167
Asiya və Qafqaz, daha dəqiq desək, Azərbaycan mənşəli ola
biləcəyini düşünməyə əsas verir. Təsadüfi deyil ki, eyni süjet
Qafqaz xalqları arasında da geniş yayılmışdır. Bütün bu süjetləri
İran mənşəli hesab edən və müqayisəyə çəkən V.Millerin
yazdığına görə, svanlarda Alıp Manaşın (fars versiyasında Bijən,
erməni versiyasında Majan) adı Bejan, osetinlərdə isə Bezan
kimi keçir (Миллер, 1892, c. 54-62; Tantəkin, 2006, s. 112).
Bənzər süjeti M.Xorenatsi (V əsr) də qeydə almışdır. Onda
qəhrəmanın adı Majan, görmədən
vurulduğu və onunla qovuşmaq
üçün uzaq səfərə çıxdığı qızın adı isə Mantudur (Tantəkin, 2006,
s. 109). Yeri gəlmişkən qeyd edək ki, ―Alıp Manaş‖ın O.Oçubay
tərəfindən toplanmış variantında qəhrəmanın ardınca getdiyi qızın
adı Erke Karçin yox, Manjakdır ki, bu da ―Şahnamə‖dəki Mənijə
adı ilə üst-üstə düşür (Жирмунский, 1960, c. 123).
M.H.Tantəkin özünün ―Dəli Becan surətinin protipləri mə-
sələsinə dair‖çox dəyərli məqaləsində (Tantəkin, 2006) sözü-
gedən Altay nağılı ilə səsləşən bir sıra süjet və surətlərdən söz
açmaqdadır ki, bu da ―Alıp Manaş‖ın Azərbaycan mənşəli oldu-
ğuna, Orta Asiyaya Azərbaycandan aparıldığına heç bir şübhə
yeri qoymur. Bu isə o deməkdir ki, özbəklər, qaraqalpaqlar və qır-
ğızlar kimi Altay türkləri də öz etnogenezlərinin ilkin mərhələsini
Ön Asiya və Qafqazda keçmişlər. Hər halda fakt budur ki, qədim
Urartu mənbələrində (e.ə. IX əsr) Altay (Alatey) toponimi də
qeydə alınmışdır və Y.Yusifov bu toponimi Azərbaycan ərazi-
sindəki ən qədim dövlətin – Arattanın başqa bir adı saymaqdadır.
Eyni sözləri Alpamışı (Manas, Alıp Manaş) eynən qırğız və
altaylılar kimi özlərinin soy babalarından biri hesab edən
qazaxlara da aid etmək olar.
Strabona görə, sarmatların bir bölümü "sarmat -kaziqlər,
yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax xalqının
etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olmuşlar
(Абромзон, 1960, 116). Antik müəlliflərin fikrincə, sarmatlar
iskitlərlə amazonkaların izdivacından törəmişlər və iskit dilində
danışırdılar. Bu müəlliflərin yazdığına görə, sarmatlar Qara də-
niz iskitlərindən və Don çayından şərqdə məskun idilər.Eyni