplanmış variantın məzmunu isə
belədir:
Çox-Çox əvvəllər heç bir şey yox idi. Yalnz dalğalanan və
çalxalanan böyük bir dəniz var idi. Bir də böyük bir şaman var
idi (yeniseylilərə görə, şaman Tanrıdır). Onun nə işi vardı, nə
də gücü. Bu dəniz üzərində qu quşları, qırmızı boyunlu balıqcıl
quşları və daha neçə-neçə su quşları uçuşardı. Amma qonub
dincəlmək, nəfəs almağa bir yerləri yox idi. Buna görə şaman
balıqcıl quşa dedi:
-Suya dal, dənizin dibindən bir az torpaq gətir!
Balıqcıl iki dəfə suya cumdu, heç nə gətirə bilmədi. Üçün-
cü dəfə ağznda bir parça palçıq çıxarda bildi. Bu palçıqdan bir
ada düzəltdilər və uçuşub onun üzərinə qondular (Ögəl, 2006,
səh. 462).
Verbitskinin qeydə aldığı daha bir variant:
Dünya bir dəniz idi, nə göy vardı, nə bir yer,
Ucsuz-bucaqsız, sonsuz sular içrəydi hər yer.
Tanrı Ülgen uçurdu, yoxdu bir yer qonmağa,
Uçurdu, axtarırdı bərk bir yer sığınmağa.
Qutsal bir ilham birdən ürəyi doldu,
Qeybdən gələn bir səs ona belə çarə buldu.
Göylərdən gələn bir səs Ülgenə buyuruq verdi:
“Önündəki şeyi tut, dərhal yaxala!” – dedi.
Sağa-sola boylanıb dörd açdı gözlərini,
Könlündə təkrarladı Səmanın sözlərini.
Dənizdən çıxan bir daş su üzündə dayandı,
O, daşı tutdu, bu üzündə dayandı.
Artıq Ülgen məmnundu, rahatlıq bulmuş idi.
Üzərində durmağa bir yeri olmuş idi.
Göylərin əmri ilə tapınca Ülgen dayaq,
Artıq vaxtı çatmışdı, göyləri yaradacaq!
Ülgen hey düşünmüşdü ta göylərə baxaraq:
“Bir dünya istəyirəm, bir soyla yaradım,
Bu dünya necə olsun, nə boyda yaradım?”.
Bir Ağ Ana var idi, yaşardı su içində,
180
Göründü su üzündə, Ülgenə belə dedi:
“Yaratmaq istəyirsən sən də bir şeylər, Ülgen,
Yaradan olmaq üçün bu qutsal sözü öyrən.
De ki, mən etdim, oldu. Başqa bir şey söyləmə,
Hələ yaradan ikən “etdim, olmadı!” demə!”
Ağ Ana bunu dedi, qeyb oldu, çıxıb getdi,
Dənizə dalıb getdi, bilinməz hara getdi.
Ülgenin qulağından bu buyruq heç çıxmadı,
İnsana bu öyüdü verdi, heç yorulmadı:
“Dinləyin ey insanlar, vara yox deməyiniz!
Varlığa yox deyərək, yox olub getməyiz!”
Ülgen yerə baxaraq, “Yaradılsın yer!” demiş,
Bu istək əsasında dənizdən yer törəmiş.
Ülgen göyə baxaraq, “Yaradılsın göy!” demiş,
Bu buyruq əsasında üstünü göy bəzəmiş.
Tanrı Ülgen durmadan ayrıca vermiş salıq,
Bu dünyanın yanına yaradılmış üç balıq.
Bu böyük balıqların üstünə dünya qonmuş,
Balıqlar çox böyükmüş, dünyaya dayaq olmuş.
Dünyanın yanlarında iki də balıq durmuş,
Dünya gəzər olmamış, bir yerdə qalıb durmuş.
Bir başqa balıq isə yerə gərilmiş idi,
Qapqaranlıq şimala başı çevrilmiş idi.
Ortadakı balığın başı tam şimaldaymış,
Dərhal tufan başlamış, yönü az dəyişsəymiş,
Onun başı hər zaman tam yöndə durmalıymış,
Bu yön heç dəyişmədən şimalda olmalıymış.
Başı bir azca ensə, tufanlar başlar imiş,
Tufanla daşan sular dünyanı basar imiş.
Başı zəncirlər ilə bu üzdən bağlanmışdı,
Başın tərpənməməsi bu yolla saxlanmışdı.
Zəncirlər bağlanıbmış ortadakı dirəyə,
Balıq əsla heç zaman qımıldanmasın deyə...
(Ögəl, 2006, səh. 428-429)
Dostları ilə paylaş: |
|
|