Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   26   27   28   29   30   31   32   33   ...   97

89 
 
mişdir ki, şumer dilində həm qərbi, həm də şərqi türk ləhcə və 
şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır: 
"Şumer  dilinin  turani  dillərə  bənzədiyi  artıq  qəbul  edil-
mişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdi-
rən  Vulli  şumerlərin  morfoloji  cəhətdən  əski  türkcəyə  bənzər 
bir  dildə  danışdığını  qəbul  edir:  Şumerlərin  türk  olduğu 
məsələsinin çoxlu sübutu var. Bizi bu qənaətə gətirən ən güclü 
sübut  ikidir:  1)  Dil  sübutu;  2)  Geoloji  və  arxeoloji  sübut." 
(Cavat, 1933, s. 58-59). 
Dmitri  Rederin  sözlərinə  görə,  Şumerlərin  dili  ayrıca  bir 
dildir.  Bizə  məlum  olan dillərlə  onu  bağlamaq  hələlik  əsaslı  və 
mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar 
ki,  o,  iltisaqi  dillər  ailəsinə  daxildir  və  öz  quruluşuna  görə  ən 
çox türk dilləri ilə müqayisə edilə bilər (Редер, 1965, c. 15). 
Qulo Vinkler isə bildirmişdir: 
"Bizə  gəlib  çatmış  şumer  mətnlərinin  çoxunun  dil  xüsu-
siyyətlərini  hələlik  izah  edə  bilməsək  də,  dünyada  ən  qədim 
mədəni  dil  olan  şumer  dilinin  ümumi  xarakteri  barədə  bizdə 
yetərincə  təsəvvür  yaranıb.  Bu  dil  əsas  əlamətlərinə  görə  türk 
dillərinə  uyğun  iltisaqi quruluşlu  dildir  və  sami  dillərinin  qu-
ruluşundan tamamilə fərqlənir" (Винклер, 1903, c. 6-7).  
Filoloq alim Elməddin Əlibəyzadə deyir: 
“Məşhur  Amerika  şumerşünası  Samuel  Kramer  şumer-
lərə  həsr  etdiyi  kitabını  belə  adlandırıb:  “Tarix  Şumerdən 
başlayır.”  Kitabın  ayrı-ayrı  fəsil  və  bölmələri  bu  məntiqi  da-
vam  edir:  “İlk  məktəblər”,  “İlk  ikipalatalı  Parlament”,  “İlk 
tarixçi”,  “Heyvanlar  haqqında  ilk  təmsillər”,  “İlk  ədəbi  mü-
bahisələr”,  “Bəşəriyyətin  ilk  qəhrəmanlıq  əsəri”,  “İlk  matəm 
nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk 
kitabxana  kataloqu”  və  sairə.  Hər  şeyin  ilki,  hər  şeyin  çıxış 
nöqtəsi, yəni tarixin başlanğıcı. 
Kitabda  zəngin  mətnlər,  yazılar  əsasında  təsdiq  edilir  və 
göstərilir ki, miladdan ən azı 3 min il əvvəlki qədim Şumerdə 
güclü mədəniyyət, elm, ədəbi  ənənə olmuşdur. Şumerdə mək-
təblər,  sistemli  oxu  mətnləri,  sabit  dərsliklər,  müəllimlər, 


90 
 
mirzələr, xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada 
gil lövhələrdən ibarət kitablar, yüzlərcə müxtəlif növ kitablar, 
elmi  əsərlər  vardı.  Rəsm  və  şumer  dili  müəllimləri  fəaliyyət 
göstərirdi,  yaxşı  işlənmiş  qrammatika  kitablarından  istifadə 
edilirdi.  Elmin  ayrı-ayrı  sahələrinə  aid  dərs  vəsaitləri,  proq-
ramlar yaradılmışdı və sairə” (Əlibəyzadə, 1998, s. 61-62). 
Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov be-
lə hesab edir ki, qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş 
şumer  vokal  sisteminin  bərpası  məsələsində  müasir  türk  dili 
materialı  ilə  müqayisənin  böyük  əhəmiyyəti  vardır.  Onun 
fikrincə, bu halda U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir. 
Oljas  Süleymenov  şumer  cingiltili  samitlərinin  bir  qayda 
olaraq  türk  kar  samitlərinə  uyğun  gəldiyini  söyləyir  və  fikrini 
aşağıdakı nümunələrlə əsaslandırır: 
    ġumercə         
 
 
 Türkcə 
------------------------------------------------------------------------------ 
   DĠNGĠR         
 
 
 TENQRĠ (TANRI) 
   UD              
 
 
UT (OD)               
   UDUN           
 
 
UTUN (ODUN) 
   ADA              
 
 
ATA 
   DĠRĠQ           
 
 
TERĠK (DƏRĠN) 
   TAQ              
 
 
TAK (TƏK) 
------------------------------------------------------------------------------ 
“Məsələn, şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski 
türk  dilində  bu  kəlmə  “Tenqri”  formasında  qeydə  alınmışdır. 
Əski  türk  mənbələrində  “od”  kəlməsi  “ut”şəklində  yazıldığı 
halda,  şumer  mətnlərində  eyni  kəlmə  “ud”kimi  yazılmışdır. 
Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar sa-
mitinin  uyğun  gəlməsini  dərin  mənasında  olan  “diriq-terik” 
qarşıdurmasında  da  müşahidə  edə  bilərik.  Bu  halda  “Q-K” 
qarşıdurması  da  diqqəti  çəkir.  Eyni  hal  “taq-tak”  münasibət-
lərində də özünü göstərir” (Süleymenov, 1993, s. 207-208). 
Şumer dilinin morfologiyasından söhbət  açan Oljas Süley-
menov  həmin  dilin  morfologiyasına  istinadən  ―məsdər  +  k  = 


91 
 
isim‖  türk  sözdüzəldici  sxeminin  qədimliyi  haqqında  fikir  söy-
ləyərək maraqlı nəticələrə gəlmişdir: 
                 
ġumercə         Türkcə 
------------------------------------------------------------------------------ 
URU             QURmaq, QURUluĢ 
URUQ          QURĞU, tikili, Ģəhər 
YÜZÜ           ÜZmək 
YÜZÜK        ÜZGÜ, ÜZən, su quĢu 
EġTĠ             EġĠTmək 
QEġTUQ      qulaq 
TURU          DĠRĠ olmaq 
TURUQ        DĠRĠLĠK, həyat (Süleymenov, 1993, s. 207-208). 
------------------------------------------------------------------------------ 
Şumercə ―uru‖ türkcədəki ―qur‖ feli ilə üst-üstə düşür. Şu-
mer  dilində  bu  felə  ―q‖  sözdüzəldici  şəkilçisi  artırmaqla  feldən 
isim  düzəldilmişdir.  Nəticədə  yeni  ―uruq‖  kəlməsi  yaranmışdır 
ki,  bu  kəlmə  dilimizdəki  ―qurğu‖  kəlməsinə  uyğundur  və  tikili, 
şəhər  mənalarını  da  ifadə  edir.  Eyni  yolla,  yəni  ―k‖  və  ya  ―q‖ 
sözdüzəldici  şəkilçisinin  artırılması  ilə  üz,  üzmək  mənasında 
olan ―yüzü‖ felindən üzgü, üzgüçü və ya da su quşu mənalarını 
verən ―yüzük‖ kəlməsi törəmişdir. 
Bu  sözlərdən  göründüyü  kimi  ortada  5  min  illik  bir  fasilə 
olsa  da  şumer  dilinin  sözləri  ilə  bugünkü  dilimizin  sözləri  ara-
sında fərq o qədər də böyük deyildir. Feldən isim düzəldilməsi 
mexanizmi  də,  bu  zaman  işlədilən  sözdüzəldici  şəkilçilər  də 
eynidir.                
Elməddin Əlibəyzadə yazır: 
“Artıq  XIX  əsrdən  dünya  tarixində  yeni  bir  elm  sahəsi  - 
Şumerşünaslıq  yaranıb  və  inkişaf  etməkdədir.  Dünyanın  bir 
çox  görkəmli  şumerşünas  alimləri  yetişib  və  fəaliyyət  gösərir. 
Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi, hansı 
müasir  xalqların  əcdadları  olması  problemidir.  Problem 
ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və 
söylənilir. Bu, təbiidir; lakin bir həqiqət gün kimi aydındır ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə