129
Dastanda suriyalılardan da (aşşurlardan) söhbət açılması
özbəklərin etnogenezinin ilkin mərhələsinin Ön Asiya və Qaf-
qazla, başqa sözlə, Azərbaycanla bağlı olduğu fikrini möhkəm-
ləndirir. Və məsələ bununla da bitmir. ―Xannamə‖də özbəklərin
ilk xanlarının xəzərlərlə döyüşündən söhbət gedir. Halbuki,
tarixən yaşadıqları arealın Şərqi Avropa, Qafqaz və bilavasitə
Azərbaycanla sınırlı olduğu məlum olan xəzərlərin ölkələrinin
bugünkü Özbəkistan ərazisi ilə heç bir sınırı olmayıb və bu
ərazilər bir-birindən çox uzaqdır. Eyni zamanda, xəzərlərin heç
vaxt Ural çayından şərqə tərəf keçmədikləri məlumdur. Əgər
özbəklərin ulu babaları ilə onlar arsında gerçəkdən də nə za-
mansa döyüş olubsa, bu mütləq Qafqaz ərazisində olub. Das-
tanda həmin döyüş belə təsvir edilir:
Ozqan xan xəzərlərə qarşı yürüşündə Xəzər xanını öldür-
müşdü. Xəzər xan öldürülən zaman oğlu Kümüş hələ doğul-
mamışdı. Kümüş xan böyüyəndən sonra olub-keçənləri öy-
rəndi və Ozqan xanın oğlu Uluq xandan atasının intiqamını
almaq qərarına gəldi. Uluq xan da bunu eşidən kimi, dərhal
ordusunu çəkib, onun üzərinə yeriyir və iki ordu qarşı-qarşıya
gəlir. Yenə təkbətək döyüş başlayır və xəzərlərdən Dimuk adlı
bir igid ortaya çıxır. Uluq xan da öz igidi Macar pəhləvanı
meydana göndərir. Macar pəhləvan xəzərlərdən meydana
çıxan üç igidi dalbadal öldürür. Buna görə xəzərlər Tuğraq
Dilavər adlı bir igidi meydana çıxarırlar... (Ögəl, 2006, s. 396).
Bu fraqmentdə Macar antrponiminə rast gəlinməsi böyük
maraq doğurur. Həm ona görə ki, bu fakt macarların etnoge-
nezinə müəyyən aydınlıq gətirir, həm də ona görə ki, döyüşün
Şərqi Avropa ərazisində baş verdiyini ehtimal etməyə əsas verir.
Bu son dərəcə qiymətli informasiya özbəklərin ulu əcdadlarının
Ön Asiya və Qafqazlardan Orta Asiyaya hansı yolla köçdük-
lərinə müəyyən aydınlıq gətirir.
―Xannamənin başqa bir yerində xəzərlərlə ikinci döyüşdən
və bu döyüşdə məğlub olan özbəklərin xəzər hakimiyyətini
qəbul etmələrindən söhbət açılır:
130
Təlim xan xəzər xanı Kümüş xanı öldürərək, atasının
taxtını almışdı. Gümüş xanın Ay Tokuş adlı bir oğlu var idi.
Ay Tokuş böyüyüb bir igid olanda, hər şeyi təfsilatı ilə öyrənir.
Atasının intiqamını Təlim xanın oğlundan almaq üçün yola
düşür... (Ögəl, 2006, s. 403).
―Xannamə‖nin bu yerində növbəti dəfə Azərbaycanın ən
qədim sakinlərindən olan kimerlərin adı ilə rastlaşırıq. Bu dəfə
də kimerlər özbəklərin müttəfiqi kimi çıxış edirlər:
Rak, Ilaq, Ruyin, Kimeri, Uyğur, Səkləb elləri də özbək-
lərə qoşuldular (Ögəl, 2006, s. 403).
Dastanın ən maraqçəkici məqamlarından biri də özbəklərin
öz soylarını eynən digər türk xalqları kimi Nuh oğlu Yafəsə
bağlamalarıdır:
Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi...
Bütün xanlar, özbəklər, türklər və şimal xalqları Yafəsin
soyundan gəlirlər. Bütün gözəllər Yafəsin soyundandırlar. Bu-
xaranın gözəlləri Xorasanınkından, Səmərqəndin gözəlləri
Buxaranınkından, Daşkəndin gözəlləri də Səmərqəndin gözəl-
lərindən daha gözəldirlər. Ta şimala qədər bu şəkildə davam
edir... (Ögəl, 2006, s. 385).
Görünür, Ön Asiya və Qafqaz mənşəli bütün bu süjetləri
Orta Asiyaya özbəklərin etnogenezində yaxından iştirak etmiş
türk soy və boylarından biri aparmışlar. Bu, çox güman ki,
―Xannamə‖də 32 özbək boyundan biri kimi yad edilən kanqlılar
olmuşlar. Fəqət bu ―missiya‖nı matienlərin (myutenlər) də yeri-
nə yetirə biləcəyi qətiyyən istisna edilmir. Adlarına e.ə. II-I mi-
nilliklərə aid mixi yazılarda Azərbaycan və Şərqi Anadoluda
yaşayan türkdilli xalqlardan biri kimi rast gəlinən bu boyun
əfsanələrində onların indiki Özbəkistan ərazisinə Urmiya gölü
(Güney Azərbaycan) sahillərindən köç etdiklərini əks etdirən
süjet də yer almaqdadır. Bu barədə məşhur türkoloq L.Tolstova
özünün ―Xorəzm vadisinin tarixi onamastikasının bəzi məsələ-
ləri‖ adlı məqaləsində ətraflı məlumat verməkdədir. Alim ma-
tienlərin adının Herodot tərəfindən yad edilən və Şərqi Ana-
doluda yerləşdiyi anlaşılan dağın adı ilə bağlı olduğunu söyləyir
131
(Толстова, 1971, с. 246-253). Herodotun dediyindən isə belə
anlaşılır ki, Araz çayı mənbəyini məhz bu dağdan alır:
"Araz çayı isə öz başlanğıcını Matien dağlarından
götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə
tökülür..." (Алиев, 1987, c. 14).
Strabon isə Matien ölkəsini Midiyanın bir əyaləti adlan-
dırmışdır (Strabon, II, 1, 14). F.Ağasıoğlu mövzu ilə bağlı yazır:
“...Starbonun dövründə (m.ö. I – m. s. I əsrlər) Armeniya-
nın doğusundakı, Atropatenanın batısındakı Matien bölgəsi
Mada (Maday, Midiya) ölkəsinin əyaləti adlanır. Sonrakı mi-
nilliklərdə matien boyları türklərin (özbək, qaraqalpaq) bir
boyu kimi xatırlanır” (Ağasıoğlu, 2005, s. 331).
Bizcə, özbək – matienlər (myutenlər) deyil, Matien dağı öz
adını bu türk soyunun əcdadı kimi yad edilən Matienin (Myu-
tenin) adından alıb. Belə ki, əski türk inanclarına görə, dağ, çay,
göl adları yalnız cоğrafi adlar dеyil, həm də о yеrin sahibi оlan
əcdad ruhun adıdır. Altay türkləri inanmışlar ki, Abu Kaan,
Südgöl, Ağ qaya və sair yеrlər canlı varlıqlar оlmaqla insanların
dualarına cavab vеrir, insan kimi övlad sahibi də оlurlar. Abu
Kaan dağının iki qızı vardır. Yеlbiz (alvız, albıs, al anası)
adlandırılan bu ilahi varlıqlara Altaylılar dua еdir:
Unutma bırıkma (bеni),
Ak yurdun еsеn yatsın (Kalafat, 1999, s. 85-86).
―Maaday Qara‖ adlı Altay eposunun qəhrəmanı yeni doğu-
lan və sağ ovcunda doqquzbucaqlı qara daş, sol ovcunda yed-
dibucaqlı ağ daş (Маадай-Кара,1973, c. 84) olan oğlunun düş-
mən əlinə keçməməsi üçün onu Qara Dağın başında dörd qayın
ağacının altında qoyur və deyir: ―Qara Dağ sənin atan, dörd
qayın ağacı anan olsun (Маадай-Кара,1973, c. 87).
Altaylıların inancına görə, ―Maaday Qara‖ dastanının baş
qəhrəmanı Maaday-Qara və оğlu Göküdеy-Mеrqеn dağ ruhun-
dan yaranmışlar:
Оnun tünd qоnur atı su ruhundan yaranmış,
Maaday-Qara özü dağ ruhundan yaranmışdır (Seyidov,
1994, s. 195).
Dostları ilə paylaş: |