U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi


Mövzu 10. Maliyyə nəticələrinin, kapitalların (fondların) və



Yüklə 119,99 Kb.
səhifə19/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Audit- mühazirələr konspekti

Mövzu 10. Maliyyə nəticələrinin, kapitalların (fondların) və

ehtiyatların auditi

1. Məhsul satışının auditi.

2. Maliyyə nəticələrinin auditi.

3. Kapitalların (fondların) və ehtiyatların auditi.


  1. Məhsul satışının auditi

Müəssisələrdə məhsul satışı göstəriciləri bilavasitə satış faktının yaranması, yəni satılan əmlak üzərində mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi vaxtı hesab olunur.

Məhsulların (iş və xidmətlərin) və malların satışından məfəət (zərər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vergilər digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirə onlar və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edildiyinə görə müəssisələrdə satışından gəlirin müəyyən edilməsinin aşağıdakı formaları müəyyən olunmuşdur:

1. Satışdan gələn gəlir müəssisənin təsərrüfat xüsusiyyətlərindən və bağlanmış müqavilənin şərtlərindən asılı olaraq ya satılmış (yəni nağdsız hesablaşma zamanı cari hesabına ödəniş sənədləri əsasında daxil olan məbləğlər üzrə və ya nağd hesablaşma zamanı müəssisənin kassasına daxil plan məbləğlər üzrə) dəyəri ödənilmiş məhsullara,işlərə, xidmətlərə görə;

2. Yüklənib alıcılara göndərilmiş məhsullara, mallara, təhvil verilmiş işlərə, görülmüş xidmətlərə görə ödəniş sənədləri alıcıya (sifarişçiyə) təqdim edildikdə müəyyən edilir.

Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin əməliyyatlarına aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir.

Məhsul satışı ilə əlaqədar auditor 46 № - li “Məhsul (iş, xidmət) satışı”, 40 № - li “Hazır məhsul”, 50 № - li “Kassa”, 51 № - li “Hesablaşma hesabı”, 62 № - li “Alıcılar və sifarişçilərlə hesablaşmalar”, 64 № - li “Alınmış avanslar üzrə hesablaşmalar” hesabında əks olunmuş mühasibat uçotu əməliyyatları ətraflı yoxlamalıdır.

Məhsul satışı göstəricilərinin audit yoxlamasında bilavasitə satışla əlaqədar olan kommersiya xərclərinin uçotda əks olunması da yoxlanılmalıdır. Kommersiya xərcləri məhsul satışı ilə əlaqədar sərf olunan xərclər olmaqla istehsal maya dəyəri ilə birlikdə hazır məhsulun tam maya dəyərini təşkil edir. Burada auditor xüsusilə mühasibat uçotu yazılışında əks olunmuş göstəricilərin kommersiya xərclərinə aid edilməsinin düzgünlüyünü müəyyən etməlidir.

Kommersiya xərcləri mühasibat uçotunun hesablar planında 43 № - li “Kommersiya xərcləri” hesabında əks olunur. Bu hesabda əsasən hazır məhsul anbarlarında taralara və hazır məhsulun qablaşdırılmasına, məhsulun göndərilmə stansiaylarına çatdırılmasına, avtomaşınlara, vaqonlara, gəminlərə və digər nəqliyyat vasitələrinə yüklənməsinə, satış təşkilatlarına və digər vasitəçi təşkilatlara ödənilən komissiyon rüsunlarına, reklamlara və s. bu kimi işlərə çəkilən xərclər əks etdirilir.

Auditor 43 № - li “Kommersiya xərcləri” hesabı üzrə ilkin hesablaşma ödəniş sənədlərinin və uçot yazılışlarını nəzərdən keçirib, müqayisə etməklə analitik uçot göstəricilərinin düzgün əks olunmasını müəyyən etməli və həmin xərclərin satılmış məhsullar üzrə düzgün əks olunmasını müəyyənləşdirməlidir.

Auditor məhsul satışı ilə əlaqədar əlavə dəyər vergisi və maliyyə nəticəsinin düzgün müəyyən edilməsini yoxlamalıdır. Yoxlama nəticəsində ƏDV üzrə düzgün hesablanmama halları müəyyən edilərsə, onun səbəbləri müəyyən olunmalı və buraxılan nöqsan və səhv düzəldilməlidir.


Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə