181
Gördüyümüz kimi, bütün variantlarda dünyanın yaradılma-
sının ilkin materialı kimi sonsuz sular, yəni dəniz və okean çıxış
edir. İndisə qoyduğumuz suala qayıdaq. Bu suala adətən belə ca-
vab verirlər: Bu süjetlər Altay və Sibirə kənardan gətirilib. Şüb-
həsiz ki, bu belədir. Fəqət onları kim gətirib? Təbii ki, türklərin
özləri. Odur ki, Altayları türklərin ilkin yurdu saymaq qətiyyən
doğru deyil. Bəs belə olan halda türklərin, o cümlədən saxa-
yakutların dənizlərlə əhatə olunmuş və ya dəniz (okean sahilində
olan ilkin ata yurdları hara olmuşdur? Fikrimizcə bu suala ən
gözəl cavabı Firidun
Ağasıoğlu vermişdir. Öncə qeyd edək ki,
A.Qaben və A.N.Kononov türk dillərində dünyanın cəhətlərinin
rənglərlə ifadəsindən söz açaraq bidirmişlər ki, bu dillərdə qara
rəng quzeyi, qırmızı (qızıl) güneyi, ağ qərbi (batını), göy isə
şərqi (doğunu) ifadə etmişdir (Gabain, 1962, p. 73-74; Кононов,
1978, с. 160). Bu faktdan çxış edən F.Ağasıoğlu yazır:
“Türk harada olmasından asılı olmayaraq, dayandığı yerə
“sarı”, quzeyə “qara”, güneyə “qırmızı” (altun, qızıl), batıya
“ağ”, doğuya isə “göy” boyanın simvolu kimi baxacaq...
Əgər bu sistemi xəritə üərində axtarmaq istəsək, ən mü-
nasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım
gələcək. Bütöv Avrasiya məkanında isə belə bir yer yalnız İki-
çayarasının quzeyindədir.
Aydınlıq olsun deyə, qədim mənbələrdə güney sularının
“qırmızı”, doğu sularının isə “göy adlandığını xatırlayaq. Nil
çayının doğusundakı Qırmzı dəniz kimi, qədimdə Fars kör-
fəzinin də qırmızı dəniz adlanması bəllidir (Herodot, IV, 39;
Strabon, XI, 9). Göyçə gölü kimi, Urmu gölünün adı da keç-
mişdə Göy-göl idi (Strabon, XI, 14, 8).” (Ağasıoğlu, 2005, s.
128-129).
Məhz bu ərazi türklərin ilkin ata yurdu hesab edilməlidir,
Altay və ətrafı yox!
Sözügedən bölgənin, yəni Şərqi Anadolu və Azərbaycanın,
başqa sözlə Ön Asiya və Qafqazların ilkin türk yurdu olduğunun
ən gözəl sübutlarından biri də çuvaş türklərinin miflərində qoru-
nub saxlanmış Ön Asiya tanrılarının adlarıdır ki, bu barədə ta-
182
nınmış çuvaş etnoqrafı Dmitri Madurov ―Çuvaşların ənənəvi de-
korotiv sənəti və bayramları‖ adlı monoqrafiyasında (Мадуров,
2004, s. 4-5) məlumat verməkdədir. Alimin yazdığına görə, çu-
vaşların mədəniyyətində qədim əkinçi xalqların tanrılarının iz-
ləri görünməkdədir. Məsələn,
Tura // Tora (çuv.) – Tora (qədim Misir), Tara (hind).
Amatura (Messopatamiya) – Ama Tura (çuv.) – tanrıların
anası.
Si Duru (Messopatamiyada tanrıların sahibəsi) – Si Turri
(çuv. tanrıların üzərində olan).
Turtur (Mes. Tanrı Dumuzinin anası) – Tur Tur (çuv. Tan-
rılar tanrısı) (Дмитриев, 1997, с. 137).
Ereşkiqal (Mes. Ölüm dünyasının sahibi) – Esrel (çuv.
Ölüm tanrısı).
Tiamat (Mes. Yeraltı dünyanın şər ruhlarından biri) – Xəya-
mat (çuv. Yeraltı dünyanın şər ruhlarından biri).
Apsu (Mes. Yeraltı şirinsulu okean) – Ap su (çuv. Şirin su).
Soxmet (Misir, yandırıcı günəş və müharibə tanrıçası, tanrı
Ptaxın qızı) – Sexmet (çuv. Müharibə tanrıçası. Çuvaş mifolo-
giyasında Messopatamiya ikonoqrafiyasına uyğun olaraq, aslan
bədənli, qız başlı varlıq kimi təsvir edilir) (Мадуров, 2004, s. 4).
Bu uyğunluq sistem təşkil etdiyindən onu qətiyyən təsadüf
saymaq mümkün deyil. Üstəlik də qədim mixi yazılar çuvaş
türklərinin əcdadları hesab edilən suvarların Ön Asiyada, daha
dəqiq desək, Messopatamiyada, yəni İkiçayarasında yaşamış ol-
duqlarından soraq verir. Mövzu ilə bağlı F.Ağasıoğlu yazır:
“Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar
e. ə. IV-II minilliklərdə İkiçayarası adlanan ərazilərdə, Fəratla
Dəclə arasında yaşayırmış… İkiçayarasına gələn samilər Ak-
kad şəhəri ətrafında güclənib subarları daha yuxarılara sıxış-
dırdılar. Akkadlı Sarqonun (e. ə. XXIV əsr) yuxarı subar böl-
gələrinə hücum etməsi barədə yazılar qalmışdır. Sarqonun ya-
ratdığı sami Akkad dövləti Şumer ölkəsini də ələ keçirmişdi…
E. ə. II minilliyin əvvəllərində subar torpaqlarına assurların
(aşşurların – B.T.) ekspansiyası gücləndi. Bu vaxt İkiçayarası-
183
nın yuxarı bölgələrinə sıxışdırılan subarlar quzey-doğudan da
yeni hurri axınları ilə qarşılaşdı. Beləliklə, aşağıdan sami asur
tayfalarının, yuxarıdan qafqazdilli huri tayfalarının arasında
qalan subarlar üç qola ayrıldı: batı, orta və doğu qollar. Batı
subar boyları 38-ci paralel boyunca batıya çəkilib digər xalq-
ların içində əridi, həmin paralel boyunca doğuya çəkilənlər
Urmu hövzəsində yerləşdi, daha sonra xeyli hissəsi Sibir və
Türküstan tərəflərə miqrasiya etdi”
(Ağasıoğlu, 2005, 155-156).
Maraqlıdır ki, bu gün çuvaşlar arasında yayğın olan şəxs
adlarının bir qismi qafqazdilli hurri adlarını təkrarlayan teomorf
adlardır. Məsələn:
Savuşka (çuv.) – Şavuşka (Hurrilərin məhsuldarlıq və
qələbə ilahəsi);
Tilə (çuv.) – Tilla (Hurrilərin şimşək tanrısı Tessobanın
dana şəklində təsvir edilən oğlu);
Urey (çuv.) – Urey (Misir-hurri qoruyucu ruhu. İlan kimi
təsvir edilir);
Şamakka (çuv.) – Şemike (Hurrilərdə günəş tanrısı) və s
(Мадуров, 2004, s. 4).
Beləliklə, çuvaş türklərinin əcdaları hesab edilən suvarların
mixi yazılarda haqlarında söz açılan subarlar olduğu anlaşılır və
onların ata yurdunun Şərqi Anadolu olduğu anlaşılır.
Xatırladaq ki, bəzi oğuz etnoqonik rəvayətlərində oğuzların
ilkin ata yurdu kimi xatırlanan və haqqında artıq söz açmış ol-
duğumuz əfsanəvi Mahan ölkəsi də, qaraqalpaq – myütenlərin
və özbək – matienlərin əski ata yurdu Mantiena da məhz həmin
əraziləri əhatə etmişdir. Onu da xatırladaq ki, sözügedən ərazi
Osmanlı-Səfəvi savaşlarına qədər Azərbaycanın tərkib hissəsi
idi və yalnız XVl əsrdən etibarən Türkiyənin tərkibindədir.
Saxa-yakutlardan toplanan folklor nümunələri içərisində
etnoqonik süjetlərə də az rast gəlinməmişdir. Bu süjetlərdən ən
yayğını, şübhəsiz ki, ―Ər Soqotox‖ dastanıdır. Dövrümüzədək
bir neçə variantda ulaşan dastanın Middendorf variantının məz-
munu belədir:
Dostları ilə paylaş: |