116
Həmin əlifbada ―tha‖ hecasını bildirən qrafem də ağno-
qayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən
qədim nümunəsi Gəmiqayadan tapılmışdır. Brahmi əlifbasındakı
―dha‖ hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər
soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz
pirində də rast gəlinməkdədir.
Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlif-
balarındakı hərflərə uyğun gəlməkdədir. Belə ki, qaranoğayların
qazan boyunun ergenekli soyunun damğası ilə eyni olan işarə
eramızdan əvvəl V-III əsrlərdə işlənmiş arami əlifbasının ―h‖
hərfi ilə üst-üstə düşür. Şirvan tamğalarından bir qismi Dəməşq-
səmud və Dəməşq-səfaid əlifbasının bəzi hərfləri ilə eynilik
təşkil edir.
Qobustan və Gəmiqayadan tapılmış türk tamğalarının bir
qisminin paralellərinə də Orxon və Yenisey əlifbalarında rast gə-
linir. Belə ki, bu tamğalarla sözügedən əlifbalardakı ―nt‖ və ya
―nd‖, ― s‖ və ya ―ş‖, ―ı‖ və ya ―i‖, ―p‖, ―b‖, ―d‖, ―t‖,―z‖, ―k‖, ―ç‖
səslərinin qrafik təsvirləri ilə eynidir (Cəfərov, 1987, s. 29-36).
Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid
olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi, fəqət
Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan fərqlənən tamğaya
Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qə-
səbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında
qeydə alınmış tamğalar içərisində rast gəlinir.
Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi
bayandurların tamğası isə Şamaxının Quşçu kəndində yerləşən
Abdal damı mağarasında qeydə alınmışdır. Maraqlıdır ki, bu
işarənin ekvivalentinə Egey yazılarında da ―şərab‖ mənası verən
heroqlif kimi rast gəlinir. Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu
kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içəri-
sində də qeydə alınmışdır. Eyni müəllifin 16-cı oğuz tayfası ki-
mi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer
almaqdadır. Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazı-
çıoğlu Əlinin 19-cu oğuz boyu olduqlarını söylədiyi ulay-un-
117
duğların və Bahadır xanın 17-ci oğuz boyu kimi təsvir etdiyi
samurların tamğaları da vardır (Cəfərov, 1987, s. 29-36).
Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan
xalqın məhz əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut
etməklə yanaşı, ulu babalarımızın soy tamğalarının sonrakı
dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə
çevrildiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan dünya
yazı mədəniyyətinin ilk beşiyi olmuşdur. Bu tamğalardan bəzisi
ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır.
Yeri gəlmişkən qeyd edək ki, XlX əsrdən üzübəri V.Tomsen,
A.Şiner, İ.A.Aristov, N.Q.Malitski, E.D.Polivanov, A.C.Emre,
İ.A.Batmanov, A.Bekmıradov və bir çox başqa alimlər runik
əlifbanın qədim türk damğalarından yaranması fikrini bəzən
güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri
əsaslandırmaq istəmişlər. Lakin onlardan daha əvvəl damğa →
əlifba xəttini türkmən şairi Əndalip "Oğuznamə" əsərində qələmə
almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun
damğasından törəməsi, boylara isə damğaların Oğuz xan tərə-
findən verilməsi inamı vardır (Ağasıoğlu, 2005, s. 178).
Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun ol-
duqlarının başqa bir sübutu da var. Məlum olduğu kimi, Mezo-
lit, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki
metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər kon-
turlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yu-
xarı mərəbədə yerləşmiş 42№-li daşın şərq tərəfindəki və 29№-
li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək
olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə
edilmişdir (Rzayev, 1985, s. 15).
Tarixçi alim İ.Avşarovun yazdığna görə, Azərbaycan əra-
zisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edi-
lən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada
xüsusi yerə sahibdirlər. Təbii ki, bu, heyvanat aləminin ibtidai
insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki,
bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış
etmişlər:
118
“Məlum olduğu kimi, oğuzlar çox qədim və zəngin mə-
dəniyyətə sahib olmuşlar. Tarixçi-etnoqraf Qoşqarlı özünün
“Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuz-
namə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz
xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir.
Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri abidələ-
rindən əldə edilmiş tunc kəmərlərin üzərində təsvir edilən öküz
başlarının buynuzları aypara formasında təsvir edilmişdir.
Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc
sistemində öküzə inam xüsusi yer tutmuşdur. Bu baxımdan
Xocalı-Gədəbəy abidələrindən üzə çıxarılan fiqurların bir
çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi
Azərbaycan və şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus
alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan
Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində
hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına
da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında
apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir.
Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan
dairəvi disk bərkidilmişdi.” (Авшарова, 2005, s. 24).
Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq
alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem müna-
sibəti bəslədiklərini söyləmişlər. Bu alimlər bu halda ―Oğuzna-
mə‖də yer alan sözlərə istinad etmişlər:
Olsun dedilər. Onun anqağusu budur (Bayat, 1993, s. 124).
―Oğuznamə‖nin uyğur versiyasının birnci səhifəsinin birin-
ci sətrində təsvir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın
şəkli,daha dəqiq desək,anqağusu, yəni ideoqrafik işarəsi kimi
təqdim edilir. Bu şəkil əsərə sadəcə bir illüstrasiya kimi qəbul
edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış
edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür.
Mətndə Oğuz xanın sözlü təsviri fərqlidir:
Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğ-
lu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri
ala, saçları, qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi...
Dostları ilə paylaş: |