110
kimi çıxış edir. ―Kimi‖, ―gibi‖ qoşmalarının məqamında da şu-
mercədə müqayisə bildirmək üçün ―qi-qim-qimi‖ variantlarında
çıxış edən ünsürün işləndiyi də məlumdur. Şumer dilində yerlik
hal üçün işlənən ―ra‖şəkilçisi ―ra‖ və ―ru‖ formasında türk dil-
lərində, o cümlədən, Azərbaycan dilində eyni mənada fəaliyyət
göstərmişdir. Məsələn, sonra, yuxarı və sairə. Şümer dilinin
çıxışlıq halındakı ―ta‖, yerlik halındakı ―a‖ yenə maraq doğurur.
Azərbaycan dilində yerlik və çıxışlıq, yönlük və yerlik hallarının
sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq. Deməli,
bu qrammatik hadisənin kökü onunla bağlıdır ki, vaxtilə ―ta‖,
―da‖ şəkilçisi çıxışlıq məzmunu bildirmiş, sonralar çıxışlıq halı
kimi ―tan‖, ―dan‖ müəyyənləşərkən, o, ―ta‖, ―da‖ yerlik halı və-
zifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər bir-birinin
mənasını əvəz etmişdir. Yəni yeni mənasını bildirməklə, köhnə-
ilkin mənasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir (Ha-
cıyev, 1976, s. 22-23).
Alim daha sonra yazır:
“Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində
müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir,
yəni “a” morfemi yerlik vəzifəsindən yönlük funksiyasına keç-
diyi zaman əzəllər ikimənalı olmuşdur. Hətta bu qeyri-differen-
siallıq, görünür, o qədər çəkmişdir ki, şumercədə xüsusi yerlik-
yönlük hal yaranmışdır. Çıxışlıq halı şəkilçisinin yerlik, yerlik
halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında
üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur. Bunun
nəticəsidir ki, Azərbaycan dili tarixinin təşəkkülü dövründə,
ümumiyyətlə, məkani halların hər biri o birilərinin mənasını
ifadə etmişdir. Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq:
“...Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə
“yüzünə”işlənmişdir. Eyni mənbədə belə bir ifadəyə rast gəlirik:
“Topuğunda sarmaşanda qara saçlum.” Burada isə “topuğu-
na” əvəzinə “topuğunda” işləndiyinin şahidi oluruq. Şah İs-
mayıl Xətaidə də “muna”, yəni buna əvəzinə “munda”, yəni
bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”
Bənzər halı Nəsimi yaradıcılığında da müşahidə etmək olar:
111
“Sorma, ey dilbər, mana...” Əslində belə olmalıdır: “Sorma, ey
dilbər, məndən”” (Hacıyev, 1976, s. 22-24).
Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il
mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü
və tarixi ilə bağlı bir çox mülahizələr irəli sürülmüşdür. Bəziləri
onu zərdüştiliklə, bəziləri isə İslamla, daha dəqiq desək, Həzrət
Əlinin doğum günü ilə bağlamağa çalışmışlar. Həqiqət isə budur
ki, sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə
aid şumer mətnləridir ki, bu mətnlərdən eyni bayramı martın 21-də
şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq
və cobanlar tanrısı Dumuzunun şərəfinə keçirildiyi məlum olur.
Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bayramı
adlandırırdılar. Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və
həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları ―Gil
kitabələr‖ adlı kitablarında məlumat verməkdədirlər. Süjetin qısa
məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal
məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasın-
da əsir edir. Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur, ağac-
ların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas et-
mək üçün yeraltı dünyaya enir, 7qapı keçir və uzun sərgüzəşt-
lərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş
verir. Həmin gün ağaclar yenidən çiçək açır, təbiət oyanır.
Elməddin Əlibəyzadə yazır:
“Təsəvvür edin ki, arada 6500 illik zaman məsafəsi var.
Amma tellər, bağlar qırılmayıb. Müasir dilimizin qayda-qanun-
larının çox dərin kökləri üzə çıxır. Ayrı-ayrı ifadə şəkilləri,
şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə
müasir Azərbaycan – türk və ümumən türk dilləri arasında əbə-
di tellər, bağlar olduğunu təsdiq edir” (Əlibəyzadə, 1998, s. 68).
Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana
―kur‖, yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri
ilə Azərbaycandan aparmışdılar. Təsadüfi deyil ki, Azərbay-
canın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kur-
qanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir. Şumer
kurqanları isə Tunc dövrünün məhsuludur.
112
İslama qədərki türklərin, o cümlədən iskitlərin və sakların
ayrılmaz atributlarından biri də kurqanlardır. Bütün qədim müəl-
liflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarla-
rının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmiş-
lər. Eyni hal qədim şumer mədəniyyətinə də xasdır. Maraqlıdır
ki, yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azər-
baycan ərazisində rast gəlinmişdir. Söhbət son Eneolit dövrün-
dən və Ağstafa rayonu ərazisindən gedir.
Tarixçi alim Nəcəf Müseyibli yazır:
“XX əsrin 80-ci illərində Azərbaycanda, Ağdam rayonu
ərazisində, aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə
məskəni tədqiq edilərkən, buradan digər yerlərdən tapılan və
eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiy-
yət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi. Bura-
dan tapılan, dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qab-
lar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eyni-
lik təşkil etməkdə idi. Sonralar eyni bölgədə bənzər mədəniy-
yətin izləri Çinartəpə, Şomutəpə və Abdal Əziztəpə abidələrdən
də üzə çıxarıldı. Leylatəpə və digər analoji abidələrin tədqiqi
nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və son
Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu.
XX əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüs-
tan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.
2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tif-
lis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparı-
lan arxeoloji qazıntılar zamanı Ağstafa rayonu ərazisində da-
ha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi.
Bu, sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu
2, eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2
qədim məskənləri idi.
Bu dövrə qədər bütün Güney Qafqaz, o cümlədən Azər-
baycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə
rast gəlinməmişdi. Tapılmış bütün məzarlar yaşayış yerlərinin
döşəmələrinin altında və ya evlərin həyətində idi. Yəni Eneolit
Dostları ilə paylaş: |