U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi



Yüklə 119,99 Kb.
səhifə4/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
Audit- mühazirələr konspekti

Mövzu 3. Auditor rəyləri

1.Auditor rəylərinin mahiyyəti və növləri.

2.Auditor rəylərinin məzmunu və quruluşu.

3.Hesabata dair rəy verməkdən imtina şərtləri.

4.Auditorun apardığı yoxlamanın nəticəsi haqqında iqtisadi subyektin hazırlanması qaydası.

Auditor rəyi – auditorun (auditor təşkilatının) inzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə - təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Yoxlanılan maliyyə məlumatları barədə fikrini müəyyənləşdirmək üçün auditor sübutları əsasında əldə edilmiş nəticələr auditor tərəfindən təhlil edilir və qiymətləndirilir. Auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri özündə əks etdirən auditor rəyi tərtib edilir.

Səlahiyyətli dövlət orqanının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi AR-nın prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

AR-nın ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılan auditlər üzrə auditor rəyinin və onun növlərinin tərtib və tətbiq edilməsinin müvafiq qaydalarının müəyyən olunması məqsədi ilə AR-nın Milli Məclisinə və “Auditor xidməti haqqında” AR-nın Qanununa uyğun olaraq “Maliyyə hesabatları üzrə auditor rəyi” beynəlxalq audit standartı əsasında “Auditor rəyləri” milli audit standartı hazırlanmışdır.

Auditor rəyi aşağıdakı bölmələrdən ibarətdir:



1. Auditi aparan sərbəst auditor (auditor təşkilatı) barədə məlumat;

Auditor rəyinin bu bölməsində auditor yoxlamasının sərbəst auditor və ya auditorlar təşkilatı tərəfindən aparılması qeyd edilməklə, auditi aparan sərbəst auditorun soyadı (auditor təşkilatının) adı göstərilir.



2. Auditor rəyinin ünvanlandığı fiziki və hüquqi şəxslər barədə məlumat; Auditor rəyi sifarişçiyə - təsərrüfat subyektinin rəhbərliyinə və ya sahiblərinə ünvanlanır.

Auditor rəyində onun kimə ünvanlandığı dəqiq müəyyən edilir. Auditor rəyində əks olunmuş məlumatlardan kimlərin istifadə edə biləcəyi də göstərilə bilər.



3. Giriş. Girişdə auditi aparmış auditorun (auditorların) soyadı, lisenziyanın nömrəsi və tarixi, sifarişçi ilə bağlanmış müqavilələrin tərixi və nömrəsi, habelə yoxlama ilə əhatə olunmuş dövr göstərilir.

Auditor rəyinin bu bölməsində yoxlanılan hesabatlar haqqında məlumatlar, bu hesabatların tərtib olunduğu tarix əks etdirilir.

Hesabatlar üzrə məsuliyyətin yoxlanılan müəssisənin rəhbərinin üzərinə, mühasibat (maliyyə) hesabatlarının audit nəticələrinə əsasən verilən rəyə görə isə məsuliyyətin auditorun üzərinə düşdüyü qeyd olunur.

Auditor rəyinin giriş hissəsinin nümunəsi aşağıdakı kimi ola bilər:

“Müqaviləyə əsasən Gəncə şərab – 2 müəssisəsinin 1 yanvar 2005-ci il tarixdən 1 sentyabr 2006-cı il tərixədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən 50 səhifəlik mühasibat (maliyyə) hesabatlarının auditor yoxlamasını aparmışıq (aparmışam).

Yoxlama 2 sentyabr 2006-cı il tarixdə başlayıb, 10 sentyabr 2006-cı il tarixdə başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin rahbərliyi məsuliyyət daşıyır.

Bizim (mənim) vəzifəmiz (vəzifəm) həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə vəziyyətinə (maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə), illik mühasibat hesabatları maddələrinin doğruluğuna (mühasibat uçotunun ümumi vəziyyətinə) qiymət verməkdir və biz (mən) yalnız bu rəydə əks olunmuş mülahizələrimizə (mülahizələrimə) görə məsuliyyət daşıyırıq (daşıyıram)”.



4. Yoxlamanın məzmunu. Auditor rəyinin bu bölməsində aparılmış yoxlamanın məzmunu, onun həcmi və tətbiq edilmiş standartlar göstərilir.

Auditor rəyindən istifadə edənlərdə auditin AR-nın normativ aktlarının və hamılıqda qəbul olunmuş təcrübənin və ya beynəlxalq standartların tələblərinə uyğun olaraq aparıldığına inam yaranmalıdır.

Auditor rəyində göstərilməlidir ki, yoxlama planlaşdırılmış və yoxlanılan hesabatlar haqqında auditorun mülahizələrinin doğruluğuna onun inamını formalaşdırmaq üçün lazımi həcmdə aparılmışdır.

Auditor yoxlaması zamanı auditor müəssisənin uçotundakı kənarlaşmaların və uyğunsuzluqların əhəmiyyətini qiymətləndirir.

Səhvin əhəmiyyəti auditor tərəfindən yoxlama zamanı müəyyən edilir.

Bu bölmədə aşağıdakılar şərh olunur:

a) hesabatların əsasaını təşkil edən təsisedici materialların yoxlanması üsulu;

b) hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası;

c) maliyyə (nühasibat) hesabatlarının hazırlanmasında sifarişçilər tərəfindən tətbiq edilən uçot prinsiplərinin qiymətləndirilməsi;

ç) təqdim edilmiş maliyyə (nühasibat) hesablarının bütövlükdə qiymətləndirilməsi;

Bu bölmənin məzmununun nümunəsi aşağıdakı kimidir:

“Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədilə biz (mən) qüvvədə olan audit standartlarının tələblərinə uyğun olaraq auditi planlaşdırmaq və audit prosedurlarını yerinə yetirmişik (yetirmişəm).

Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, habelə sifarişçi təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirik (edirəm) ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışıq (toplamışam)”.



5. Təqdim olunan hesabatlara dair auditor rəyi. Auditor rəyi hesabatlar haqqında və onların bütün əhəmiyyətli göstəriciləri üzrə düzgünlüyünə, Azərbaycan Respublikasında hesabatların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olmasına dair auditor fikrini aydın əks etdirir.

6. Auditor rəyinin tarixi. Auditor tərəfindən yoxlamanın başa çatdığı gün auditor rəyinə tarix qoyulur. Auditor rəyinin imzalandığı gün onun tarixi hesab edilir.

7. Sərbəst auditorun (auditor təşkilatlarının) ünvanı. Auditor rəyində sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan yazılır.

8. Auditor rəyinin təsdiq edilməsi. Auditor yoxlaması başa çatdıqdan və auditor rəyi tam hazır olduqdan sonra sərbəst auditor onu imzalayır və möhürü ilə təsdiq edir.

Auditor rəyi auditor təşkilatı tərəfindən aparıldıqda isə yoxlamada iştirak etmiş auditorlar və auditor təşkilatının rəhbəri auditor rəyini imzalayır, auditor təşkilatının möhürü ilə təsdiq edir.

Rəy şərtsiz müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor mühasibat (maliyyə) hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir.


Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə