26
Yəni, 8-hecalı şeirdə də misra qısa olduğundan istənilən
halda, sözlərin bölgülərdə parçalanması hesabına olsa
da, həmişə 4-4 bölgüsü hiss olunur. Misal (bölgülərdə
parçalanan sözlər tünd hərflərlə verilmişdir):
Düşdün uğur/4/ suz dillərə/4,
Nəhs aylara/4, nəhs illərə/4.
Nəsillərdən/4 nəsillərə/4
Keçən bir söh/4/ rətin vardır/4;
Oğlun, qızın/4 bəxtiyardır/4...
...Sıra dağlar/4, gen dərələr/4,
Ürək açan/4 mənzərələr/4...
Ceyran qaçar/4, cüyür mələr/4,
Nə çoxdur oy/4/ lağın sənin/4!
Aranın, yay/4/ lağın sənin/4.
S.Vurğun
9-hecalı şeir. O qədər də diləyatımlı olmadığından
nadir hallarda istifadə olunan şeir ölçüsüdür. Əsasən 3-3-
3 bölgüsündə olur. Hətta 4-5 bölgülü variantı da müm-
kündür.
3-3-3 bölgüsündə yazılmış şeirə misal:
Özümə/3 var-dövlət/3 yığmadım/3,
Sərvətim/3 bir qələm/3, bir varaq/3...
Heç bircə/3 manatım/3 yox mənim/3,
Axırət/3 gününə/3 qoymağa/3...
...Şeirlə/3 yasımı/3 saxlayın/3,
Şeirlə/3 tapşırın/3 torpağa/3...
Mən sözdən/3 xəzinə/3 topladım/3,
Axırət/3 gününə/3 qoymağa/3...
C.Novruz
27
Deyilişin normal səsləndiyi hallarda sözlər bölgülər-
də parçalana bilər:
...Nə dеyim/3 o yекə/3/ başlara/3?!
Çaldılar/3 ruhunu/3 daşlara/3.
M.Müşfiq
9-hecalı şeirin 4-5 bölgülənməsinə malik variantı isə
kifayət qədər diləyatımlı olmasına baxmayaraq hələlik bu
variantın praktiki istifadəsinə rast gəlməmişik. Şərti misal
kimi, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının
R.Rza tərəfindən tərcümə edilmiş 11-hecalı (6-5 bölgülü)
parçasında hər misranın əvvəlindən “dedi” sözünü çıx-
maqla misranın qalan hissəsini göstərmək olar:
...o diyarda/4 hansı sənət var/5?
...qəmi alıb/4 canı satırlar/5.
...qəmi almaq/4 heç ədəb deyil/5?
...aşıqlərdə/4 bu əcəb deyil/5...
10-hecalı şeir. Əsasən 5-5 bölgüsündə olur. Bəzən
6-4, 4-6 bölgülü variantına baxılır. 5-5 bölgülü şeirdə söz-
lər beşliklər arasında parçalanmır, beşlıklər özləri ayrılıq-
da 5-hecalı şeirin xüsusiyyətlərini daşıyır. Bu ölçülü şeir-
dən o qədər də çox istifadə edilmir:
-Ay gözəl, gedək/5 gəzməyə bağa/5,
Qoy bir az baxım/5 o gül yanağa/5.
-Yanaqlarımı/5 neylərsən, oğlan/5,
Dağlarda çiçək/5 görməmisənmi/5?
-Ay qız, sevmişəm/5 gül camalını/5,
Bir insaf elə/5, göstər xalını/5!
-Oğlan, gəl burax/5 xam xəyalını/5,
Məgər hil, mixək/5 görməmisənmi/5?...
M.Rahim
28
Prof. Məmməd Əliyev (İracoğlu) yanlış olaraq aşağı-
dakı şeir nümunəsini 5-5 bölgülü heca vəzni nümunəsinə
aid etmişdir (19, s. 176):
Mərmər hovuzun dörd qırağında,
Bülbüllər oxur şax budağında.
Hər nə istəsən Xudadan allam,
Dəllək dükanın yadıma sallam.
Əslində isə Novruz bayramı mərasimlərində oxunan
bu şeir nümunəsi açıq-aşkar əruz vəzninin həzəc-13 (Dah
dahda-dadah dahda-dadahdah) qəlibindədir. Yalnız 3-cü
misrada bu qəlib cüzi pozulur. Lakin həmin misrada
“istəsən” sözünü onun sinonimi olan “diləsən” sözü ilə
əvəz etsək, misra həzəc-13 qəlibinə çox yaxın olan
həzəc-11 (Dah dahda-dadah dadah-dadahdah) qəlibinə tam
uyğun gələr. Hətta burada da əlavə olaraq “Xuda” sözünü
onun sinonimi olan “Tanrı” sözü ilə əvəz etsək bu misra
da həzəc-13 qəlibinə tam uyğun gələr.
Sual oluna bilər ki, folklorda bu əruz nümunəsi necə
yaranmışdır? Əvvəlki araşdırmamızda (13) da qeyd
etdiyimiz kimi, folklor nümunələrində sadə əruz qəlib-
lərinə təsadüfi uyğunluq ola bilər. Lakin Həzəc-11 və
həzəc-13 qəlibləri folklor nümunələrinin təsadüfi uyğun
gələ biləcəyi dərəcədə sadə qəliblər deyil. Belə ki, bu
qəlibin bölgüsü (1-4-5 və ya 5-5) folklor nümunələrinin
bölgüsünə uyğun deyil. Bu əruz nüməsinin folklorda möv-
cud olmasını onunla izah etmək olar ki, bu nümunə əruzu
bilən müəllif tərəfindən yaradılmış, sonradan dildən dilə
keçərək folklor nümunəsinə çevrilmişdir.
Prof. Məmməd Əliyev (İracoğlu) M.Müşfiqə məxsus
aşağıdakı şeir nümunələrinin ayrı-ayrı misralarını da
yanlış olaraq 6-4, 4-6, və 5-5, bölgülü heca vəzni nümu-
nəsinə aid etmişdir ( 19, s.176-177):
29
Mən bu gün Göygölü durğun gördüm,
Göygölün şəklinə vurğun gördüm,
Çırpınan bir quşu quş çağlardı,
Yeri çiskin dolu dik dağlardır...
Mədəndə bu gün fırtınalar var,
Çalxanmada ətrafda axınlar,
Avralçıların coşqunudur bu,
Div səsli maşınlar kimi gurlar.
Halbuki, açıq-aşkar görünür ki, həmin nümunələrdən
birincisi əruzun rəməl-8 (Dadadah dahda-dadah dahda-
dadah), ikincisi isə həzəc-13 qəlibində yazılmışdır. Hətta
görkəmli əruzşünas Əkrəm Cəfər həzəc-13 qəlibinə nü-
munə kimi M.Müşfiqin eyni şeirindən bir misranı (“Neft
olmasa işlərmi zavodlar”) göstərmişdir (7, s. 353).
Məmməd Əliyevin (İracoğlu) 5-5 bölgülü 10-hecalı
şeirə aşağıdakı şeir parçasını misal gətirməsi də doğru
deyil (19, s. 177):
Yaz ola, dovğa ola yarpızla,
Yay ola, sərin sular sal buzla
Payız ola, pendir çörək qarpızla
Qış ola isti otaq bir qızla.
S.Vurğun
Belə ki, bu bəndin 1-ci və 4-cü misraları əruzun
rəməl-6 (dadadah dahda-dadah dahda-dadah) qəlibinə tam
uyğundur. 2-ci misra həmin qəlibin təqlididir. Belə ki,
həmin misradakı “sərin” sözündə uzun və qısa hecanın
yerləri dəyişikdir. Hətta kifayət qədər ahəngdar oldu-
ğundan yeni əruz qəlibi (dadadah dadah-dadah dahda-
dadah) kimi də qəbul etmək olar. 3-cü misra isə 11-hecalı,
4-4-3 bölgülü heca vəzni nümunəsidir.
Dostları ilə paylaş: |