U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi


Mövzu 7. Hazır məhsulların və istehsal ehtiyatlarının auditi



Yüklə 119,99 Kb.
səhifə13/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Audit- mühazirələr konspekti

Mövzu 7. Hazır məhsulların və istehsal ehtiyatlarının auditi

1. Hazır məhsulların auditinin məqsəd və vəzifələri.

2. İstehsal ehtiyatlarının auditi

3. Azqiymətli və tezköhnələn əşyaların auditi

1. Hazır məhsulların auditinin məqsəd və vəzifələri

Hazır məhsul – qüvvədə olan standartlara və ya texniki şərtlərə uyğun gələn, anbar və ya sifarişçi tərəfindən qəbul edilən məhsullar, məmulatlar və yarımfabrikatlardır.

Kənd təsərrüfatı müəssisələrində istehsal edilən hazır məhsulların bir hissəsi istehsal ehtiyatı şəklində - toxum, yem, emal üçün xammal şəklində istifadə etmək üçün ayrılır. Bununla əlaqədar olaraq audit zamanı təsərrüfatda istehsal olunana məhsulların vaxtında və bütünlüklə mədaxil edilməsinə ciddi fikir verilməlidir. Bu zaman cari uçotun və daxili nəzarətin düzgün qurulmasının böyük əhəmiyyəti vardır. Belə ki, kənd təsərrüfatı və hazır məhsulların qeyri-qanuni istifadəsinin, xarab olmasının və mənimsənilməsinin vaxtında qarşısının alınması həyata keçirilə bilər.

Auditor məhsulların mədaxil və hərəkəti üzrə sənədləri üzləşdirməklə onların üzərində müəssisədə cari nəzarətin necə həyata keçirilməsini müəyyən etməlidir.

Auditor yoxlama zamanı taxılın, pambığın, tərəvəzin, kartofun və başqa bitkiçilik məhsullarının mədaxili üzrə sahədən dən və başqa məhsulların göndərilməsi registrlərini, pambığın yığımı haqqında gündəlik məlumatları, kənd təsərrüfatı məhsullarının daxil olması gündaliklərini, qaimələri və başqa ilk sənədləri nəzərdən keçirməlidir. Göstərilən sənədlərin düzgün tərtib olunması, onlarda edilmiş düzəlişlərin, əməliyyatların düzgün əks etdirilməsinin reallığı, məlumatların məzmununun obyektivliyi yoxlanmalıdır.

Məhsulların tam və vaxtında mədaxil edilməsini müəyyən etmək üçün yuxarıda qeyd edilən sənədləri məhsul yığımı üzrə hesablanmış əmək haqqı naryadları ilə traktorçu-maşinistin uçotu vərəqələri ilə, yük avtomobilinin yol vərəqələri və s. ilə üzləşdirməlidir. Bu məsələləri auditor hərtərəfli öyrənmək üçün bitkiçilik məhsullarının toplanmasında və mədaxil edilməsində iştirak edən şəxslər arasında sorğu keçirə bilər. Sorğu keçirilən zaman auditor özü üçün daha dəqiq məlumat əldə edir.

Məhsulun və məhsuldarlığın göstəricilərinin reallığı uçot, hesabat məlumatlarını biznes planın məlumatları ilə, məhsulların daxil olması məlumatlarını onların istifadəsinə dair məlumatlarla, analitik uçotun məlumatları ilə sintetik hesabın məlumatlarını müqayisə etməklə müəyyən etmək olar.

Heyvandarlıq məhsullarının mədaxilinin auditi sənədlərin nəzərdən keçirilməsi ilə həyata keçirilir. Bu, il ərzində məhsul çıxımının bərabər olmasını müqayisə etməyə imkan verir. Auditor heyvandarlıq məhsullarının uçotu üzrə süd sağımının uçotu jurnallarını, kənd təsərrüfatı məhsullarının daxil olması gündəliklərini, yunun qırxılmasına və qəbuluna aktları, qaimələri və başqa sənədləri formal və mahiyyətcə nəzərdən keşirməlidir. Auditor sənədlərin qarşılıqlı üzləşdirməsini aparmalıdır. O, alınmış məhsulların miqdarını, sağılan inəklərin, qırxılan qoyunların, yumurtlayan toyuqlarının sayını əks etdirən səndlərin məlumatlarını yem məsarifi cədvəlləri ilə, heyvandarlıq işçilərinə əmək ödənişinin hesablanması cədvəlləri ilə, bu məhsulların göndərilməsinə dair qaimələrlə üzləşdirməlidir. Göstərilən məlumatların kənarlaşma səbəbləri auditor tərəfindən diqqətlə öyrənilməlidir.

Çox hallarda, alınmış məhsulların miqdarını süni surətdə artırmaq üçün ayrı – ayrı istiqamətdə onların məsarifi qəsdən artırılır. Ona görə də auditor məhsulların istifadəsi üzrə sənədləri yoxlayıb onların hərəkəti üzrə balans tərtib etməlidir. Bununla da cavan heyvanlara içirdilən və emal edilən südün, inqubatordan çıxan cücələrin və s. miqdarının reallığı aydın olur.

Audit zamanı nəzarət süd sağımının. yun qırxımının, yumurtanın, balın yığılmasının, balığın tutlmasının və s. böyük əhəmiyyəti vardır.

Sənaye, köməkçi və sair istehsalatın məhsulların tam və vaxtında mədaxil edilməsini auditor yoxlamaq üçün mədaxil və məxaric üzrə aktları, qaimələri, gündəliklərin əmək ödənişinin hesablanması naryadları ilə, əmtəə - nəqliyyat qaimələri ilə, aktlarla, limit – zabor xəritələri ilə və b. ilə üzləşdirməlidir.

Audit aparılan zaman aşağıdakıları dəqiqləşdirmək lazımdır:

1. məhsulun istehsalatdan anbara verilməsi onlara verilməsisənədlərinə düz-gün və vaxtında rəsmiləşdirilməsi;

2. hazır məhsulların buraxılışı ilə əlaqədar əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyü;

3. sifarişçi və məlumat növləri üzrə hazır məhsulun maya dəyərinin müəyyən edilməsinin düzgünlüyü;

4. faktiki maya dəyəri ilə plan maya dəyəri arasında olan fərqin düzgün silinməsi;

5. 40 № - li “Hazır məhsul” hesabının sintetik və analitik uçotunun məlumatları ilə ilkin sənədlərin və baş kitabın məlumatlarının uyğunluğu;

6. hazır məhsulların düzgün qiymətləndirilməsi.



Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə