172
Köpük Tanrıya baxıb dedi:
- Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram.
Tanrı şeytana üz tutub soruşdu:
- Bilmirəm, sözün doğrudurmu? Suyun altında yer varmı?
Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi.
Şeytan dənizə daldı, xeyli vaxt keçdikdən sonra şeytan
göründü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı on-
dan aldı, əlində tutub, baxdı, torpağı təqdis etdi və suya atdı.
Sonra şeytan düşündü ki, Bu Tanrını necə suda batırım, bo-
ğulsun. Lakin elə bu vaxt torpaq böyüyüb, ətrafa yayılmağa
başladı. O sərtləşdi, bərkidi. Dənizin böyük bir hissəsi həmin
torpaqla doldu. (Ögəl, 2006, səh. 443).
Seroşevskinin yazıya aldığı II variant isə saxa - yakutların
xristianlığı, üzdən də olsa, qəbul etmiş hissəsindən toplanmışdr.
Bu variant müəyyən qədər İncil motivləri ilə çarpazlaşmış və
dövrümüzə ilkin şəklini və dəyərini itirmiş vəziyyətdə yetişmiş-
dir. Onun məzmunu belədir:
Şeytan Həzrət İsanın böyük qardaşı idi. Amma qardaşı nə
qədər xeyirxah idisə, bu da bir o qədər bədxah idi. Tanrı hey
düşünürdü ki, bir dünya yaradım, amma necə yaradım. Xeyli
düşünən Tanrı şeytana belə dedi:
Sən “parlağam, çox qüvvətliyəm, bacarıram” deyə öyü-
nürsən. Elə isə get, dənizə dal, dənizin dibindən mənə bir az
qum çıxart.
Şeytan dənizə daldı. Az sonra üzə çıxdı. Çıxmağına çıxdı,
amma qum da ovcundan axıb getdi. Şeytan yenidən, ikinci
dəfə dənizin dibinə cumdu, amma yenə də əli boş üzə çıxdı.
Şeytan gördü ki, olmayacaq, tez bir qaranquş olub dənizin
dibinə cumdu. Dimdiyinə bir az palçıq alıb suyun üzünə çıxdı.
Tanrı palçığı aldı, təqdis etdi, sonra da dənizə atdı. Be-
ləliklə, yer üzü yaradılmış oldu. Lakin şeytan əvvəldən Tanrı-
nın fikrini bilmiş və ağzında bir parça torpaq saxlamışdı. “Nə
üçün Tanrının dünyası olsun, mənimki isə yox” – deyə düşün-
müşdü. O da öz dünyasını yaratmaq istəyirdi. Çox keçmədi ki,
Tanrı bunu başa düşdü, şeytanı yanına çağırdı, əli ilə ənsəsinə
173
elə vurdu ki, ağzında gizli saxladığı çamur ətrafa sıçradı. Hər
tərəf bu çamurla dağ, daş oldu. Tanrının o gözəl dünyası da
bugünkü dünya oldu (Ögəl, 2006, səh. 443-444).
Middendorfun topladığı lll variant:
Çox əvvəllər Tanrı yalnızca kiçik və dümdüz bir dünya
yaratmışdı. Ancaq şeytan sakit durmadı, hirsindən, əl və ayağı
ilə Tanrının dünyasını tapdaladı və pozdu. Tanrı əvvəlcə bu
dünyasından əl çəkdi, onsuz da o ürəyincə deyildi. Amma
sonra “qoy elə belə də olsun,” – dedi, - “gecikməkdənsə bu cür
olması yaxşıdır. Sonra dünyanı daha da böyütdü, daha da
gözəl etdi. Fəqət şeytann ayağı ilə basdığı yerlər su ilə doldu,
dənizlərə çevrildi. Dünya sıçrayan, qabaran torpaqlarla, dağ-
larla doldu...
Tanrı insan biçimində 7 qəlib düzəltmişdi. Hamısına can
verib 7 kişi yaratdı. Ayrıca 4 dənə də qadın yaratmışdı. Bu qa-
dınları 7 insan oğlunun 4-ü ilə evləndirdi. Yerdə qalan 3 kişi
qadınsız qaldı. Onlar gedib Tanrıya şikayət etdilər. Amma
Tanrı heç oralıq olmadı, nə onlara cavab verdi, nə də qadın.
Təbii ki, bu 3 kişi dinc dayanmadılar, qadınların ətrafında
dolanmağa başladılar. Nə oldusa belə oldu, insan oğlu vəfasız
oldu. Qadınların vəfasızlığı da elə buradan qalmışdır. Axırda o
3 kişi də, necə oldusa, 3 qadın tapdılar. Evləndilər. 3 oğulları
oldu. Digər dörd adamın da 4 qızı olmuşdu. Onları bir-biri ilə
evləndirdilər. Amma qızlardan biri ərsiz qaldı. Kişilərdən biri
onu arvadının üstünə almış, buradan da çox qadınla evlənmək
adəti meydana gəlmişdir. Amma kişilər bu ərsiz qızı almaq
üçün bir-biri ilə mübarizə apararkən, vəfasız olmuşlar. Kişilə-
rin də vəfasızlığı buradan qalmışdır (Ögəl, 2006, səh. 444-445).
Bahəddin Ögəl özünün ―Türk mifologiyası‖ kitabında saxa-
yakutlardan daha bir variant təqdim etmişdir ki, mövzumuz
baxımından həmin variantların önəmini göz önündə tutaraq, biz
də onları kitabımıza daxil etməyi vacib bildik.
Vaxtilə Tretyakovun yazya almış olduğu bu variant (IV
variant) belədir:
174
Ana yaradıcı artıq bir dünya yaratmağı qərara almışdı.
Amma nə ilə yarada idi, əlində bir şey yox idi. Buna görə
qırmızı boyunlu balıqcılla bir çöl ördəyini yanına çağırdı və
onlara dedi:
- Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin!
Quşlar dənizin dibinə daldılar, az sonra çöl ördəyi dimdi-
yində bir parça çamurla suyun üzündə göründü. Amma balıq-
cıl orada yox idi. Yaradıcı “bu balıqcıl harada qaldı” deyə dü-
şünərkən, o da suyun üzünə çıxdı. Amma ağzında nə çamur,
nə başqa bir şey vardı. Yaradıcı soruşdu:
- Hanı sənin torpağın?
Balıqcıl boynunu bükdü və cavab verdi:
- Dənizin dibində mən torpaq tapmadım. Onun üçün də
torpaq gətirmədim.
Yaradıcı bunu eşitdikdə çox hirsləndi və belə dedi:
- Ey hiyləgər quş! Mən sənə çöl ördəyindən daha qısa və
daha az qüvvətli bir dimdikmi vermişdim? Bu olan şeydir? Sə-
ninki onunkindən həm qüvvətli, həm də uzundur, necə olur ki,
çöl ördəyi dənizin dibindən çamur tapır, sən tapmırsan? Mən
səni cəzalandıracağam və sən yer üzündə yaşamayacaqsan.
Gəz, uç, nə istəyirsən elə, amma dənizin üstündə elə. Cum də-
nizə, yiyəcəyini orada axtar. Orada yat, orada qalx. Nə edə-
cəksənsə, orada et, amma yer üzünə gəlmə!
Ana yaradıcı çöl ördəyinin gətirdiyi çamurla dunyanı ya-
ratdı. Çamuru əlinə aldı, dənizin üstünə qoydu. Nə cür oldusa,
palçıq dənizin dibinə batmadı. Nə dalğalar, nə də külək onu
yerindən tərpədə bilmədi. Eyni ilə bir adacıq kimi dənizin orta-
sında dayanıb qaldı. Az sonra da böyüməyə başladı. Elə böyü-
dü, elə böyüdü ki, bugünkü dünya oldu (Ögəl, 2006, səh. 445).
Yuxarıda təqdim edilən mifoloji mətnlər kosmoqonik mətn-
lərdir. Bu mətnlərin türk xalqlarının etnogenezinin etnoqonik
mif, rəvayət və dastanlardakı inikasına həsr edilmiş mövzumuz-
la ilk baxışdan heç bir əlaqəsi nəzərə çarpmır. Fəqət, bu ilk ba-
xışdan belədir. Məsələ burasındadır ki, həmin mətnlərdə türk-
lərin etnogenezinin ilkin mərhələsinin baş verdiyi coğrafi məka-
Dostları ilə paylaş: |