analiz zamanı bu, ya da digər mərasimin, ayinin, adətin, mə-
n
əvi mədəniyyət nümunəsinin dinlərindən, yaşadıqları
ərazilərdən asılı olmayaraq bir çox türk xalqları üçün ortaq
olduğu ortaya çıxarsa, o zaman həmin mərasimin, mənəvi
m
ədəniyyət nümunəsinin elmi əsaslarla digər xalqlar
t
ərəfindən mənimsənilməsi mümkün olsa da (burada türk
m
ədəniyyətinin təsiri altında olan xalqlar nəzərdə tutulur),
öz
əlləşdirilməsi mümkün deyil. Belə məsələlər özəlliklə
Az
ərbaycan üçün çox həssas məsələlərdir. Bu sahədə
aparılan elmi tədqiqatlar nəinki mühüm sosial-mədəni, hətta
iqtisadi-siyasi
əhəmiyyətə də malikdir.
Az
ərbaycan etnoqrafiya elminin qarşısında duran əsas
probleml
ərdən biri də bu ərazidə yaşayan xalqların, etnik,
etnoqrafik qrupl
arın etnogenezinin, etnik tarixinin
öyr
ənilməsidir. Bu baxımdan etnik prosesləri öyrənən etnik
tarix hazırda mövcud olan xalqların tarixi keçmişini
araşdırmaqla etnoqrafiya ilə tarix elmləri arasında
əlaqələndirici mövqe tutur. Göründüyü kimi, burada
etnoqrafiya da, tarix d
ə ayrıca müstəqil elm sahələri kimi
t
əqdim edilirlər. Halbuki uzun illər etnoqrafiya tarixin
köm
əkçi sahəsi hesab olunmuşdur. Lakin XX əsrin 80-ci
ill
ərindən bu baxış dəyişmişdir. Təsadüfi deyil ki, SSRİ EA-
nın Etnoqrafiya İnstitutunun Almaniya Demokratik
Respublikasının etnoloqları ilə birgə hazırladıqları “Etnoqra-
fik m
əfhum və terminlər toplusu”nda (1988) etnoqrafiya
müst
əqil elm sahəsi kimi göstərilmişdir [212, s.10].
Bu gün yer üzünd
ə yaşayan xalqların hər birinin, o
cüml
ədən də Azərbaycan xalqının etnik formalaşma prosesi,
bu prosesin baş verdiyi dövrlərin araşdırılması həmin xalqın
etnogenezinin aydınlaşdırılmasında mühüm rol oynayır. İlk
27
d
əfə XX əsrin 20-ci illərində N.Y.Marr tərəfindən dünya
elmin
ə iki termin – “etnogenez”lə “etnoqoniya” terminləri
t
əqdim olunsa da, ikinci termin etnoqrafiyada yalnız
“etnoqonik mif”
şəklində qalır [212, s.59].
Etnogenez dey
əndə, hər hansı bir xalqın təşəkkülündə,
etnik “m
ən”inin formalaşmasında rolu olan bütün tarixi
hadis
ələrin, proseslərin məcmusu nəzərdə tutulur. Etnogenez
h
əm də xalqların etnogenezini öyrənən elm sahəsinə verilən
addır. Lakin V.P.Alekseyev etnogenezin ayrıca elm sahəsi
kimi t
əqdim olunmasının əleyhinə çıxıraraq bunu
“vulqarizm”
adlandırır. Alimə görə, etnogenezin üzə
çıxmasında tarix, arxeologiya, etnoqrafiya, tarixi demo-
qrafiya, dilçilik, coğrafiya kimi elmlər böyük rol oynayır
[113, s.3]. Etnogenezin öyr
ənilməsi etnos nəzəriyyəsinin
d
əqiq işlənib hazırlanmasından asılıdır. Bir çox alimlər hər
hansı bir “xalqın mənşəyi” termininə yazılı mənbələrin
verdiyi imkanlar ç
ərçivəsində yanaşmanın, etnogenezin
m
əhz həmin vaxtda araşdırılmasının əleyhinə çıxaraq qeyd
edirl
ər ki, yazılı mənbələrin yaranmasının tarixi beş min
ild
ən çox deyil. Lakin yer üzündə həmin vaxta qədər bu, ya
da dig
ər xalqın ulu babaları daha qədim dövrlərdən
yaşamışlar. Yuxarı hədd kimi xalqın özünü necə
adlandırmasını (endoetnonim), digər xalqların onları necə
adlandırmalarını (ekzoetnonim) götürən digər etnoqraflar bu
iki m
əfhum arasında əlaqə axtarmaqla həmin xalqın
etnogenezin
ə aydınlıq gətirməyə çalışırlar. Lakin bütün bu
fikir ayrılıqları arasında V.P.Alekseyevin «etnogenetik
d
əstə» anlayışı monoqrafiyada tədqiqata cəlb olunan türk
xalqla
rına şamil edilə bilər. Burada ümumi kökə bağlı
28
xalqların “etnogenetik ağacı”nın quruluşu da təklif olunur
[212, s.61-62].
B
əzi alimlər etnogenezlə etnik tarix arasında əlaqə
yaratmaqdan çox ardıcıllığın izlənməsini məqsədə uyğun
hesab edirl
ər. Belə ki, əgər etnogenez hər hansı bir qrupun
etnik simasını dəyişmə prosesini nəzərdən keçirirsə, etnik
tarix artıq formalaşmış etnosun tarixini araşdırır. Etnik
c
əmiyyətin yaranma dövrü də mübahisə obyektidir. Məsələn,
V.P.Alekseyev başlanğıc kimi aşağı paleoliti, S.A.Arut-
yunov mezolitin
əvvəlini götürmüşdür. V.A.Şnirelnman isə
h
əmin dövrdəki cəmiyyətin “protoetnos” adlandırılmasını
t
əklif etmişdir [212, s.58-59].
Çox vaxt xalqların öyrənilməsi müəyyən bir ərazi
ç
ərçivəsində birləşdirilir. Qafqaz (Cənubi Qafqaz, Şimali
Qafqaz) xalqları, Sibir (Cənubi Sibir, Şərqi Sibir, Qərbi
Sibir, Şimali Sibir) xalqları, Asiya xalqları (Ön Asiya, Orta
Asiya) xalqları, Balkan xalqları və digər anlayışlar buna
misaldır. Coğrafi əraziyə görə bölünərək öyrənilmə
prinsipini
əhəmiyyətsiz sayan V.Alekseyev bu prinsipdən
yalnız həmin ərazidə dilcə bir-birinə yaxın xalqlar olarsa,
istifad
ə etməyi məqsədə uyğun hesab edir. Dilin etnik
mü
əyyənləşdirici rolunu bəzi hallarda qeyri-məqbul sayan
V.Alekseyev xalqın mədəniyyətinin öyrənilməsini önə çəkir
[113, s.13-15]. Biz d
ə bu fikrə şərik çıxaraq yuxarıdakı
coğrafi bölgünün iqtisadi əlaqələr, siyasi məqsədlər,
bölg
ənin ortaq tarixinin araşdırılması yönündən doğru
olduğu qənaətindəyik. Eyni zamanda bir etnik kökə bağlı
xalqların məsafəcə uzaq bölgələrdə yaşamalarına, ayrı-ayrı
dinl
ərə qulluq etmələrinə baxmayaraq ortaq maddi, eləcə də
m
ənəvi mədəniyyət örnəklərinin müqayisəli araşdırılması
29
Dostları ilə paylaş: |