U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə6/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
Audit- mühazirələr konspekti

1. İnamsızlıq. İnamsızlığa səbəblər aşağıdakılar ola bilər:

a) Auditor işlərin həcmində olan məhdudiyyət onunla əlaqədardır ki, auditor lazım olan bütün məlumat və izahatları ala bilmir (məsələn, hesabat qeyri-qənaətbəxş vəziyyətdə olmasına görə), lazım olan bütün audit prosedurlarını yerinə yetirmək imkanı olmur (məsələn, vaxt üzrə məhdudiyyət olmasına görə);

b) Şəraitdən asılı olaraq nəticələrin düzgünlüyünə inamsızlıq (məsələn, mübahisəli vəziyyət, uzunmüddətli müqavilə və ya uzunmüddətli proqram, çoxvariantlı idarəetmə üsulu və s.).

2. İrad. Bu zaman auditorun mülahizəsi bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələrə zidd olur. İrada səbəblər aşağıdakılar ola bilər:

a) Uçot sistemlərinin və ya üsullarının qəbul edilməməsi;

b) Əməliyyatların aparılması və ya rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmaması.

Əgər iradlar varsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hansı dərəcədə inamsızlıq və ya iradın mövcudluğu şərtsiz müsbət rəydən imtina etmək üçün əsas verir. Rəyin növünün sonrakı seçilməsi inamsızlıq və ya iradın dərəcəsindən, yəni mühüm əhəmiyyət kəsb edib-etməməsindən asılıdır.

İnamsızlıq və ya irad o vaxt mühüm əhəmiyyət kəsb edən hesab olunur ki, inamsızlıq və ya iradı yaradan amillərin maliyyə məlumatlarına təsiri çox böyük olur, bu da işin real vəziyyətini bütövlükdə və ya əsaslı surətdə təhrif etməyə gətirib çıxarır. İnamsızlıq və ya irad o vaxt mühüm əhəmiyyət kəsb etməyən hesab olunur ki, inamsızlıq və ya iradı yaradan amillərin maliyyə məlumatlarına təsir əhəmiyyətsiz dərəcədə olur.

Mühüm əhəmiyyət kəsb etməyən inamsızlığın və ya iradın mövcudluğu auditora əsas verir ki, şərti müsbət (məhdudlaşdırılmış) rəy versin.

Mühüm əhəmiyyət kəsb edən inamsızlığın mövcudluğu mənfi rəy vermək üçün əsas verir.

Mühüm əhəmiyyət kəsb edən iradın mövcudluğu isə rəy verməkdən imtina etməyə əsas sayılır.

Auditor rəy verərkən şərtsiz müsbət rəydən fərqlənən bütün hallarda, onun mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə yəni, inamsızlıq və irada izahatlar verir.

Bu məlumatlar rəyin ayrıca bölməsində verilmişdir ki, sonra rəy verilsin və ya rəydən imtina edilsin. Göstərilən halların daha geniş müzakirəsi lazım olduqda, həmin bölmədə başqa sənədlərə, sifarişçiyə auditor tərəfindən verilən ətraflı məlumatlara istinad etmək olar.




Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə