82
№ 2 (14) Yay 2015
Çayxana
adı ilə nümayəndəlikdən
çıxsalar da, yaxınlıqdakı ucuzxanaya
buruldular. Qabaqda az qala İsmayılla yaşıd
bir qadın iki uşağın əlindən tutub gedirdi
döyə- döyə. Tanımayan olsa deyərdi
nəvələridi. Amma öz oğlu, qızı idi. Vəli
Bənöyşəsinin qarşığından qorxaraq kimsə
elçi düşməmişdi Sevdaya. Heç Sevda özü
də elçi gözləyəsi halda olmamışdı. 42-43
yaşı olmasına baxmayaraq ən azı 65 yaş
vermək olardı ona. Sonra da çıxıb arvad
boşamışın birinə getdi. Amma o qədər
deyingənlik etdi, kişi durmadı bunun
yanında, qaçdı Rusiyyətə. Dəli İsmayıl onu
görəndə dərindən bir ah çəkdi. Bu arada
çökə ağaclarından gələn bir meh vurdu
onları. Amma Dəli İsmayılı sanki meh
vurmamışdı, sanki vurğun vurmuşdu.
Qəfildən dedi:
- Eldarı vurduğum yer sızlayır, şair.
Öldürür məni. Qara bağrım dağlır. Bax elə
bil bağrımın başını xəncərlə oyurlar.
Eldarın orasından vurmuşdum.
Şair bir söz deyə bilmədi.
Ucuzxanada da söhbət Eldardan gedirdi.
Şair Vəli Bənöyşəsinin kənddən çıxarkən
qəbristanlığa
baş
çəkməsinin
şahidi
olmuşdu.
-Biz aşağı yolla, qəbristanlığa yaxın yolla
çıxırdıq kənddən. Gördüm Eldarın qəbri
üstən səs gəlir: balamı sana tapşırıram, a
Qazançı. Özünü qoruyamamdın, ölüsünü
saxla, sən sənin ucalığın. Daha bunu atası
da sənsən, anası da sənsən, qıvlası da
sənsən.
Hərəsinə bir çappa süzdülər. Dəli İsmayıl
Sarı Divin ruhuna bir sağlıq dedi. Birnəfəsə
başlarına çəkdilər.
-Bayaq gördün də Sevdanı, şair.
Gör necə
qocalmışdı. Lap bir günü üç gün olub sanki.
Amma bu xarabada çox gədə-güdələr
yalandan bir günlərini üç gün yazdırıb
havayı pensiya alırlar dövlətdən. O gədə-
güdəyə müharibə xeyir elədi. Hayıf
Eldardan, mən Eldarı gərək vurmazdım. 22
yaşı vardı, nə qanırdı? Mən də o qədər
qanmırdım - biz türemşiklər onsuz da “VV-
şniklər”lə (Vnutrenniy Voyska) dədə- baba
düşmənik. Bəlkə də buna görə bir- birimizi
anlayammadıq. Kopolu Cəmilov bunları
bilirmiş. Bizi düşmən elədi. Bizi öldürdü.
İndi odey Cəmilov Gəncəbasar xeyriyyə
cəmiyyətinin sədridi, özü də müharibə
veteranı. O vaxt hamıdan əvəvl qaçmışdı
kənddən. Sonra cəbhə bölgəsinə bir-iki dəfə
sabundan, corabdan aparmışdı, vəssalam,
buna görə də veteran oldu. Bakıda iki evi
var - Vəli Bənöyşəsinin qarşığı heç nə
eləmədi onun evlərinə. O Osmanlar,
Maliklər də kef edir, müharibədə bir günləri
üç gün sayıldı. İndi hamısı pensiyadadı-
dünyanın pulunu alırlar. Kəndi də qoruya
bilmədilər- üzbəüz döyüşdən qaçdılar.
Amma o zaman mən, Eldar kənddə olsaq
qaçmazdıq- saxlayardıq kəndi. A kişi mən
30 il türmə yatmışam, günüm elə gün
sayılıb. Amma bunların bir günü 3 gün
sayıldı. Belə də şey olar? İndi də dodaq
büzürlər adama.O qədər öləsi adam var imiş
ki! 22 yaşlı cavanı niyə öldürəsən, axı o nə
qanırdı? Mən də elə çöldə də özümü
içəridəki kimi aparırdım, söhbət xırdalamaq
ölüsü idim. Sonralar bildim ki, hər şey boş
şey imiş. Mənim kriminal həyatım da sənin
müxalifət həyatın kimidi - xəyanət -filan
etməmişəm. Amma sonra baxmışam ki, hər
şey boş şeydi. Necə ki siz Qərbə inanırsınız,
mən də kriminal şəxslərə inanmışam. Sonda
da hər şey oxşar- sizinkilər demokratik
ideyaları kürüyə satdı, bizimkilər də
kriminal ideyaları göy- göyərti bazarına.
Adama bir araq içdilər. Dəli İsmayıl
özünü pis hiss elədi. Asif Qazançı onu taksi
ilə yola salıb nümayəndəliyə qayıtdı.
- - -
Səhər Dəli İsmayılın ölüm xəbəri
yayıldı. Qara bağırı parçalanmışdı. Dedilər
serrozdu. Amma Sarı Divin ağrısı idi bu.
Əskipara qaçqınlarının da son mənzil
yeri Ağköynək qəbristanlığı. Qəribə baş
daşları var burada - bir baş daşında 2, 3 ,
bəzən 4 şəkil olur. Yəni qəbiri kənddə
qalmış ölülərinin şəkillərini bu baş
daşlarına həkk etdirirlər. Vəli Bənöyşəsinin
baş daşında da özü və Sarı Divin şəkli
vardı.
Üç aylıq ədəbiyyat dərgisi
83
Buranın da qibləsi Gülül dağına tərəf.
Yalnız Dəli İsmayılın qəbrinin yönü fərqli
idi. Onun qibləsi Qazançı dağına tərəf idi.
Oğlu dedi- özü belə vəsiyyət etmişdi. Dəli
İsmayıl bu yeri nə vaxtdı ki seçmiş, gəlib
Qazançı dağı qəbristanlığın harasından daha
yaxşı görsənirsə oranı əvvəlcədən dəmir
hasara
almışdı.
Bu
yerdə
Asif
Qazançının da gözü vardı. Amma son
mənzilini kimsəyə güzəştə getməmişdi Dəli
İsmayıl.
Həmin gün şair Asif Qazançı Dəli
İsmayılın ruhunun sağlığına bir çappa araq
içdi.
Vahid M
ƏH
ƏRR
ƏML
İ
Əsg
ər k
əm
əri
(h
ərbçinin d
əft
ərind
ən)
Mövqeyimi dəyişmək istəyəndə
ayağıma güllə dəydi. Tibb təlimatçısı əsgər
Quliyev vaxtında ilk yardım göstərməsəydi
çox qan itirəcəkdim. Hospitala çatan kimi
həkimlər məni əməliyyata götürüb gülləni
ayağımdan çıxartdılar. Palatada məndən
başqa da bir neçə yaralı zabit var idi. Üç
gündən sonra çarpayıdan qalxdım. Yaram
yavaş-yavaş sağalırdı, özümü yaxşı hiss
edirdim.
Hospitaldan çıxan kimi birbaşa
xidmət yerimə getdim. Hərbi hissəyə
çatanda qaranlıq yenicə düşürdü. Komandir
qərargahda yox idi, döyüşə getmişdi.
Növbətçidən öyrəndim ki, ermənilər
Muğanlı kəndinə hücum ediblər. Silahımı
götürüb döyüşə tələsdim. Komandir Daşqın
Məmmədovla səngərdə görüşdüm. Vəziyyət
ağır idi. Əlverişli əraziləri ələ keçirmiş
düşmən Muğanlını daim atəş altında
saxlayırdı. Biz isə qazmalara girib
güllələrdən yayına-yayına atəş açırdıq.
Cəsarətlə vuruşan əsgərlərimiz erməniləri
geri oturtmağa çalışırdılar. Həmin gün
hücumları dəf etdik. Kəndin işğal olunmaq
təhlükəsi sovuşdu. Üç döyüşçümüz ağır
yaralandı.
Gecə sakit keçdi, atəş səsləri
eşidilmədi. Amma səhəri gün lap ertədən
silahlar yenidən «dilə» gəldi. Top-tüfəng
gurultusu
yeri-göyü
başına
götürdü.
Sakitliyin axşamdan donmuş buzu çat verdi.
Əlverişli
yerlərə
çəkilib
vuruşurduq. Qəflətən səngərimizə mərmi
düşdü. Bir zabit yaralandı, iki əsgər şəhid
oldu. Şəhidləri və yaralını səngərdən
çıxardıq. Düşmən nişangahında olduğundan
postu tərk etdik. Ermənilər addım-addım
irəliləyirdilər. Vaxt itirmədən geriyə -
qərargaha qayıtdıq. Burada xeyli silah-
sursat vardı. Onları çıxarmağa vaxt yox idi.
Düşmən əlinə keçməsin deyə, komandirin
göstərişi ilə silah-sursatı yerə basdırdıq.
Fikirləşdik ki, ara səngiyəndən sonra
çıxarıb apararıq.
Ermənilər kəndə yuxarı tərəfdən
soxulmuşdular.
Silah-sursatı
torpağa
basdırandan sonra vuruşa-vuruşa geri
çəkildik. Düşmən Muğanlını yarıya qədər
ələ keçirdi. Hündür bir hasarın arxasında
mövqe tutub müdafiə olunduq. Ermənilər
hücumlarını nə qədər gücləndirsələr də
yerimizdən tərpənmədik. Axşama yaxın
düşmən bizə toplardan atəş açdı. İki
əsgərimiz ağır yaralandı. Onları götürüb
geri çəkildik. Kənd ermənilərin əlinə keçdi.
Üç gün mövqe döyüşləri getdi.
Silah-sursatımız azlıq edirdi. Arada sakitlik
yarananda gecənin qaranlığından istifadə
edib bir neçə əsgərlə Araz çayının sahili ilə
kəndə girdik. Səhərə qədər yatmayıb
basdırdığımız silahları daşıdıq. Sonuncu
dəfə Muğanlıdan qayıdanda hava yavaş-