q
əbul edilən Novruz bahar bayramı, şum, əkin, biçin, məhsul
bayramı, eləcə də digərlərinin hər biri ailənin, tayfanın əmin-
amanlığına xidmət edən mərasimlərdir. Bu mərasimlər ailə-
m
əişətlə sıx bağlı olduğu kimi, bir ailəyə, bir tayfaya məxsus
toy, yas, körp
ənin dünyaya göz açması da bütün elin
bayramıdır. El ağır, hüzünlü, sevincli günlərində həmişə bir
yerd
ə olmuşdur. “Ellə gələn toy-bayramdır” deyən türklər
t
əbii fəlakətlərə qarşı da birgə dayanmış, ruhdan düşməmiş,
h
əyatın davam etdiyini dərk etmişlər. Çox vaxt yanlış olaraq
Qurban, Novruz bayramları, sünnət mərasimi kimi kökü
daha q
ədimlərə gedən bayramlar, mərasimlər də İslam dini
il
ə bağlanılır. Lakin araşdırmalar həmin mərasimlərin əski
dinl
ə bağlılıqlarını, bu gün ayrı-ayrı dinlərə qulluq edən
türkl
ərin mərasimləri, adət-ənənələri sırasında özlərinin
yerl
əri olduğunu göstərir. Təsadüfi deyil ki, bir çox yerlərdə,
o cüml
ədən də Altayda “Çılqayak”, “Çılbazı” bayramı da
kamların iştirakı ilə keçirilir.
Türk xalqlarında əkinçiliklə, heyvandarlıqla bağlı bir çox
dig
ər mərasimlər, ayinlər, yiyələr, hamilər var. Əkinçiliklə
bağlı “oraq tasadlığı” ayini, heyvandarlıqla bağlı yiyələr,
hamil
ər, onlarla əlaqəli ayinlər dediklərimizə örnəkdir.
M
əsələn, türkmənlərdə Musa peyğəmbər, Çopan ata
qoyunların, Veys baba, Veysəl Qara dəvələrin, Zenni baba
in
əklərin, Düldül ata atların hamisi sayılır [140, s.23).
Tıvanın paytaxtı Kızıldakı 60 Baatır adına Muzeydə,
muzeyin arxa t
ərəfində, həyətində maraqlı eksponatlar qoruyub
saxlayan t
ədqiqatçılar mövsüm mərasimlərini də ailənin,
tayfanın əmin-amanlığına, mal-qaranın çoxalmasına, bolov
t
əminatına yönəldilən, mistik, ezoterik ünsürlərin üstünlük
t
əşkil etdiyi bayramlar kimi iki qrupa ayırırlar. Əlbəttə ki, bu
114
bölgünün özünd
ə də bir şərtilik mövcuddur. Təbiət kultu
deyil
ən torpağa, suya, dağa, meşəyə (ağaca) sitayiş
Az
ərbaycandan fərqli olaraq Sibirdə yaşayan, təbiətlə sıx
t
əmasda olan türklər arasında bu gün də ilkin formasında
qalmaqdadır. Qədim türklərin dörd deyil, beş ünsüründən biri
olan Gün
əşə, onun yerdəki rəmzi sayılan oda hörməti
günümüzd
ə bütün türklərin mərasimlərində özünü göstərir.
Uzun ill
ər Azərbaycanda mərasimlərdəki odla, ocaqla bağlı
ad
ətlər zərdüştlüklə, atəşpərəstliklə bağlanılırdı. Lakin daha
əvvəlki dövrlərdə yaranmış şamanizmdəkiodla bağlı ayinlərin,
ad
ətlərin mövcudluğu bu fikrin yanlışlığından xəbər verir.
Ocağa, atəşə sitayiş olunan bir yerdə onun üstündən tullanmaq,
üst
əlik “ağırlığı, azar-bezarı, qada-balanı” oda tökmək
q
əbulolunmazdır. Bu mərasim odun, ocağın, atəşin paklayıcı,
saflaşdırıcı, sağaldıcı, təmizləyici gücünə inamla, yəni şaman
t
əsəvvüründəki odla bağlıdır. Təsadüfi deyil ki, bəzi türkmən
boyları ona “şaman odı” deyirlər [140, s.7].
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün dünyada baş
ver
ən proseslər, qloballaşma adı altında inteqrasiya,
m
ədəniyyətlərin qaynayıb-qarışması kimi ideyaların dayaq
nöqt
ələri göstərir ki, müəyyən maraqlara xidmət edən,
siyasi gedişlərə təkan verən bu proses geniş əks-səda
doğurduqca, milli özünüdərk, özünəqayıdış prosesi də
gücl
ənir. Bu da təbiidir. Qloballaşmanın düzgün təbliğ
olun
maması, yanlış qəbul edilməsi, elə bu ideyanın
özünd
əki qeyri-müəyyənlik bir çox xalqlarda, əsasən də
q
ədim, zəngin mədəniyyəti, tarixi olan xalqlarda özünü
itirm
ək qorxusu, bununla bərabər də özünəbağlılıq,
özünüt
əsdiq kimi təbii hisslər yaradır. İnsanlar bundan
doğan adekvat addımlar atmağın vacib olduğunu
115
düşünürlər. Bu baxımdan etnik qohum xalqlar bir-birini
öyr
ənməyə, yaxınlaşmağa, böyük qüvvə qarşısında
birl
əşməyə cəhd göstərirlər. Uzun əsrlər bir-birindən ayrı
yaşamış, dinləri fərqli eyni etnosun nümayəndələri olan
xalqların mənəvi cəhətdən birləşmə prosesi daha ağır
gedir. Az
ərbaycan, qaqauz, tıva, xakas, türkmən…
xalqlarının etnoqrafik materiallarının tarixi-müqayisəli
yolla araşdırılması bu xalqlarının mərasimləri, həmin
m
ərasimlərlə bağlı mənəvi mədəniyyət nümunələri
arasında bir çox fərqli, oxşar cəhətlər ortaya çıxarır.
Oxşarlıqların səbəbi məlum olsa da (etnik qohumluq, dil
qohumluğu), araşdırmalar göstərir ki, fərqliliklərin
meydana çıxması səbəbələri çox müxtəlifdir. Buna təbii
iqlim şəraiti, qonşuluqda yaşayan xalqların, dinlərin təsiri,
ictimai-
siyasi quruluş, təsərrüfat sahələrinin inkişafı...
s
əbəb olmuşdur. Lakin fərqlilikləri yaradan bu amillərin
arasında din daha güclüdür... Maraqlıdır ki, ortaq
c
əhətlərimizin də başında, din olub-olmaması mübahisə
doğuran, şamanizm durur.
Az
ərbaycanda birmənalı
qəbul olunmayan
m
əsələlərdən biri də şamanizm, onun Azərbaycandakı
izl
əridir. Sovet dövrü etnoqrafiya elmi, digər humanitar
elm sah
ələri kimi nəinki tək şamanlara, o cümlədən də
dig
ər dinlərin təbliğatçılarına, daşıyıcılarına ateizm
prizmasından yanaşaraq onları inkar etmiş, istər maddi,
ist
ər mənəvi mədəniyyət nümunələrində, istərsə də
m
ərasimlərdə şamanların rolunu, şamanizmin izlərini
görm
əməyə çalışaraq daha qabarıq olanları da yanlış izah
etm
əklə yanlış nəticələr almışlar. Lakin son vaxtlar ateizm
ideyası ortadan qaxdıqdan sonra hər kəsin kökünə, adət-
116
Dostları ilə paylaş: |