147
duranda halında bəzi dəyişikliklərin baş verdiyini hiss edir və
hamilə qaldığını anlayır. Aradan bir müddət keçəndən sonra
qarnı şişir. Qarnında nəyinsə qımıldadığını hiss edən qız əhva-
latı anasına danışır. Anası şübhəyə düşür, fəqət yoxlayıb qı-
zının bakirə olduğunu görür və mat-məəttəl qalır. Beləcə, qızın
aydan hamilə qaldığı məlum olur.... (Ögəl, 2006, s. 412).
Əfsanənin ikinci variantı belədir:
Qıyat qəbiləsi içərisində bir adam var imiş. Bu adam əcəli
çatanda ölmüş, öldükdən sonra üç oğlu və arvadı qalmışdı.
Arvadın adı Alan Qova idi. Əri öldükdən sonra qadın bir gün
yatırmış, gecə yarısı pəncərədə ay işığı kimi bir şey içəri girmiş,
sonra da aslan və ya qurd şəklində çıxıb getmişdi. Qadın bu
işıqdan hamilə qalmışdı.
Alan Qovanın anası qızının hamilə olmasından təşvişə
düşür... Atası Buyan xan uyğur döyüşündən dönməmiş qızını
bir sandığın içinə qoyur və sandığı Səroş çayına tullayır. Ay
sandığı dərhal ağuşuna alıb aparır. Bundan bir müddət sonra
Buyan xanın uyğurlarla döyüşdə öldüyü xəbəri gəlir. Qızın
anası bərk peşiman olur, amma heç bir faydası olmur. Qızını
artıq birdəfəlik itirdiyi məlum olur.
Dürülgün elində iki nəfər çay sahilində ov edirmiş və bü-
tün şikarı tən bölürmüşlər. Bunlardan birinin adı Dam Buğa,
o birinin adı is Duvay imiş... Bir gün bunlar yenidən ov edər-
kən bir sandığın su ilə axdığını görürlər. Cəld sandığı tutub
sahilə çıxarırlar. Sandığı açanda görürlər ki, içində gənc və
gözəl bir qız var. Qızı sandıqdan çıxarırlar, o da onlara başına
gələnləri bircə-bircə danışır. Dostlar qızı özləri ilə götürüb öz
ellərinə aparırlar. Aradan qırx gün keçir və qız ay parçası kimi
bir oğlan doğur.... Yeddi gün sonra oğlana Buzancar adı
qoyurlar. Bu uşaq Çingiz xanın yeddinci göbəkdən əcdadıdır.
Aradan iki il keçdikdən sonra qız təkgöz Duvaya ərə gedir və
ona on iki oğlan uşağı doğur. Lakin qadın oğulları içərisində
ən çox Buzancarı sevir. Bu da qardaşlarının ona paxıllıq et-
məsinə səbəb olur. Paxıllıq o səviyyəyə çatır ki, analara onla-
rın Buzancara bir xətər yetirə biləcəyindən qorxmağa başlayır.
148
Odur ki, qadın ilk beşiyini yanına salıb, onunla birlikdə çay
qırağına gəlir, ona nəsihətlər verir. Deyir:
- Sən buralı deyilsən. Ona görə də qardaşların və yerlilər
sənə xətər yetirə, hətta səni öldürə bilərlər. Bu çayın yuxarı
axarı boyunca get, sağ-salamat olduğunu bilməm və təskinlik
tapmam üçün hər dəfə quş ovladıqda onun başını kəs və çaya at.
Qadın bu sözləri dedikdən sonra oğlu ilə vidalaşır və evinə
dönür. Oğlan da anası dediyi kimi Kerü (Kür?) çayın mənbəyi
istiqamətdə yola çıxır.
Bu çayın sahilində bir yurd varmış və orada dörd qardaş
yaşarmış.. Bir gün onların inəklərinin ayaqları qırılır. Onlar
bunu edəni tapır və ona da inəyin ayağını sarıdırlar. Fəqət inə-
yin ayağının sarğısı od alır və sonra da alov xırmana keçir. Bu,
qardaşların bir-biri ilə höcətləşməsinə və savaşmasına səbəb
olur. Onlar bütün günahı inəyin qıçını qıran qardaşda görürlər.
Əfsanədə deyilir ki, Buzancar qardaşların arasına girib, on-
ların mübahisəsini həll edir. Qardaşlar onun ağlına heyran qalıb,
ona onlarla yaşamağa yer verirlər. Bütün elin tədricən rəğbətini
qazanan gənc tezliklə xan olur və bütün türk soy və boylarını
birləşdirir. Təkcə Qıyat boyunun başçısı uyğur Bekiş xan ona ta-
be olmaq istəmir. Belə olan halda Buzancar ordu toplayıb onun
üzərinə gedir və döyüşdə Bekiş xanı öldürür. Sonra isə Qıyat
elinin bütün camaatını qılıncdan keçirir (Ögəl, 2006, s. 413-414).
―Xannamə‖də yazılanlara görə, Buzancardan sonra oğlu
Bukay, Bukaydan sonra oğlu Kaydu, ondan sonra oğlu Bəy Son-
qur, Bəy Sonqurdan sonra oğlu Tümən, ondan sonra oğlu Kabul,
daha sonra sonuncunun oğulları Bartan və Noyan, Noyanın oğlu
nəslindən olan Təmür Gürən növbə ilə xanlıq edirlər. Bundan
sonrakı hissədə Yesugey Bahadır və Çingiz xanın tarixçələri
nəql edilir (Ögəl, 2006, s. 414-415).
Mövzumuz baxımından qaraqalpaq türklərinin etnogenezi-
nin bu xalqa məxsus zəngin folklor abidələri əsasında öyrənil-
məsi də böyük maraq kəsb etməkdədir. Belə hesab edilir ki,
qaraqalpaqların müstəqil etnos kimi formalaşması Orta Asiyada,
Aral gölü ətrafındakı geniş çöllərdə baş vermişdir. Fəqət bu xal-
149
qın şəcərə miflərinin, əfsanə və rəvayətlərinin öyrənilməsi onun
ilkin formalaşma mərhələlərinin Orta Asiyadan çox-çox kənar-
da, Ön Asiya və Qafqazda, daha dəqiq desək Azərbaycan və
Şərqi Anadolu ərazisində baş verdiyini, etnik köklərinin isə mi-
nilliklərin dərinliklərinə qədər uzandığını söyləməyə əsas verir.
Bəri başdan qeyd edək ki, qaraqalpaq türklərinin folkloru-
nun, o cümlədən şəcərə folklorunun öyrənilməsində uzun müd-
dət Xorəzm ekspedisiyasında çalışmış S.P.Tolstov və T.A.Jdan-
konun, eləcə də atasının işini davam etdirən L.S.Tolstovanın
ölçüyəgəlməz xidmətləri olmuşdur. Onlardan S.P.Tolstov qara-
qalpaq türklərinin hazırda məskun olduğu əraziləri vaxtilə belə
xarakterizə etmişdi:
“Aralətrafı bölgə şimali Avrasiya çölləri ilə Orta Asiyanın
dağlıq ön və cənub regionlarını Hindistanın və Cənubi Avra-
siyanın orta düzənləri ilə birləşdirən, hind-Avropa elementinin
etnogenez və qlotogenezinin baş verdiyi önəmli məkandır
(Толстов, 1948, с. 341).
Qaraqalpaq türklərinin çoxəsrlik etnik formalaşma dövrü
ərzində bu coğrafiyadan keçən qədim miqrasiya yollarından
xeyli qidalanaraq, öz mədəniyyətini, o cümlədən folklorunu nə-
zərəçarpacaq dərəcədə zənginləşdirə bildiyini, bu üzdən də bu
xalqın folklorunun tarixin ayrı-ayrı dövrlərini əks etdirdiyini ya-
zan L.S.Tolstovanın fikrincə, kök etibarilə qıpçaq olan, sonrakı
dövrlərdə oğuz və peçeneklərə qaynayıb qarışan qaraqalpaqların
etnik şüurunda yad təsirlər də az rol oynamamışdır (Толстова,
1977, с. 141). T.A.Jdanko bu xalqın etnik köklərindən birinin
sak-massagetlərlə və e.ə. VII-II əsrlərlə bağlı olduğunu ehtimal
etmişdir (Жданко, 1950) və irəlidə görəcəyimiz kimi, o, qətiy-
yən səhv etməmişdir. L.S.Tolstova isə bir qədər də irəli gedərək,
bu köklərin daha qədim əsrlərə və Ön Asiya, Qafqaz və Azər-
baycan ərazilərinə uzandığını təsbit edə bilmişdir. Fəqət o, bu
xalqı sonradan türkləşməyə məruz qalan irandilli xalq saymış,
bu da ondan qaynaqlanmışdır ki, xanım Tolstova onların rəva-
yətlərini özbək-sartların mənşəyi barədə Məqdisi (X əsr), Yaqub
Həməvi (XIII əsr) və Həmdullah Qəzvininin (XIII-XIV əsrlər)
Dostları ilə paylaş: |