Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Türkün dastanı
247
Əsirlərin arasında
İmperator özü vardı.
İndi Romen Diojenin
Gen dünya başına dardı.
İstifadə olunmadan                                                             
Götürdülər mancanağı.
Bu qənimətin özü də
Bizansa oldu gözdağı.
Savaş sonu Alparslanın
İşıq gəldi gözlərinə.
İndi tam əmin olmuşdu,
Bu döyüşdə zəfərinə.
Çəkilib öz çadırına
Düşündü, dincəlsin bir az.
Amma Sultan bilirdi ki,
Belə vaxtda yatmaq olmaz.
O, xəyaldan ayrılmamış
Komandan gətirdi xəbər.
Bizans imperatorunu
Əsir götürüb bir əsgər.
Həmin əsgər gətirildi
Alparslanın hüzuruna.
Sultan öpərək alnından
Ödüllər bəxş etdi ona.


Munis
248
Bax, beləydi Səlcuqluda
Sultan, əsgər davranışı.
Sanılırdı hər bir əsgər
Meydanda döyüş yoldaşı.
Belə diqqətdən, qayğıdan,
Hər döyüşçü ruhlanırdı.
Dostluq, birlik, əzmkarlıq,
Sipərləri qoparırdı.
Həm milləti, həm dövləti,
Xoşbəxtliyə aparırdı!
 *  *  *                                                         
İki qütb toqquşurdu
Malazgird savaşında!
Dinlər qabaqlaşırdı
Malazgird savaşında!
Meydan od tutub yandı,
Fəryad ərşə dayandı,
Torpaq qana boyandı,                                                      
Malazgird savaşında!
Qazilər qışqırırdı,
Qan göyə fışqırırdı,
Nallar daş sındırırdı,
Malazgird savaşında!


Türkün dastanı
249
Çox əsgər yaralandı,
Baş, bədən paralandı,
Ruh candan aralandı
Malazgird savaşında!
Oxlar sinələr dəldi,
Az çoxa qalib gəldi,
Türk bayrağı yüksəldi,
Malazgird savaşında!
        
Sanma, güc qəbir qazdı,
Haqqın kərəmi azdı.
Zəfəri Tanrı yazdı
Malazgird savaşında!
               *  *  *
İndi Sultanın önündə
İmperator əsir tir-tir.
Üz-gözündə qəm-qüssə var,
Ayağında qandal, zəncir.
Sultan mərhəmət göstərib
Açdırdı bağlı zənciri.
Məğlub imperator kimi,
Qəbul etdi bu əsiri.
İmkan yaratdı dincəlsin,
Özünü salsın səhmana.
Sultanın bu ləyaqəti,
Nümunə oldu cahana.


Munis
250
İnanın ki, Bizans tərəf
Özü belə davranmazdı.
Alicənablıq göstərib,
Türkün halına yanmazdı.
Bunu etiraf elədi                                                                  
Söhbət vaxtı əsir düşən.
Sultana açıq söylədi:
- Mən olsaydım zəfər çalan,
Olmaz idim bağışlayan.
Olsaydım sənin yerinə,
Qılınc vurardım sərinə.
Nə qədər olsa da acı,
Qurdurardım darağacı.
Boğazından asdırardım,
Uf, demədən basdırardım.
İndi özüm, məmləkətim,
Əlindədir hüriyyətim.
Məhv elə düşmən canını,
Öldürtməyin yollarını,
Özün axtar, özün də tap,
Nə istəsən onu da yap! -
Sultan dinləyib rəqibi,
Bu oldu ondan tələbi: 
- Dediklərin düzdür, inan,
Bir kəlməsi deyil yalan.
Gördüm səni ağıllı, mərd,
Öldürtsəm olaram namərd.
Qəbul eləsən şərtimi,


Türkün dastanı
251
Unutduraram dərdini.
Əfv etmək olub niyyətim,
Belədir mənim xislətim.
Bil ki Türklər xeyirxahdı,
Əməlləri tamam haqdı.
Heç bir millətə bənzəməz,
İncitməsə əgər bir kəs,
Güldən ağır söz eşitməz!
İnadkarlıq etməsəydin,
Yolu əyri getməsəydin,
Eşitsəydin təklifimi
Bir dost kimi, qonşu kimi,
Hər kəsin üzündə sevinc,                                                     
Yaşayardıq qulağıdinc.
Heç bu qırğın da olmazdı,
Tarixə də yazılmazdı,
Qəlbi üzən məğlubiyyət.
Ancaq belədir həqiqət!
İndi məğlub tərəf kimi
Qəbul eylə şərtlərimi! -
Sultan təklifini dedi,
Anlaşmalar belə idi;
İmperator can borcunu,                                                     
Bir də ki, hər ilin sonu,
Altun dinar ödəməli.
Vergi ağırdır, deməli!
Üstəlik də beş mahalı,
Səlcuqluya buraxmalı.
Şərti qalib tərəf deyir,


Munis
252
Romensə içini yeyir.
Başqa bir yolumu vardı?
Müzakirəsiz qərardı!
Belə də qəbul edildi,
Bunu bütün Bizans bildi.
Mərkəzdə aləm qarışdı,
Dedilər, bu nə barışdı?!
Yeddinci Mixayıl həmən,
Fürsəti fövtə vermədən,
Bizans sarayına girdi,
Taxt-tacı ələ keçirdi.
Yolda pusquda durdular,
Sivasda tələ qurdular.
Romeni tutdular qəfil,
Gözlərinə çəkdilər mil.
Məğlub imperator dərddən
Üzülüşdü bu aləmdən.
Bəla oldu ona gözü,
Köç elədi haqq yerinə.
Odur ki, verdiyi sözü
Yetirəmmədi yerinə.
Səlcuqlular almadısa
Veriləcək ödülləri,
Artıq yox Bizans ordusu,
Qalmamış düşmən sipəri.


Türkün dastanı
253
Özündə qaldısa o gün                                                           
Bizansın altun dinarı,
Açılmışdı Türklər üçün
Anadolu qapıları! 
                  *  *  *
Malazgird zəfəri sürəkli oldu,                 
Türklərə, Sultana gərəkli oldu.
Yayıldı dörd yana Sultanın adı,
Şad etdi dostları, xar etdi yadı.
Artdı gündən-günə şöhrəti-şanı,
Gəzdi ağız-ağız bütün dünyanı.                                              
Ona ”Adil Sultan“, ”Fateh“, - dedilər,
Söyləndi şəninə gözəl kəlmələr.
Sultan tədbirliydi, ölçüb-biçirdi,
Ağlından bir fikir gəlib keçirdi:
”Nə vaxtsa Türklərdən almaqçün qisas,
Barış şərtlərini pozacaq Bizans.“
Odur ki, demişdir: ”Türkmən bəyləri!
Bir yerə toplayıb vuran əlləri,
Tutun diyar-diyar Anadolunu,
Açın Türklər üçün onun yolunu!“
Bitirib sözünü, minmiş kəhərə,
Maveraünnəhrə çıxmış səfərə.
Orda qarışmışdı aralıq bir az,
Olaya laqeyid yanaşmaq olmaz.
Bölgədə sabitlik qorunsun,- deyə,
Duruma nəzarət olunsun,- deyə,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə