Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

101 
 
Baba-Dərviş və  Əlikömək təpəsində isə bu göstəricilər müqabil 
olaraq 23,4 %, 36,5 % və 43,3 % idi (Гулузаде, 2005, с. 83). 
Deməli,  həmin  dövrlərdən  etibarən  öküzləri  yeməyə  başla-
mışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir 
sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi. Bu da 
təbiidir. Çünki zaman keçdikcə insanların sayı durmadan artmış 
və  bu  da  ərzaq  probleminin  yaranmasına  gətirib  çıxarmışdı. 
Öküz  və  inək  isə  həm  zəngin  ət,  süd  mənbəyi,  həm  də  əkinçi-
lərin işini yüngülləşdirən səmərəli güc mənbəyi kimi çıxış etmək 
potensialına  sahib  idi.  Artıq  son  Eneolit  –  erkən  Tunc  dövrlə-
rindən  etibarən  öküzlərin  kotana  qoşulduğunu  təsdiqləyən  çox 
sayda  fakt  mövcuddur.  Bununla  belə,  dövrümüzədək  ulaşan  və 
həmin dövrlərin yadigarları olan cütçü nəğmələrindən də görün-
düyü kimi, öküzə hələ də son dərəcə xoş münasibət bəslənilir, o, 
marala, ceyrana bənzədilərək əzizlənirdi: 
Huşa, huşa öküzüm, 
Sel gəldi, ho, sel gəldi. 
Huşa, huşa maralım, 
Yel gəldi, ho, yel gəldi. 
 
Huşa, huşa öküzüm, 
Yar gəldi, ho, yar gəldi. 
Huşa, huşa, ceyranım, 
Qar gəldi, ho, qar gəldi. 
 
Huşa, gülüm, bizə gəl
Dağdan enib düzə gəl. 
Boyunduruq nalçalı, 
Torpağımı bizə gəl... 
 
Huşa, huşa maralım, 
Sel gəldi, ho, sel gəldi. 
Huşa, huşa, ceyranım, 
Yel gəldi, ho, yel gəldi. 
 


102 
 
Yel gəldi, ho, yel gəldi. 
Yel gəldi, yel gəldi. 
Yel gəldi, ho, yel gəldi. 
Yel gəldi, ho, yel gəldi  
     (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 28) 
Eyni münasibəti aşağdakı nəğmədə də görürük: 
Hütə, hütə, hütə, ho, 
Hütə, hütə, hütə, ho. 
Öküzüm, maralım hütə, 
Qaldı avalım, hütə. 
Hütə, hütə, hütə, ho, 
Hütə, hütə, hütə, ho. 
Gün getdi, yağış gəldi, 
Gəl, kalça kəlim, hütə. 
Hütə, hütə, hütə, ho, 
Hütə, hütə, hütə, ho”  
     (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)  
Başqa bir cütçü nəğməsində isə öküz belə əzizlənir: 
Ho-ho, ho-ho, öküzüm, 
Ho-ho, ho-ho, öküzüm. 
Budu bütə öküzüm, 
Bir qarış yerim qalıb, 
Ho, ho, ho, 
Ho-ho, ho-ho, öküzüm  
      (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)  
Digər  bir  nəğmədə  öküzə  ―ala  kəlim,  qara  kəlim,  ana  kə-
lim‖ deyə müraciət edildiyini müşahidə edirik: 
Ala kəlim, huş ho, 
Qara kəlim, huş ho, 
Ana kəlim, huş ho. 
Huş ho, huş ho, 
Huş ho, huş ho,                             
Huş ho, huş ho  
      (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27) 


103 
 
Tunc  dövründə  günəş  kultunun  öküz  kultunu  üstələməyə 
başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qur-
ban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir. Bu baxım-
dan  şumer  ədəbiyyatının  şah  əsəri  hesab  edilən  ―Bilqamıs  das-
tanı‖nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur: 
 “Dostum, mən də görürəm buğada çılğınlığı, 
Bizi qorxuda bilməz onun bu azğınlığı.  
O buğanı ikimiz bir yerdə öldürərik
Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam. 
Buynuzuna zeytun yağı dolduru, Luqalbandaya çatdıraram.  
Sən onun quyruğunun yapış yoğun yerindən,  
Alnına, peysərinə xəncər vuracağam mən.” 
Enkidu hərləyərək onun dalınca qaçdı, 
Quyruğunun lap yoğun yerindən o yapışdı. 
Bilqamıs öz dostunun igidliyini gördü
Buğanın alnına, peysərinə xəncər vurdu.  
Gətirdilər qoydular Utunun qarşısına, 
Bir az kənarda durub, səcdə etdilər ona”  
                                               (Bilqamıs dastanı, 1985, s. 51) 
Nəsir  Rzayevin  sözlərinə  görə,  Tunc  dövrü  abidələrindən 
danışarkən  Azərbaycanda  ―Çoban  daşı‖  adı  ilə  məşhur  olan 
menhirlərdən də söz açmaq lazımdır. Dağ və dağətəyi zonalarda 
rast  gəlinən,  hündürlüyü  təqribən  1  metr  və  daha  çox  olan  və 
şaquli  şəkildə  yerə  basdırılan  bu  abidələrə  ancaq  qəbiristanlıq-
larda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər 
Tunc dövründən sonra öz əhəmiyyətini itirmişdir. Qədim qəbris-
tanlıqlarda  cərgələrlə  düzülmüş  bu  şaquli,  yonulmamış  daşlar 
ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş 
ölən adamı təmsil  edərək onu bu dünyada  əbədi  yaşadacaqmış. 
Göründüyü  kimi,  menhirlər  ilk  insan  heykəlləridir,  xatirə  sə-
ciyyəvi  abidələrdir.  Maraqlıdır  ki,  tədqiqatçılar  belə  daşlar  ara-
sında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəl-
mişlər. (Azərbaycan incəsənəti, 1977, s. 12). 
Üzərində  baş  heykəlləri  olan  daşlar  ilk  baş  daşlarıdır  və 
dilimizdəki ―başdaşı‖ ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə