Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə29/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

66
№ 2 (14) Yay 2015 
 
      –  Əmican,  uşağı  qorxutmaq  üçün 
dedim... 
      –  Qələt  elədin,  özü  də    atabaatannan! 
Qorxutmağa  başqa  bir  şey  tapa  bilmədin?! 
Hı! Durum  
indi səni alım əyağımın altına? 
       Beli  şallı  yaşlı  nənə  də  qayıtdı  ki:  
      -    Yerini    dar    eliyirik?    Allah    başına  
gətirsin,  onda  gör qaçqınlıq  nədir! 
       Qoltuğunda 
  dəftəri  olan    bir  
tələbəyəoxşar  cavan  oğlan  isə:   
       -    Axmaq  kopayoğlunun danışığına  bir 
bax!-  dedi.  Oğlanın  gözü  tələbəni  yedi, 
təkcə  onun cavabını verdi: 
        –  Axmaq sənin  dədəndi.   
      Amma    tələbənin    yanındakı    dostu    da  
ona  cavab  qaytardı:  
      -  Öz  dədəndi,  ə!  Onun dədəsi bilirsən 
kimdi? Üst-üstə  12 il yatıb çıxıb. Eşitsə  ki, 
ona  axmaq  deyirsən,  sənin  nəslini  verdi-
veran eliyər...  
       Məsələyə  heç  aidiyyəti  olmayan    iki 
cavan  oğlan  da  bir-birini  dümsükləyib 
gülüşürdülər: 
      –  Vallah  bu  oğlanın  buynuzu  gicişir. 
Nəsə  bir  həngamə  olacaq,  həm  də  yaman 
olacaq.  
      Oğlan  səhv    etdiyini  anlayıb  sülh 
yaratmaq istədi. Kepkalı kişiyə:  
     – Dayı, hirslənməyin, burda nə var ki, di 
üzr istəyirəm!- dedi. 
     –    Kopayoğlunun    adamı,    səni    mış  
kimi    əzərəm,    hirslənməyə    bundan    da  
betər    şey  olarmı?    Sən    bunun    elədiyi  
qələtə  bir  bax!  Qaçqın  o  qədər  qorxunc  
şeydi    ki?    Sənin    kimi    biqeyrətlərin 
ucbatından qaçqın düşmüşük dayna!  
     Maşın 
Sahil 
qəsəbəsinə 
adlayan 
körpünün  üstünə  dönəndə  söhbət  daha  da 
şişmişdi. Qaçqın kişi ayağa  qalxıb  oğlanın  
biləyindən    yapışdı.    Yumruğunu    yuxarı  
qaldırmışdı    ki,    sürücü    ayağını    əyləcə 
atdığından  yerində    burulub  arxasıüstə  
səndirlədi.  “Sənə    şofer  deyənin  atasına 
lənət!”    dedi  və    yanda  oturmuş  qadının 
qucağına sərildi.  
    Qadın: 
   –  Səni  oğlan  ölmə,  kişini  niyə    vurursan!  
–    elə    bildi  ki,  oğlan  kişiyə    əl  qaldırıb. 
Qabaqda  oturan  tələbə    yerindən    dik  
qalxıb  uşağı  qorxudanın  üstünə  yeridi: 
      –    Ə,    utanmırsan,    baban    yaşında  
kişiyə    əl  qaldırırsan?!  –  deyib  oğlanın 
yaxasından yapışıdı. 
     –  A  qardaş,  qurana  and  olsun  ki,  mən 
ona  barmağımın  ucuyla  da  toxunmadım. 
Maşın döngəni  
burulurdu 
deyə, 
səndirləyib 
yıxıldı. 
İnanmırsan özündən soruş... 
     Tələbə    sual    dolu    nəzərlə    hələ    də  
arvadın  qucağında  oturmuş  kişiyə  baxdı.  
Arvad    kişinin  yançaqlarından  yapışıb 
qaldırırdı: 
       –    Deyəsən  yerin  rahatdı,  dursana, 
baldırlarım qırıldı!  –  kişini itələdi.  
     Növbəti  tormozdan  sonra  tələbə  oğlan  
da    müvazinətini    itirib    yerində    dala-
qabağa  yelləndi.Üzünü  sürücüyə    tutub  
acıqla:  
      – A  kişi,  sənə  prava  verənin  dədəsinə  
lənət,  mal  peyini  daşımırsan  ha,  bir  az 
yavaş sürsənə! – bağırdı. 
      Sürücü heç tövrünü də pozmadan: 
     –  Keç  yerində  otur,  yıxılma!  –  dedi  və 
yenidən diqqətini dördgözlə yola zillədi.  
     Oğlan:  
    –    Sən  diyəsən  bizimlə    məzə  
pıqqıldadırsan  ha.    Nə    qələt  elədik 
maşınına  mindik.  Yavaş  sür  bir  az,  yoxsa 
hirsimi indi səndən alacağam... 
      Sürücünün  yanında  duran      pulyığan 
oğlan acıqla: 
     –  Ağzını  təmiz  saxla,  sən  bizə  heş  zad 
eliyə bilməzsən! – dedi. 
    –    Bıy!  İndi  sizi  dədə-bala  bir-birinizə  
qatacağam. Sənə  dedilər yavaş sür, demək 
yavaş  sürmək  lazımdır...  –  tələbənin  dostu 
pulyığana qıcandı. 
      Sürücünün    başı    qarışmış    və  
“Texnikabank”ın    qarşısındakı    radara    az  
məsafə  qaldığını  
unutmuşdu.    Radarı    görən    kimi    ayağını  
əyləcə    sıxdı.    Bayaqkı    oğlanın    əli  
tutacaqdan  çıxdı  və  qabağa tərəf yüyürdü. 
Amma  yarıyolda  ayağını  yana  uzatmış 
başqa  bir  oğlanın    badalağına    tuş  gəlib 
üzüquylu  yerə    sərildi.  Oğlan  yerindən  dik 
atılıb  badalaq vuranın yaxasını bürmələdi: 


                            Üç aylıq ədəbiyyat dərgisi 
67 
 
       –  Mənə  badalaq gəlirsən, ə!.  
      Bircə    anda  maşın  barıt  çəlləyinə  
döndü.  Hamı  yerindən  qalxıb  dalaşanları 
ayırmağa cumdu.             
      Maşın  “Rotterdam”  küçəsinə    çatanda 
zavallı  badalaq vuran  üzr istəmək istəyirdi 
ki, sürücü mikroavtobusun əyləcini  təzədən  
basdı.      Maşın    yerində    mıxlandı,    hamı  
yerində    ləngər    vurdu    və    nəzərlər    indi  
sürücüyə  zilləndi.    Sürücü    əl    atıb  
oturacağın    altındakı    təkərsökən    lingi  
götürdü    və    fırlanıb    maşının    qapısını  
açdı.  
      Lingi qaldırıb bağırdı: 
       –  Sizi mənə ürcah eləyənin…  hamınız 
basın  bayıra!  Düşün  aşağı  görüm!  –  hamı 
laldinməz  yerə    tökülüşdü.  Sürücü  qapını 
çırpıb yerinə  keçdi: 
      –    Gicbəsər  uşağı,  dəli  yığnağıdı,    ə  
bunlar! Di qalın  çölün  düzündə!  –  deyib  
maşını  ağzı  Bakıya  tərəf  döndərib  şahə  
qalxdı.    Mikroavtobus    gözdən  itəndən 
sonra sərnişinlərdən bir qaqqıltı çıxdı ki, gəl 
görəsən.  
     – Deyəsən alındı! – Bunu qoca dedi. 
     -Həm  də  necə?  Uşaq  da  sakitləşdi, 
pulumuz da cibimizdə qaldı… 
     Uşaq  doğrudan  da,  bu  hay-küydə  şirin-
şirin yatırdı. 
     Yolçular  döngəni  burulanda  qəsəbənin 
girəcəyindəki  qaçqın  daxmalarının  şiferləri 
ağarırdı. 
                                              
Türkün məsəli 
 
      Tənha    kərkincək    vələmir    sahəsinin  
üstündə  qanadlarını  yelpik  kimi elə  tez-
tez    yelləyirdi  ki,   sanki,    üzümçü    qızların  
alnından    yanaqlarına,    oradan    isə  
sinələrinə    süzülən    təri    sərinlədə 
biləcəkmiş.  Hərdən  manşırladığı  siçan 
dəməyinə  şığayır, növbəti uğursuz cəhddən 
sonra yenə caynağıboş  öz  yerinə  qayıdırdı  
–    biz    tərəfin    dağ    siçanları    da    yaman  
diribaşdı.       
      Tənəklərin 
arasında 
 
eşələnən  
üzümçülərin    isə    kimi    dilinin    altında  
zümzümə    edib    yorulmadan    gündəlik 
normasını  doldurmaq  uğrunda    əzabla 
çarpışır,  kimi  kölgədə    gizlənib  sərinləyir, 
kimi  də    şirin  qeybətlərin  kələfini  yığıb 
yığışdıra  bilmirdi.  Amma  ucadan  danışan 
iki qadının səsini aydınca eşitmək olurdu... 
    –    Ay    qız,    Simavər,    toba    ağlım  
başımnan  uşdu    bu    zəhrimar    göydaşın  
iyinnən. 
Görəsən  bu  hökumət  niyə 
Azərbaycana  göz  verib  işıq  vermir.  A 
başına dönüm, neft ifraz edirik,  
qaz ifraz edirik, gərək elə bu zəhərə qalmış 
çaxırı  da  biz  ifraz  edək?  Bu  zəhəri  də  ver 
canı çıxmış  
erməniyə,    qoy    onlar    da  bir    kişi    işinin 
qulpundan    yapışsınlar    dayna!    Yey  ib-
yatmaqdan    donuz  kimi  şişib  qızarıblar. 
Çaxırı içə bilirlər, tənəyə baxa bilmirlər..? 
     –  İfraz  yox  az,  külü  qoyum  təpənə, 
ixrac... 
    –    Aaz,  lap  ixlac  olsun!  Dursun  başına 
daş düşmüş də  şeşələnir ki,  rayonumuzun 
üzüm  
ifrazı  planını  vaxtından  əvvəl  ödəməsəm  
nə    deyirsiniz    deyin!    Bu    çər    dəymiş  
gədələr  niyə 
gəlmədi görəsən?!  
    – Hansı gədələr, agız? 
    – Şagirdləri deyirəm dayna. 
    – Hələ tezdir axı. 
    –    Səni    başın,    get    simovarı    qala,    bu  
zəhrimarın    tozunnan    dilim-boğazım  
qurudu,  dilim  
dişlərimə ilişir. 
    –  Ağız,  Tovuza  de,  mənim  cızıma  hələ 
çox var. 
    – Tovuz uşaq əmizdirir. 
    Simavər: 
    –  Bıy  ayıb  ola  ağız!  Bunun  səyləri 
qırılsın, bu qız lap başını itirib e. Qoşəllənin 
yanındamı  
əmizdirir? 
    – Nə olsun ağız, Qoşəllə də onun qardaşı 
kimi bir şeydi dayna... 
    –  Ay  qız,  səyləmə,  sən  allah!  Adam 
qardaşının  yanında  da  uşaq  əmizdirməz. 
Vallah Dursun  
qağa  görsə,  bu  dəfə  Qoşəlləni  iti  qovan  
kimi    briqadirlikdən    qovacaq.    Görəsən  
Allah-tala  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə