Mövsüm m
ərasimləri etnoqrafik, folklorşünaslıq
baxımından Ə.Cəfəroğlu, M.Kenin-Lopsan, S.Kuroqlu,
P.Əfəndiyev, M.Maruneviç, V.Xuluflu, H.Araslı, M.H.Təh-
masib, M.Seyidov, M.H
əkimov, N.Baboqlu, B.Abdulla,
Y.Kalafat, Q.Namazov, D.Tanasoqlu, Z.Kırqıs, S.M.Demi-
dov, A.Orazov,
Ə. Axundov, H.Q.Qədirzadə, A.Y.Ocak,
A.N
əbiyev, A.Manof, H.Həvilov, V.Moşkov, H.Güngör,
M.Qasımlı, V.Dyakonova, Q.Kurbatski, M.Monquş, Ə.Cə-
f
ərzadə, T.Bünyadov, V.Maynoqaşeva, Q.Qeybullayev,
M.Unqvi
tskaya, S.Vaynşteyn... tərəfindən az, ya çox
d
ərəcədə öyrənilmişdir. Cənubi Sibirlə bağlı tədqiqat işləri
ayrıca diqqət çəkir. Həmin tədqiqatlarda Sibir xalqları etnik
qohumluq
əlaqələrindən, dinindən asılı olmayaraq vahid ailə
kimi götürülür. Bu da t
əbiidir. Çünki həmin yerlərin
özün
əməxsus təbiəti, xalq yaradıcılığı, adət-ənənələri bir-
birind
ən, demək olar ki, çox az fərqlənir. Hal-hazırda bu
xalqların bir çoxu ayrı-ayrı dinlərə qulluq etsələr də,
şamanizmin izləri özünü onların həyatının bütün sahələrində
qabarıq göstərir. Hətta bir çox yerlərdə şamanizm dirçəldilir,
şamanlar yenə də əvvəlki kimi xalqın xeyir-şərində iştirak
edirl
ər.
1980-ci ill
ərin əvvəllərindən başlayaraq bizim də
pravoslav xristian
qaqauzlar, saxalar, çuvaşlar, xakaslar,
lamaist tıvalar, Sibirdə yaşayan müsəlman sibirtarlar (Sibir
tatarları), Dobruca tatarları, Makedoniya türkləri, İraq
türkmanları, eləcə də digər türklər, onların yaradıcılıqlarının
çeşidli sahələri ilə bağlı bir çox araşdırmalar aparmışıq.
H
əmçinin digər ölkələrdə kitab və 400-dən çox elmi, elmi-
publisistik m
əqalələrimiz dərc olunmuşdur.
45
1980-ci ill
ərin əvvəllərindən, yəni hələ tələbə ikən
d
əfələrlə tədqiqat obyekti kimi seçdiyimiz türk xalqlarının
yaşadıqları bölgələrdə olmuş, çöl materialları toplamış, xalqla
birbaşa təmasda olmuşuq. Səfərlər bu gün də davam edir. Çöl
t
ədqiqatlarımızda bilavasitə müsahibələr alır, müşahidə üsu-
lun
dan, diktofon, fotoapparat, videokameradan geniş istifadə
edirik. T
əcrübə göstərir ki, fərdi qaydada aparılan çöl
etnoqrafiyası tədqiq olunan sahə üçün daha çox material verir.
T
əkcə onu demək kifayətdir ki, 1998-ci ilin iyul ayında bir ay
C
ənubi Sibirdə (Xakasiya, Tıva, Dağlıq Altay) çöl materialları
toplamış, etnoqrafik araşdırmalar aparmış, şamanlarla
görüşmüş, 2003-cü ilin iyul ayında iyirmi gün Qaqauz Yeri
Muxtar Bölg
əsinin Volkaneşt rayonunun Tülüküy kəndində
yaşamış, növbəti dəfə Komratda, Çadır-Lunqa şəhərlərində ol-
muş, xalqdan topladığımız yeni (1984-cü ildən bu vaxta qədər
doqquz d
əfə Ukrayna, Rumıniya, Moldova qaqauzları arasında
t
ədqiqat aparmışıq) materiallardan, çəkdiyimiz fotoşəkillərdən
m
əqalələrimizdə, doktorluq dissertasiyamızda, kitablarımızda
[40, 43, 108, 109...]
, radio, televiziya verilişlərimizdə istifadə
etmiş, Azərbaycanda ilk dəfə olaraq iki dəfə etnofotoqraf kimi
etnoqrafik fotoşəkillərdən ibarət fotosərgi keçirmişik. Bu da
monoqrafiyada toplanılan faktik materialın, əldə olunan elmi
n
əticələrin mahiyyət etibarilə orijinallığından xəbər verir.
Xakasların mövsüm mərasimlərinin öyrənilməsi ilə XIX
əsrin sonu - XX əsrdə K. Pataçakov, L.Potapov [180, 181,
182], son dövrl
ərdə isə M.Usmanova, V.Butanayev məşğul
olmuş, xakasların həyatının müxtəlif sahələrini, o cümlədən də
m
ərasimlərini araşdırmış, maraqlı nəticələr ortaya qoymuşlar.
46
Tıva türklərinin mövsüm mərasimləri M.Monquşun,
M.Kenin-
Lopsanın, Z.Kırqısın, S.Biçe-oolun, V.Dyakonova-
nın… əsərlərində öz əksini tapır [170, 156, 165].
XIX
əsrin sonu - XX əsrin əvvəllərində qaqauz popazı,
maarifçisi D.Çakırın, rus alimi V.Moşkovun, bolqar alimi
A.Manofun araşdırmaları qaqauzların etnoqrafiya elminin,
dem
ək olar ki, əsasını qoymuşdur. Bu tədqiqatların arasında
A.Manofun “Qaqauzlar”
əsərinin özəl yeri var.
M.V.Maruneviç, S.S.Kuroqlo, İ.V.Dron, V.S.Zelençuk,
M.N.Quboqlo, L.Pokrovskaya kimi aliml
ər XIX əsrin sonu –
XX
əsrin əvvəllərində qaqauzların ailə-məişət məsələləri, sovet
dövrü d
əyişikliklərilə bağlı zəngin çöl materialları əldə etmiş,
maraqlı tədqiqatlar aparmışlar [166, 163, 97] . XX əsrin
sonlarına doğru adı keçən alimlərlə yanaşı M.A.Durbaylonun,
L.Çimpoyeşin, N.Babaoqlunun, D.Tanasoqlunun, türkiyəli
aliml
ər Harun Güngörün, Mustafa Arqunşahın… kitablarını
qaqauzların etnoqrafik materiallarının öyrənilməsi sahəsindəki
uğurlu addımlardan saymaq olar. Lakin onların əksəriyyəti
material toplusu, t
ərtib səciyyəsi daşıyır. Son illərdə
O.K.Karanastas-
Radovanın [153], A.V. Şabaşovun [210],
Y.N.Kvilinkovanın [155] tədqiqatları da diqqət çəkir...
Bildiyimiz kimi, mövsüm m
ərasimləri insan həyatının
ayrılmaz hissəsidir. Onların bir çoxu əski türk şamanizmindəki
dünya, al
əm, ətraf mühit, təbiətlə… bağlı təsəvvürlərdən
y
aranmışdır. Əgər ailə mərasimləri (yas, doğum, ayaqaçdı, qırx
saçının qırxılması…) insanın həyatında yalnız bir dəfə olursa
(b
əziləri, məsələn, toy, adqoyma… bir neçə dəfə də ola bilər),
mövsüm m
ərasimləri bəşər övladını bütün ömrü boyu müşayiət
edir, h
ər il təkrar olunur, yeniləri meydana çıxır, lakin
əvvəlkilər də unudulmur. Belə mərasimlərin bir çoxu artıq
47
Dostları ilə paylaş: |