Alas, alas
Her beladan uzak
Eski yıl gitti
Yeni yıl geldi
Alas, alas
Ayl
ardan sağlıklı
Yıllardan esen
İyiliği Tanrı verir
Aydınlığı, sıcaklığı… çok verir
Alas, alas
– dey
ə-deyə şam ağacı yandırıb tüstüsünü evə verirlər
[77, s.232].
Ert
əsi gün çayın, arxın yanına gedib əllərindəki
çiç
əkləri, saxsıları suya atırlar. Ancaq çiçəkləri atmamışdan
qabaq bilicil
ər onların saplarına, köklərinə baxaraq payızda
m
əhsulun necə olacağından xəbər verə bilirlər. Bayram günü
“
Kız kuumay”, “Ulak tartış”, “Tıyın enmey”, “Eniş” kimi at
yarışları, “Ak çölmök”, “Çoluk tatlamay” kimi
oyunlar
keçirirl
ər [77, s.232].
Rumıniyanın türk-tatar topluluğu da Novruz baramını
maraqlı törənlərlə, ayinlərlə bəzəyirlər. Yazıçı Nevzat Yusuf
Sarıgöl özünün “Gümüş qapaqlı saat” hekayəsində Navrez
günü yeddi-s
əkkiz uşaq toplaşıb Navrez deyib gəzirlər. Böyük
bir ağac budağına rəngli, al-əlvan yaylıqlar, lentlər bağlayırlar.
Uşaqlar evbəev gəzərək Navrez söyləyirlər. Camaat onlara pul,
yumurta, ceviz, şirniyyat verir, ağaca yaylıq bağlayırlar.
Ad
ətən, Navrezi gənclər deyil, uşaqlar oxuyur:
330
Navrez g
əldi görünüz,
Görümlüyün veriniz.
C
ənnət olsun yeriniz
A za navrezim mübar
ək.
Yaz g
əldi yaban,
Tıqqıldı cərgə saban,
El havatu vel iman,
A za navrezim mübar
ək.
Yaz g
əldi carpık oldu,
Heyvanlar arıq oldu,
Gönl
əri şarık oldu,
A za navrezim mübar
ək.
Çeşmədən su axar,
Yeng
əm qapıdan baxar,
Tokızqa şevre taxar
A za navrezim mübar
ək.
Üy aldı başqa
Axtar yotam bir boxça,
Ya marama, ya axça,
A za navrezim mübar
ək [15, s.211-212].
Hekay
ədən
məlum olur ki, gənc oğlanlar Navrez
g
əzməzdilər. Bu işi uşaqlar və yeniyetmələr öz öhdələrinə
götürürdül
ər…
Uyğurlar da Novruz bayramını maraqlı mərasimlərlə
qeyd edirl
ər. Digər türk xalqlarının Novruz adətləri uyğurlarda
“Tokuz kılık” və ya “Tokuz oğula” bölünür. Mərasimdə
331
müxt
əlif oyunlar, meydan tamaşaları göstərilir (“Arqımak
oyunu”, “Şir oyunu”, “yolvars (qaplan) oyunu”), yarışlar
keçirilir. Saz
əndələrin, məddahların, koşakçıların (qoşma yazan
şairlərin) öz yeri olur. Türkiyəli alim İsa Özkan rus tədqiqatçı
N.Pantusova
əsasən yazır ki, uyğur mədrəsələrində oxuyan
uşaqlar üçün mollaları məxsusi mətnlər, şeirlər hazırlayır və
onları həm öz evlərində, həm də qapı-qapı gəzərək bu sözləri
oxumağa, topladıqları hədiyyələri də ona gətirmələrini
tapşırırdı. Uşaqların oxuduqları sözlərin məzmunu, ərəb-fars
yüklü olması və vəzni də N.Pantusovun məlumatını təsdiqləyir:
Nevruz keldi cihanga Novruz g
əldi cahana,
Barıp eytkıl atanga Varıb (gedib) söylə atana.
Atang birsün bir tenke Atan versin bir t
əngə (pul vahidi)
Barıp virgil Mollanga… Varıb (gedib) ver Mollana…
Keldi nevruz iyş ü bünyad itkeli
Barça adem könglüni şad itkeli
Her oğul mollasindin alsa dua
Könglini gamlerdin azad itkeli.
+ + +
Nevruz geliben yer yüzini eyledi gülzar
Fermanı Hüdadır (nəqarət)
Rahmet suyidin yir yüzi bolgayki semenzar
Bu sun ullahdur (n
əqarət)
Hizmet kiliban mollasını eylese hoşnud
Hem gece ve gündüz (n
əqarət)
Her iki cihanda bu kişi bolmaqusi har
332
Tenriden atadur (n
əqarət)
[95, s.175]
Başqırd folklorşünas Əhməd
Süleymanov məşhur tatar
alimi Şəhabəddin bin Bahayəddin Əl-Mərcanidən (1818-1889)
maraqlı bir sitat gətirir: “Musa molla zamanında Nevruz deyip
yürümüş olmuş. Mart ayının başında kızaklar hazırlanmış ve
köy
ün imamı kızağa oturtulup köyün bir başından diger ucuna
kırk-elli kişi çekip gezdirmiş ve “Nevruz, deyip imamın
yararına yiyecek toplamışlardır” [102, s.181].
Gördüyümüz kimi, zamanında İslam dininə heç bir
aidiyyatı olmayan Novruz bayramından mollalar, axundlar da
kifay
ət qədər yararlanmağı bacarmışlar.
Başqırdların yaşadığı Uçallı, Kurqan diyarının Şafagöl
bölg
əsində iki kəndin adı da Novruzdur. Başqırdlara görə də il
iki yer
ə bölünürdü. Mal-qara ilin 6 ayını axırda, 6 ayını çöldə
keçirirdi:
Allah`ın kudreti böyledir,
Allahın kudreti böyledir,
Bir altı ayı yaz etmiş,
Bir altı ayı güz etmiş [102, s.182].
Bununla bel
ə, uyğurlar arasında “Novruz koşakları” adı
il
ə şeir növü də mövcuddur. Həm heca vəznilə mani (bayatı)
şəklində, həm əruz vəznilə qəzəl şəklində bəlli bir avazla
oxunan şeirlərə “beyit” adı verilir [95, s.176].
Noğay türkləri mart ayına Navruz ayı deyirlər. Onlar bu
ayda soyuq qışdan qurtulub istiliyə, Günəşə qovuşduqları, tarla
işlərinin başlandığına və təbiətin canlanmasına görə “Navruz”,
333