Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Munis
170
Bu arada Talasda,
Ərəb-İslam qoşunu
Yeriyib asta-asta,
                                 Karluğun dəstəyiylə                                                          
Hələ qalib də gəlmiş
Çinlə olan savaşda.
Çin ağır zərbə almış,
Qaçmaq zorunda qalmış
Bütün Orta Asyadan.
Bax, elə həmin andan
Boşaldılmış yerləri
Ərəb yox, Uyğur tutmuş
Hər kəndi, hər şəhəri.
Savaş bitdikdən bəri.                                                        
Çinin məğlubiyyəti
Gözdən saldı dövləti.
Başladı qarışıqlıq,
Yoxa dönürdü varlıq.
Üsyanlar baş tutandan,
Anası Türk komandan
İki yüz min qoşunla
Çin başkəndinə girdi,
Taxtı ələ keçirdi.
Devrilən imperator
Əl açdı Uyğurlara,
Kömək, yardım istədi.
Çox uzanmadı ara,
Çinə hakim istəyi
Sövq etdi Uyğurları
Göstərsinlər köməyi.


Türkün dastanı
171
Çin başkəndi yenidən
İşğala məruz qaldı.
Uyğurların gücüylə
İmperator özünün
Taxtını geri aldı.
İmperator qızıyla
Moyen Çor evləndilər.
Uyğurlarla çinlilər
Bir çox məsələlərdə
Razılığa gəldilər.
*  *  *
Aylar ötdü, illər ötdü,
Moyen Çor köçdü dünyadan.
1
İmperatorun yerinə
Keçdi oğlu Bögü Kağan.
2
      
Yeni kağan azaltmadı                                                        
Çin üstündə nəzarəti.
Çox diqqətlə izləyirdi
Bu ölkədə ticarəti.
O zamandan keçdi artıq,
Səksən bahar, səksən də qış.
Bögüdən sonra xaqanlar                                                     
Ölkəni təpərdən salmış.
1. Moyen Çor 759-cu ildə vəfat etmişdir. 
2. Əsl adı belədir: ”İl-Tutmuş Alp Külüg Bögü Kağan“. 


Munis
172
Qarışıqlıq yaradanlar
Uyğurlara qurdu tələ.
Yararlanan qırğızlarsa,
İqtidarı aldı ələ.
1
Ötükəndə devrildisə
Dövlətləri uyğurların,
İç Asyaya köç etdilər.
Bu yerlərdə başlayacaq
Yeni dönəmi onların.
Çinin Kansu ərazisi,
Kan-Çou adlı mərkəzi,
Oldu o zamandan bəri
Uyğurların yurd yerləri.
Yerləşdilər, yayıldılar
Onlar Tanrı dağlarına.
Beş-Balığa və Turfana,
Bir də Xoçoyla Kaşğara.
Başbuğları Tegin Xandı,
Bağımsızlıq da qazandı.
Bir az keçmiş kitanların,
Daha sonra tanqutların,
İmperator Çingiz Xanın

1. Qırğız Türkləri 840-cı ildə Uyğur torpaqlarında hakimiyyəti ələ
    keçirdilər. 
2. Uyğurlar 940-cı ildə Çinə hakim olan kitanların, 1028-ci ildə      
tanqutların, nəhayət, 1226-cı ildə Çingiz Xan İmperatorluğunun         
hakimiyyəti altında yaşamışdılar.


Türkün dastanı
173
Hakimiyyəti altında
Yaşadılar, yaratdılar.
Mədəniyyət beşiyinə
Əl uzadıb, can atdılar.
Güclü sənət nümunəsi,
Ədəbiyyat yaratdılar.
    
Nəhayət, qəbul etdilər                                                           
Müsəlmanların dinini.
Yaratmaqla keçirmişdi
Uyğur oğlu hər gününü!
”Sarı uyğurlar“ deyilən
Türk övladı, Türk milləti!
Bu gün Çində göstərirlər                                                    
Türklərə məxsus qeyrəti!
                    *  *  *


Munis
174
Çox qalıb qeydinə öz keçmişinin,
Dəysə də daşlara başı Uyğurun!
Döyüşlərdə keçib yüz illər boyu
Baharı Uyğurun, qışı Uyğurun!
At sürüb düşmənin içinə qədər,
Əkib, becəribdir biçinə qədər.
Ata ocağından düz Çinə qədər
Yol getmək olubdur işi Uyğurun!
Qoruyub, saxlayıb nəsil adını,
Yaşadır Türkümün bir qanadını!
Unutmaz heç zaman öz əcdadını,
Yüzlərdir, minlərdir yaşı Uyğurun!
   


Türkün dastanı
175
 T  Ü  R  K  E  Ş  L  Ə  R         
                                       
Göytürklərin ”On-Ok“ adlı qolundan
Bir dövlət də qurmuşdular Türkeşlər.
İsık Gölün ətrafında yerləşib,
Mərd dayanıb durmuşdular Türkeşlər.
Qısa müddət yaşasa da ömrünü,
Türgiş adlı Türk dövləti yaratdı.
Tarixinsə dövlətçilik köşkünə
Öz adını möhürləyib bağlatdı.
Zaman-zaman bağımsızlıq qazanıb,
Məkan-məkan gah azalıb, gah artıb.
Türkeşlərin qismətinə bu düşüb;
Öz haqqını cırmaq-cırmaq qopardıb.
Göytürklər əziləndə, çökəndə,
Türkeşlər də bağımsızlıq qazanıb.
Elə bu vaxt On-Okların başında
Başbuğları Baka-Tarkan dayanıb.
Yüz qırx minlik bir ordu da yaradıb,
On-Okları toplamışdı bir yana.
Gücləndirib yaratdığı dövlətin,
Uzanmışdı sınırları hər yana.


Munis
176
Fəqət Göytürk xanədanı yenidən                                           
Yüksələndə güclü dövlət halına,
İmkanları itirərək Türkeşlər
Düşmüşdülər bir əyalət halına.
Cəhd etsə də azadlığa Bars Bəy;
Türkeşlərin komandanı günbəgün.
Yatırdırdı üsyanları hər dəfə,
İki qardaş - Bilgə Kağan, Kültəkin.
Nəhayət ki, igid başqan Sulu Çor
Türkeşlərə bağımsızlıq gətirdi.
1
  
Başkənd olan Balasaqun şəhəri
Ağırlığı öz çiyninə götürdü.
Birləşdilər, gücləndilər mərkəzdə,
Qoymadılar ərəbləri yaxına.
Səmərqəndin yaxınında rəqibi                                                  
Məğlub edib uğratdılar bozğuna.
          
Yavaş-yavaş çəkildilər geriyə,                                                  
Əməvilər Buxaranı itirdi.
Günü-gündən artan ərəb ordusu,
Bu şəhəri yenə geri götürdü.
1. 717-ci ildə. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə