U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə20/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
Audit- mühazirələr konspekti

2. Maliyyə nəticələrinin auditi

Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq mənfəətin rolu daha da artmaqla, müəssisələrin və dövlətin iqtisadi marağının əsas hərəkətverici qüvvəsi kimi özünü göstərir. Müəssisələrin iqtisadi marağı bilavasitə mənfəət əsasında qurulmaqla onun iqtisadi və sosial inkişafının əsasını təşkil edir.

Bütün göstərilənlərlə əlaqədar olaraq müəssisənin təsərrüfat – maliyyə əməliyyatlarının maliyyə nəticələrinin formalaşması və onun istifadə olunması ilə əlaqədar olan məsələlərin yoxlanılmasında əsas vəzifə onun düzgün müəyyən olunması və hesablanaraq dövlət büdcəsinə ödəmələrin mövcud olan qanunvericiliyə uyğun icra olunmasını müəyyən etməkdən ibarətdin. Bununla yanaşı mənfəətin düzgün bölüşdürülməsi, fondların yaradılması, dividentlərin ödənilməsi və göstəricilərin müəyyənləşdirilməsinə diqqət yetirməlidir.

Hər bir müəssisənin hesabat dövrünün son maliyyə nəticələri (mənfəət və zərər) onun məhsul (iş, xidmət) satışı və digər əmtəə-material qiymətlilərinin (əsas vəsaitlər, qeyri-maddi aktivlər və s.) müvcud olan qiymətlərlə daxil olan pul vəsaiti məbləğindən, əlavə dəyər vergisi daxil olmaqla, müəyyən olunmuş vergilər, aksizlər, onların istehsalı və satışa sərf olunmuş məsrəflərin çıxılması nəticəsində müəyyənləşdirilir.

İxrac əməliyyatları ilə məşğul olan müəssisələrin mənfəəti hesablanarkən məhsul satışından (iş, xidməti) daxil olan pul vəsaiti məbləğindən ixrac üçün müəyyən olunmuş tariflər çıxılmalıdır.

Yekun maliyyə nəticələri hesablanarkən qeyri-satış əməliyyatlarından daxil olan vəsaitlər də nəzərə alınmalıdır.

Məhsul satışından (iş, xidmət) daxil olan pul vəsaitinin uçotda əks olunması vaxt müəssisənin uçot siyasətində müəyyən olunmuş qayda üzrə icra olunmalıdır. Belə ki, məhsul satışından daxil olan pul vəsaiti, alıcıya məhsul yükləndiyi tarixdən hesablaşma sənədlərinin alıcıya təqdim olunması vaxt və ya yüklənmiş məhsulun, yerinə yetirilmiş işlər və xidmətlərin dəyərinin müəssisənin hesablaşma hesabına daxil olması ilə müəyyən olunur. Onu da nəzərə almaq lazımdır ki, göstərilən formaların hansı istifadə olunarsa həmin forma daimi xarakterdə bir neçə il ərzində tətbiq olumalıdır.

Onu da qeyd edək ki, birinci hesablaşma forması beynəlxalq mühasibat uçotu standartlarda qəbul olunmuş və hazırda dünyanın əsas inkişaf etmiş ölkələrində həmin forma geniş şəkildə istifadə olunur.

Mənfəətin formalaşmasının audit yoxlamasında auditor üçün əhəmiyyətsiz məsələlər olmalıdır, bu məsələ ilə əlaqədar olan hər bir nöqsan və çatışmazlığın müəyyən olunmasının böyük əhəmiyyəti vardır. Sifarişçi müəssisə üçün buraxılan səhvlərin müəyyən olunub, aradan qaldırılması, onların düzəldilməsi çox vacibdir. Nəzərə almaq lazımdır ki, audit dövründə buraxılmış nöqsanlar düzəldilmədikdə, müəssisə mənfəətin azaldılması və sair hallar vergi yoxlayıcılar tərfindən müəyyən edilir və bu isə böyük məbləğdə cərimələrin tutulmasına və digər qanunvericiliyin pozulması hallarına səbəb olur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq yoxlama dövründə auditor aşağdakılara fikir verməlidir.



  1. Büdcəyə avans ödəmələrin hesablanması üçün müəssisə üzrə nəzərdə tutulmuş mənfəətin və məhsul (iş, xidmət) satışından daxil olacaq pul vəsaitinin müəyyən olunması;

  2. Müəssisə üzrə uçot siyasətində məhsul (iş, xidmət) satışından daxil olan vəsaitin müəyyən olmasına dair əmr və ya sərəncamın olması;

  3. Məhsul satışından daxil olan faktiki mənfəətin mühasibat uçotu hesablarında düzgün əks olunmasını;

  4. Ümidsiz debitor borcları üzrə ehtiyat fondunun yaradılmasının dügünlüyü və əsaslı olması. Belə borclar hesabat ilinin sonunda aparılan investorlaşdırma nəticəsində müəyyənləşdirilir. Bu kimi borclara o debitor borcları daxildir ki, müəyyən olunmuş dövür ərzində ödənilməmiş və onun ödənilməsi ümidsizdir;

  5. Əsas fondların və müəssisənin digər əmlakının satışından daxil olan mənfəətin düzgün hesablanması;

  6. Xarici iqtisadi fəaliyyətlə əlaqədar olaraq məhsul satışından daxil olan vəsaitin uçotda düzgün əks olunması. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, müəssisə tərəfindən satılan xarici valyuta 48 № - li “Sair aktivlərin satışı” hesabında əks olunmalıdır;

  7. Kammersiya xərclərinin mühasibat uçotunda düzgün əks olunması. Eyni zamanda 43 № - li “Kammersiya xərcləri” hesabında əks olunmuş məsrəflərin yüklənmiş lakin alıcılar tərəfindən ödənilməmiş və qalığı olan məhsullar üzrə bölüşdürülməsinin müəyyən olunması;

  8. Əvəssiz olaraq başqa müəssisəyə əsas vəsaitlərin və digər aktivlərin verilməsi nəticəsinin uçotda düzgün əks olunması. Mövcud olan qaydalara görə əsas vəsaitlərin və digər aktivlərin və digər aktivlərin başqa müəssisəyə verilməsi ilə əlaqədar zərərlər müəssisə sərəncamında qalan mənfəət hesabına silinməlidir;

  9. Mühasibat uçotu hesabları üzrə 80 № - li “Mənfəət və zərər”, 82 № - li “Qiymətləndiriləcək ehtiyatlar”, 81 № - li “Mənfəətin istifadəsi”, 88 № - li “Bölüşdürülməmiş mənfəət (ötürülməmiş zərər)” hesabların analitik və sintetik uçotda əməliyyatların düzgün əks etdirilməsi;

  10. Tərəflərlə bağlanmış müqavilə şərtinin yerinə yetirilməsi və müəyyən hallarda müəssisəyə dəyən itkilər, cərimələr ödəmələrlə əlaqədar mənfəətin (zərərin) uçotda düzgün əks olunması və s.

Aditor yoxlama apardığı dövrdə maliyyə nəticələri ilə əlaqədar olan aşağıdakı əsas göstərici və mənbələri yoxlamalıdır:

- məhsul (iş, xidmət) satışından;

- əsas vəsaitlərin və digər əmlakın satışından;

- qeyri satış əməliyyatlarından;

Məhsul (iş, xidmət) satışı üzrə hesablaşma sənədləri ödənilməsi üçün alıcıya təqdim olduqca, orada əsas olunmuş məbləğlər 46 № - li “Məhsul (iş, xidmət) satışı” hesabının kreditində 62 № - li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının debitində əks olunur. Eyni zamanda alıcıya yüklənmiş məhsulun maya dəyəri 40 № - li “Hazır məhsul”, 45 № - li “Yüklənmiş mallar”, 20 № - li “Əsas istehsal”, və başqa hesabların kreditindən 46 № - li “Məhsul (iş, xidmət) satışı” hesabının debitinə silinir.

Məhsul satışından əldə edilən nəticələr hər ay 46 № - li “Məhsul (iş, xidmət) satışı” hesabından 80 № - li “Mənfəət və zərər” hesabına silinir.

Müəssisəyə məxsus olan əsas vəsaitlərin satışı və sair xaric olmaları (ləğvi, silinməsi, əvəzsiz olaraq verilməsi və s.) əməliyyatları haqqında məlumatlar və onların satışından maliyyə nəticələrini müəyyənləşdirmək üçün 47 № - li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabı nəzərdə tutulmuşdur.

47 № - li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabının debetində xaric olmuş əsas vəsaitlərin ilk dəyəri, həmçinin əsas vəsaitlərin xaric olması (binaların, qurğuların, avadanlıqların sökülməsi və s.) ilə əlaqədar xərclər də əks etdirilir. 47 № - li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabının kreditində xaric olmuş əsas vəsait obyektlərinə xaricolma vaxtınadək hesablanmış köhnəlmə məbləği və onun silinməsi ilə əlaqədar mümkün istifadə yaxud satış qiymətlərilə daxil olmuş material qiymətlilərinin dəyəri əks etdirilir. Əmlakın satılmasından əldə edilən pul məbləği yeni satılan əsas vəsaitlər üçün müəssisəyə çatası məbləğ 47 № - li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabının kreditində 76 № - li “Müxtəlif debutor və kreditorlarla hesablaşmalar” hesabının debetində əks etdirilir.

47 № - li “Əsas vəsaitlərin satışı və sair xaric olmaları” hesabı üzrə debet (zərər) yaxud kredit (gəlir) qalığı cari hesabat dövründə 80 № - li “Mənfəət və zərər” hesabına, əvəzsiz olaraq verilməsi hallarında isə müəssisənin xüsusi vəsaitlərini uçota alan hesablara silinir.

Qeyri-satış əməliyyatlarından daxil olan vəsaitlərin mühasibat uçotunda düzgün əks olunmasını müəyyən etmək üçün 80 № - li “Mənfəət və zərər” hesabının dövriyyə məbləğləri yoxlanmalıdır.

Auditor xatırlamalıdır ki, qeyri-satış əməliyyatları üzrə mənfəət birgə fəaliyyətdə əldə olunan mənfəət, vəlyuta əməliyyatları üzrə məzənnə fərqindən gəlir, əmlakın kirayə verilməsindən, cərimələr və digər iddialar üzrə daxil olan mənfəətlər, tələb olunmayan kreditor borcları və vaxtı keçmiş depozitlərdən daxil olan vəsaitlər və s. daxildir.

Auditor mənfəətin formalaşması əməliyyatlarının yoxlanmasının sonunda hesablar üzrə müxabirləşmələrin düzgün sxema üzrə aparılmasını müəyyənləşdirməlidir. Müəssisənin son maliyyə nəticəsinin formalaşmasına dair informasiyalar 80 № - li “Mənfəət və zərər” hesabında əks olunur. Bu hesabın debetində müəssisənin zərəri, kreditində isə mənfəəti əks etdirilir. Hesabın debet və kredit dövriyyələrinin müqayisəsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.

Auditor mənfəətinin təyinatı üzrə istifadə olunmasını Azərbaycan Resapublikasının Vergi məcəlləsi, respublika hökümətinin formativ sənədləri, Azərbaycan Resapublikası Maliyyə Nazirliyi və müəssisənin təsisedicisənədləri əsasında aparılır. Müəssisələrdə hesabat dövrünün balans mənfəəti (zərər) və onun istifadəsi balansda ayrıca əks etdirilir. Balansın passivində alınmış mənfəət və onun avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, balansın aktivində isə faktiki alınmış zərər göstərilir. Balansın yekununa ancaq hesabat ilinin və keçmiş illərin ödənilməmiş zərəri və bölüşdürülməmiş mənfəəti daxil edilir.

Hesabat ilinin mənfəətinin həmin il ərzində istifadə olunması haqqında məlumatlarıümumiləşdirmək üçün mühasibat uçotu hesablar planında 81 № - li “Mənfəətin ifadəsi” hesabı nəzərdə tutulmuşdur. Hesabat ilinin sonunda illik mühasibat hesabatl tərtib edilən dövrdə bu hesab bağlanır. Yəni 81 № - li “Mənfəətin ifadəsi” hesabında toplanmış məbləğdən dekabr ayının sonunda həmin hesabın krediti üzrə yekun yazılışları aparılmaqla 80 № - li “Mənfəət və zərər” hesabının debetinə silinir.

Auditor yoxlama aparakən əldə olunmuş mənfəətin istifadəsi ilə əlaqədar olaraq Baş kitabda, jurnal-orderlərdə, digər mühasibat uçotu yazılışlarında olan informasiyaları araşdırıb, təhlil etməklə yanaşı 2 № - li “Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat” göstəricilərindən istifadə edilməlidir. Xüsusi ilə mənfəətdən büdcəyə ayırmalardan sonra ehtiyat kapitalı və fondlarına, yığım fonduna, xeyriyyə məqsədlərinə və digər məqsədlərə ayırmaların mövcud qanunvericiliyə uyğun müəyyən olunmasına diqqət verməlidir.

Nəzərə alınmalıdır ki, büdcəyə vergilərlə əlaqədar olan ödəmələri təmin etdikdən sonra qalan mənfəət məbləğinin, əgər təsisedici sənədlərdə digər ayırmalar nəzərdə tutulmamışsa, müəssisələr mənfəətin istifadə olunması ətyinatını özləri müəyyən edirlər.

Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin məbləği 80 № - li “Mənfəət və zərər” hesabı ilə müxabirləşdirilməklə dekabrın yekun dövriyyələri 88 № - li “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabının kreditinə silinir. Hesabat ilinin zərər məbləği 80 № - li “Mənfəət və zərər” hesabı ilə müxabirləşdirilməklə, dekabrın yekun dövriyyələri ilə № - li “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabının debetinə silinir.

Auditor mənfəətin təyinatı üzrə istifadə olunmasını yoxlayarkən müəssisənin mənfəətinin istifadə olunması, onun zərərlərinin bərpa olunması mənbələri, mənfəətin istifadəsində mülkiyyət sahiblərinin qərarlarının olması və həmin göstəricilərin mühasibat uçotu yazılışında düzgün əks olunmasına da diqqət verməlidir.



Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə