|
Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləRBu səhifədəki naviqasiya:
- Qara dağ atamdır-dеdi. Qara dağ atam оlmuşsa, Sözsüz mən batıram-igidəm-dеdi
- “Ən maraqlısı və mühümü ondan ibarətdir ki, oğuzlar üçün canlı və ölü dağlar vardır. Əks təqdirdə, ana dağa qarğış
- “dağ əyəsi (iyəsi) gecələr adamın yanına gələr, özünə ər eləmək istədiyi kiĢinin yanına uzanıb onu qucaqlar, bilən adam olsa ki, bu dağ ruhudur
- “Səndən mənə ər olmaz”- deyib çıxar gedər. Yox, əyər ona
- Susuzluqdan bir çoban və onun qoyun-quzusu əziyyət çəkir. Çoban üzünü Qır Dağına tutaraq deyir: “Ey Qır Dağı
- “Alvız Dağı sac asıb yuxa biĢirmək istəyirdi. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın
- Murov: – Yox, mənimdir, – deyir, - hər Ģeyin ilkini hə- miĢə sən götürürsən, indi də mən. QoĢqar onlara acıqlanır: – Ġndi ki, belə oldu, heç biriniz
- Üç qardaĢın hərəsi ayrılıb bir yanda qərar tutur, Alvız ana tək qalır. O vaxtdan bəri qardaĢlar öz analarına, ana da
132
Dastanda Maaday Qaranın dilindən belə dеyilir:
Qara dağ atamdır-dеdi.
Qara dağ atam оlmuşsa,
Sözsüz mən batıram-igidəm-dеdi (Seyidov, 1983, s. 196).
M.Cəfərli oğuz epik-mifoloji düşüncəsindəki dağları diri və
ölü dağlar deyə təsnif edərək yazır:
“Ən maraqlısı və mühümü ondan ibarətdir ki, oğuzlar
üçün canlı və ölü dağlar vardır. Əks təqdirdə, ana dağa qarğış
etməzdi. Oğuzlar insanları qarğadıqları kimi, dağları da qar-
ğaya bilirlər. Qarğışın insana təsiri məlumdur. Qarğış insanı
tutur, başına pis işlər gətirir, öldürür. Demək, oğuzlar üçün
dağ insani keyfiyyətlərə malikdir, ən azı, canlı keyfiyyətlərinə
malikdir. Bu canlılıq məhz onun sadaladığımız elementlərində
üzə çıxır. Dağı qarğış o vaxt tutur ki, suyu axmır, otu bitmir,
keyiki qaçmır, arslanı, qaplanı olmur. Yəni saydığımız bu beş
element öz fəaliyytini dayandırdıqda, öldükdə dağı qarğış
tutur, yəni dağ da ölür. Beləliklə, oğuz epik ənənəsində onların
canlı dağ anlayışına daxil olan su, ot, keyik, arslan, qaplan
semantemləri dağın ruhunu, canını bildirir. Dağın canı bu
obrazlardadır” (Bəydili, 2007, s. 145).
―Altay-Buuçay‖ adlı Altay eposunun variantlarından birin-
də bəlaya düçar olan qəhrəmanın Temiçi-eren adlı atı Altaya -
Ağ Tayqa dağına qaçır. At üç il Ağ Tayqanın ətrafına dolanır.
Sonra bir yerdən qapı açılır. Ağ paltarda ağ saçlı qadın (Ak eme-
gen) qızıl əsaya söykənərək bayıra çıxır. Altay-Buuçayı dirilt-
mək üçün qoca qadın səmaya Ak Burxanın yanına gedir. Baş
Allah qoca qadını Ağ Altayın ruhu Ak emegen (Ağ qoca qadın,
ana) adlandırır. Bundan başqa qoca qadın Altay Buuçayın anası
hesab olunur (Бутанаев, 1984, с 94).
Şor türklərinin inanclarına görə, “dağ əyəsi (iyəsi) gecələr
adamın yanına gələr, özünə ər eləmək istədiyi kiĢinin yanına
uzanıb onu qucaqlar, bilən adam olsa ki, bu dağ ruhudur,
onda uzun sallaq və iri döĢlərindən tutub həmən dağ iyəsini
baĢı üstündən geri tullayar. Belə eləyən zaman dağ iyəsi :
“Səndən mənə ər olmaz”- deyib çıxar gedər. Yox, əyər ona
133
qarĢı belə etməsələr, dağ iyəsi həmin adamın canını alıb apa-
rar ki, ondan sonra da o adam ağlını itirib qamlıq eləməyə
baĢlar, gəzib gəzib dolanar və sonda ölər” (Bəydili, 2003, s. 89).
A.Ptapovun topladığı mifoloji mətnlərdən aydın olur ki, dağ
iyəsi uzun boylu, böyük döşləri olan qadındır (Потапов, 1946,
c. 148). Telengitlər inanmışlar ki, övladı olmayan qadınlar dağa
çıxıb dua edərsə, oğul-uşaq sahibi ola bilər (Традиционное ми-
ровоззрение..., 1989, c. 244).
Əbdülqədir İnan dağı Ana kompleksinə daxil edərək bildirir
ki, türk mifologiyasında dağın ana rolunda çıxış etməsinə dair
bir çox miflər mövcuddur. Bu da öz növbəsində dağın ulu əcdad
kimi kultlaşmasını və onun ətrafında inamlar kompleksinin ya-
ranmasını təmin etmişdir. Elə bu inancın təzahürüdür ki, Tür-
küstan türklərinin olduqları hər bölgədə dağ kultunun izləri ta-
pılmışdır. Buradakı dağların çoxu ―müqəddəs, ulu əcdad, ulu
xaqan‖ anlamlarını verən Xan Tanrı, Buztağ Ata, Bayın Ula və
b. adlarla da tanınmışdır (İnan, 1976, s. 32 ).
Azərbaycanda dağ kultu ilə bağlı miflərin birində deyilir:
Susuzluqdan bir çoban və onun qoyun-quzusu əziyyət
çəkir. Çoban üzünü Qır Dağına tutaraq deyir: “Ey Qır Dağı,
sən buradan bir bulaq çıxar, mən bir ağ, bir də qara qoyun
qurban kəsəcəyəm”. Çoban bu sözləri deyəndən sonra baxıb
görür ki, həmin yerdən bulaq çıxdı. Özü də necə bulaq, göz
yaşı kimi duru, buz kimi soyuq. Çoban ilə sürüsü bulağın su-
yundan içirlər. Amma çoban nə ağ qoyunu, nə də qara qoyunu
kəsir. Elə həmin saat çoban da, sürü də daşa dönür (Azər-
baycan mifoloji mətnləri, 1988, s. 83).
―Dağların ayrılığı‖ adlı başqa bir mifdə isə deyilir:
“Alvız Dağı sac asıb yuxa biĢirmək istəyirdi. Xəmiri
kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın
qızmağını gözləyirdi. Böyük oğlu QoĢqar, ortancıl oğlu Mu-
rov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmıĢ. Qa-
baqlarında da dələmə, ovma, yuxa biĢdikcə bölüĢdürüb isti-
isti yeyəcəkmiĢlər.
134
Alvız ana ilk yuxanı sacın üstünə salan kimi Kəpəzin
tərsliyi tutur.
- Bu yuxa təkcə mənimdir, - deyir, - heç birinizə vermə-
yəcəm.
Murov: – Yox, mənimdir, – deyir, - hər Ģeyin ilkini hə-
miĢə sən götürürsən, indi də mən.
QoĢqar onlara acıqlanır: – Ġndi ki, belə oldu, heç biriniz
ona əl vurmayın. Gözləyərik, üç yuxa biĢər, hərəmiz birini
götürərik.
QardaĢlar höcətləĢir, yuxa biĢməmiĢdən bir-birinin ya-
xasını cırası olurlar. Alvız ana onlara nə qədər təpinirsə, ki-
rimirlər. Kəpəzlə Murov dalaĢmağa baĢlayır. QoĢqar onla-
rın arasında oturur, onları sakitləĢdirmək istəyir. Lakin Mu-
rov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-
bar bağırır. Boynunu tuta-tuta qaçır. QoĢqar Kəpəzi çox is-
təyirmiĢ, kiçik qardaĢının Ģivəninə dözmür, qızmar sacı qal-
dırıb Murovun baĢına çırpır. Murov da çığıra-çığıra baĢqa
səmtə üz tutur. Alvız ananın üzü bozarır. QoĢqar döyüləcə-
yindən qorxub günbatana yüyürür.
Üç qardaĢın hərəsi ayrılıb bir yanda qərar tutur, Alvız
ana tək qalır. O vaxtdan bəri qardaĢlar öz analarına, ana da
öz oğullarına baxa-baxa qocalmıĢlar. Hər bulaq, hər çay on-
ların bir göz yaĢıdır, onların bu həsrətləri, bu intizarları də-
nizlərdə, dəryalarda görüĢür” (Azərbaycan mifoloji mətnləri,
1988, s. 23-24).
C.Bəydili mifdəki Alvız obraz ilə əlaqədar bildirir ki, İran
mifologiyasında bütün dağların anası olaraq bilinən Əlbürz da-
ğının adı da Albız // Alvız // Yalbuz adının təhrifə uğramış şək-
lidir (Bəydili, 2007, s. 162).
B.Ögəlin sözlərinə görə, oğuz türkləri daş-dağ ruhundan
güc aldıqlarna inandıqlarından sadəcə bir torpaq, daş yığını kimi
deyil, duyğularla yoğrulmuş, insanlaşmış varlıq kimi düşünmüş-
lər (Ögel, 1995, s. 424).
Bütün bu deyilənlər Matien dağının adının semantikasına
aydınlıq gətirmək baxımından, şübhəsiz ki, böyük önəm daşıyır
Dostları ilə paylaş: |
|
|