Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə31/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   27   28   29   30   31   32   33   34   ...   90

70
№ 2 (14) Yay 2015 
 
     Kəklik:  
     –  Qoşəlləni  deyirdinsə,  odur  ey  uşaq 
əmizdirir. 
     Sədr: 
    –    Pah    atonnan    yeri    get    yeyəsi!    Ə,  
vallah   bu    zadın   oğlunu   bir    gün   biabır  
eliyib  iti  qovan kimi işdən qovacağam. Bu 
kimə 
çəkdi 
belə 
arvadxasiyyətlikdə 
görəsən? 
     Simavər: 
    –    Biz  də    elə    bundan  danışırdıq 
bayaqdan.    A  Dursun  qağa,  vallah 
Qicerdəndirsə, Qoşəllə 
daha  münasibdir.  Bacımız  kimi  şeydir. 
Arvadlarla  işləməyə    elə    beləsi  yarayır. 
Quran haqqı elə 
onun  yanındaca  paltarımızı  dəyişib,  uşaq 
əmizdiririk. 
    –  Axırda  şeyinizə  –  əmcəyinizə  tamah 
salanda sizə deyəcəm! 
    Kəklik:  
    –  Şeyimizin  hay-hayı  gedib,  vay-vayı  
qalıb.  Bir  də  ki  ərlərimizin  namusuna  nə  
gəlib  ki, durub Qoşəllənin şeyinə zad salaq. 
    –  Məni  yamsılayırsan!?  Hərcayı  olub 
getmisiniz! Sizi saxlayan kişinin zadına kül 
olsun! 
    Kəklik: 
    –  Bir  ehmal  ol  görüm  ey!  Neçə  ildi 
sədrsən? 
    – 11... Nədi ki? 
    –   Bu 11 ildə    briqadalarının  hansı sənin 
üzünü  qara  eliyib  raykomun  yanında? 
Medalların  
əlindən  məhsul  bayramında  yaxanda  iynə  
taxmağa    yer    tapmazsan.    Bizim    də  
barəmizdə 
düşünsənə    bir!    Gümanımız    bir  
“Qəhrəman    ana”    adınadır,    doğmaqdan  
“Cin  kahası”na  
dönmüşük.    Odu    ey,    “Komsomol”  
kolxozunda    qabaqcıllara    göy    “Moskviç”  
bağışlayırlar.    Bir  sənin  də    dilin-ağzın 
olsun  raykomun  yanında,  sən  də    bir  
drınqlet maşından-zaddan al dayna  
bu  kəndə.  Təzə    qız-gəlinlərimiz  siftə  
doğanda  yenə    rayon  xəstəxanasına 
aparmağa miniyimiz  
olsun.  Elə  cöngə  kimi  belimizə  qalxmağı 
bacarırsınız.  Bala  salmaqdan  qırıldıq, 
batdıq. Bu zəhərə 
qalmış    zəhərlər    bizə    bala    saldırır.    Gör  
neçə-neçə  komsomol,  kommunist  olacaq 
uşaqlarımız  
dərədə-təpədə  qurd-quşa  yem  olur.  Oyrəli 
Məhişin gəlini yenə “Arpa çuxuru”nda bala 
saldı. 
     –    O  döyülməkdən  bala  salır.    DDT-nin 
bir  təsiri  yoxdu  bu  zad  salmaqda.  Onun 
dalına  
şəllədiyi  ot  yükünü  görsən,  sən  də  bala  
salarsan.  Min  dəfə  demişəm  ki,  qız,  bir  
az  usluf  ol şəllənəndə. Nə vaxt da baxsan,  
qarnı çənəsinə dəyir. 
    –  Nə  bilim  vallah,  görək  sənin  qızın 
Sərçə 
doğanda 
nəylə 
aparacaqsan 
xəstəxanaya... 
    –    Canı    çıxacaq    evdə    doğacaq.  
Nənələrimiz  xəstəxanada  doğublar,  bəlkə  
sən  xəstəxanada  
doğulmusan? 
    –    Elə    mamaça  Qirbişim  bizi    belə  
bequrum doğuzdurub dayna. Hamımızın bir 
gözü  aya, o  
biri    gözü    çaya    baxır.    Beisbat  
küpəgirənin  nə  gözü  görür,  nə  də  qulağı  
eşidir.  Adamı  heç 
gücənməyə  də  qoymur.  Zalım  qızı  kirli 
əllərini  soxub  içəridən  dartıb  çıxarır 
bədbəxt uşağı. 
    –    Sizə    Qirbişim    arvad   da    çoxdur.   İt  
kimi  küçükləməkdən  əl  çəkin.  Kolxozun  
işi    tökülüb  qalıb,  sizsə    doğmaqdan  başqa 
dərdiniz yoxdur. 
    –  Vallah  sənə  söz  deyəndədir  günah.  
Bir  gün  allah  haqqı  bu  arvadları  yığıb  
başıma  
kəsdirəcəm 
  raykomun    qabağını.  
Deyəcəyəm  ki,  yoldaş  raykom,  bax  sizin  
bu  sədr  Dursun  
bizi  doğmağa  qoymur,  partiyamızın, 
qəhrəman analarımızın zadına zidd gedir... 
    –  Səni bildiyin qədər çəkəsən qız, sən nə  
od-yalovsanmış!    Səndən  nə    desən 
gözləmək olar,  


                            Üç aylıq ədəbiyyat dərgisi 
71 
 
sən hər şey eliyərsən.  Höyürə  gələn camış  
kimi,  doğmaq  beyninizə    batdısa,  gözünüz 
heç  nəyi  
görmür.  Nəysə, çox zəvzədin. Şeyə  denən, 
zadımı bağlamışam şeyinin qırağına, hərdən 
baxsın  
ki, şeyinə girməsin. 
    –    Oppala!    Gəl    indi    başa    düş    görüm  
bizim    “şey-zad”    sədrimiz    nə    demək  
istəyir.  Vallah  
burasını  ta  mən  də  qanammadım,  ay  sədr. 
Deyirsən nə deyim..? 
    –    Atımı    buruntaxlayıb,    cidarlayıb  
buraxmışam  üzümlüyün  zadına,  gözləsin,  
birdən  
üzümlüyə  zad  eliyər...  Mən  gedim.  Bu 
şagirdlərdən də özün göz-qulaq ol. 
   –  Yaxşı. Amma sədr, zadına dönüm, şeyi 
yadından    çıxartma    –    maşın  məsələsini 
deyirəm.  
Yoxsa bax gedəcəyəm raykoma ha..! 
   –    Beynimi    mıcıxlama.    Dedim    ki,  
baxarıq.  Əldən  iti  olun,  yağış  deyiblər.  
Elə  eləyin  ki,  
məhsul zay olmasın. Zad hanı bəs? 
    –  Qumrunu  deyirsənsə,  odey,  iki  cız  o 
tərəfdədir. 
     Sədr ucadan: 
    – Ay Qumru, zadın nətərdi! 
     Qumru o yandan: 
    –  Sağ  ol  Dursun  əmisi,  o  gün  məktub 
yazmışdı, hamıya duav-sana deyirdi. 
   – Şeyinə nə qədər qalıb? 
    –  Dörd  aya  qayıdır  inşallah!  Sercant 
veriblər. 
    –  Allah  zad  eləsin,  sənin  uşağın  yaxşı  
baladır.    Gələn    kimi    onu    zadın    yerinə  
briqadir  
qoyacağam. 
    –  Allah  köməyin  olsun  sədr,  ancaq 
Kətman balam instituta girməyə qərar verib. 
    –  Ağız  neynir  institutu?  Oxuyub  nə 
olacaq  ki?  Gəlsin  kəndinə  –  elinə.  Ona  bir 
toy eliyək ki,  
zurnanın zadı Urusiyətdən gəlsin. 
     – Sağ ol Dursun əmisi. Allah səndən razı 
olsun. Sən olmasan biz qırılıb batarıq. 
     Kəklik səsini qaldırdı: 
    –  Az  yaltaq  ol  ağız!  Neyliyib  ki  bizə  
Dursun  qağan!  Bütün   günü  eşşək   kimi  
üzümlükdə 
ağnamaqdan 
ələngəyə 
dönmüşük. 
      Qumru: 
     – Dilini dinc saxla ay qız! Adam naşükür 
olmaz!  Kəndimizin  başını  rayonda  uca 
eliyibsə, o  
da  bəsimizdir.  Hökumətə  üzüm  lazımdır, 
onu da yığmaq bizim öhdəmizə düşür. 
      Kəklik: 
    –  Hökumət  də  üzümdən  araq-çaxır 
düzəldib  satsın,  sonra  da  içənləri  tutub 
damlasın eləmi!  
Gündə  eşşək  kimi  anqırtın  düşüb  kəndə , 
ay  Hətəm,  az  iç  bu  zəhrimarı,  deyə.  Bu  
zəhrimarı      yığmasan,  o  da  içməz. 
Hökumətin  beli  qırılsın  elə!  Onsuz  da  sədr 
nə  qədər pripiska  
eləsə    də,    bizə    bir    qara    qəpik    çatan  
deyil.    Bu    urus    ayısı    gəbərməyincə    biz  
öz    üzümümüzün    doşabına,  bəhməzinə 
həsrət qalacağıq... 
      Dursun: 
     – Ay qız,  sənin ağzından vallah qan iyi 
gəlir.  Bir  gün  səni  demoqoqluq  üstündə 
damlasalar, 
məəttəl  qalmaram.  Sizin  bu  qeybətlərinizə 
qulaq  asmaqdan  mən  də    Qoşəllə    kimi 
arvadlaşaram.  
Qoy mən gedim işimin dalınca. Şeyini dinc 
saxla, əlinə güc ver. 
    –  Get!  Get  yoldaş  sədr,  bu  hökumətin  
də    bir    gün    səndən    xəbəri    olacaq.    Bir  
gün  sovet  
hökumətinin  özü  bu  dağlara  gələndə  sənin 
dərinə saman təpəcək. 
    –  Neyləmişəm  ağız  hökumətə,  belə 
yanıqlısan məndən? 
    – Kəndə maşın al! 
   – Dedik yaxşı da! 
   – Dedin, amma eləməsən gələn dəfə gəlib 
sənin evində doğacağam. 
   – Öz xarabanda su çıxıb? 
   – Sən sən ol, mən də mən! 
   –  Lənət şeytana, işə  düşmədik! Bax bu il 
də    “Komsomol”  kolxozundan  geri  qalsaq, 
maşın  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə