Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə35/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

78
№ 2 (14) Yay 2015 
 
...Kənd icra nümayəndəsi  dırt-dırt adamdı - 
bu  gedincə  dalısınca  xeyli  danışacaqdı 
mütləq - zalım oğlu, gəldin veteran biletini 
düzəltdirdik,  indi  qoy  aradan  bir  az  keçsin 
dana.  Çətini  ucunu  qoyana  kimidi 
kopolunun millətinin. 
    Amma  üzünə  deyə  bilməzdi-  qorxardı 
Dəli  İsmayıldan.  Elə  rayonda  da  belədi  - 
Dəli  İsmayıldan  qorxmayan  adam  az-  az 
tapılar.  Aşağısı  otuz  ilini  türmədə  olub  65 
illik  ömrün.  Hər  dəfə  də  ya  ölüm  işi,  ya 
bıçaq  işi. Hər dəfə də bir  kimsə  deməyib  - 
günahkar  Dəli  İsmayıldı.  İlk  dəfə  tələbə 
yoldaşının  bıçaqlanma  işini  öz  boynuna 
götürüb  .  Amma  tələbə  yoldaşı  buna  qarşı 
namərdlik  edib,  bir  dəfə  də  adını  tutub 
yanına  gəlməyib.  Bu  da  5  il  yatıb-  çıxıb. 
Gedib  tutub  adamı    sağ  qulağını  kəsib. 
Guya  sol  qulağa  dəyməməklə  öz  işini 
yüngülləşdirib,  sol  qulaq  ürəyə  yaxındı 
deyə  ölüm  risqi  çoxdu,  amma  sağ  qulaq 
kəsilibsə,  demək  arada  qisas  söhbəti  var. 
Amma   məhkəmə  qulağın  sağını-  solunu 
nəzərə  almayıb  –7  il  basıblar  bir  də  gedib. 
Orda da kimisə vurub öldürüb. Üst- üstə 15 
il yatıb gəlmişdi kəndə. Haqqında deyirdilər 
ki,  istəsə  lotu  da  ola  bilərmiş.  Ancaq 
lotularla  da  yol  getməyib-  türmədə 
kiminçünsə pul yığılırmış. O adam da çöldə 
imiş.   Dəli  İsmayıl  etiraz  edib  -  yaxşı 
adamdı  qoy  o  içəri  pul  göndərsin,  daha 
içəridən  ona  pul  göndərməyək.  Mən  belə 
qanunları hərləmirəm. 
    Evlənmişdi,  Rusiyətə  xam  torpaqlara 
işləməyə  gedib-  gəlirdi,  cibi  pullu  olardı 
daim.  Kəndin  əksər  cavanları  bu  xam 
torpaq  deyilənə  gedərdi  ki,  buna  da  el 
arasında xopana getmək deyilıir. Yaz gələr- 
gəlməz  kənddə  cavanlar  5-10  briqada 
düzəldib  düzələrdilər  yola.  Bir  də  qışda 
qayıdan qayıdar, qayıtmayan da qayıtmazdı. 
                                                     ... 
     Həmin  il  nə  erməni  tərəfin,    nə  də  biz 
tərəfin  cavanları  xopana  getməmişdi. 
Xopan  deyilən  də  erməni  sözü  -  xam 
torpaqlarda  işləməyə  gedənlər  haqqında 
deyilirdi-  xopana  gedib.  Elə  ilkini  də  bu 
tərəfin  erməniləri  getmişdi,  yaxşı  da  pulla 
qayıtmışdılar. 
Sonra 
da 
bizimkilər 
yollanmışdı.  Bəzən yaxın kəndlər ermənili- 
musurmanlı  bir briqada ilə getmişdi. 
    Indi  isə  zəmanə  dəyişmişdi  -  hər  iki 
tərəfdə 
cavanlar 
qayım- 
qayım 
qaynayırdılar. 
       Həmin  il  valideynlərin  də  sevincinə  
sevinc  qatıldı  -  oğullarını  evləndirdilər, 
yoxsa  Rusiyada  olsalar  evlənən  kim  idi. 
Həmin  il  bulaq  başlarından  daha  çox 
tüstülər  qalxdı,  kənddə  daha  çox  çəpiş 
kəsildi. Həmin il kənddə şadlıq- şadyanalıq 
idi  beləcə.  Kənd  qızları  da  bu  il 
yarımışdılar.  Yoxsa  Rusiyətdən  evlənməyə 
gələcək adamın siyahısına kim düşəydi, kim 
düşməyəydi.   Bir  sözlə  müharibə  qoxusu 
gəlib çatmışdı kəndə. 
         Cavanlar  öz  ata-  analarını,  torpaqlarını 
qorumaq 
istəyirdilər. 
Amma 
hələ 
müharibədən  əsər-  ələmət  yox  idi.  Və 
Rusiyanın  çöllüyünə  öyrəşmiş  cavanlar 
kəndə   öyrəşə  bilmirdilər.  Erməni  kəndinə 
getmək  də  olmazdı  -  Erməni  Əskiparasına. 
Elə bu ətrafdakı erməni- müsəlman kəndləri 
də  dədə-babadan  qoşa-  qoşa  idi  - 
musurman   Əskiparası,  erməni  Əskiparası, 
musurman 
 Bağanısı,Erməni 
Bağanısı, 
musurman   Quşçusu,  erməni  Quşçusu, 
musurman  Günəni, erməni Günəni. Indi bu 
qoşa  adlı,  qoşa  taleli  kəndlər  bir-birinə 
düşmən  olmuşdu.  Hətta   bizim  kəndlərin 
hamısında  xeyli   erməni  adlı  adamlar  da 
vardı.  Və  onlarda  da  nə  qədər  musurman 
adlı ermənilər. Bir neçə uşağı doğulub tələf 
olan  ailələrin  son  umud  yeri  idi  erməni 
adları  -  erməni  adı  qoy,  uşaq  yaşasın. 
Qəribəsi  bu  idi  ki,  bu  adlar  qoyulan 
uşaqların  heç  biri  qısa  ömür  yaşamamışdı. 
Eyni  zamanda  da  ermənilərin  belə 
ailələrində-  Əhməd,  Məmməd,  Nərgiz, 
Gövhərlər az deyildi. Hətta son onilliklərdə 
erməni kəndlərində Şahin, Araz, Ayaz kimi 
adlar da yayılmağa başlamışdı. 
 Bu 
tərəfin 
camaatının 
bir- 
birinə 
bənzərlikləri  çoxdu.  Nə  biz  tərəfdə,  nə  də 
erməni tərəfdə dindarlar demək olar yox idi. 
Beş- altı  müsəlman kəndində bircə məscid 
yox 
idi. 
Eləcə 
də 
5-6 
erməni 
kəndində   bircə  kilsə  yox  idi.  Yalnız  və 
yalnız  musurman  Əskiparasında  bir  alban 


                            Üç aylıq ədəbiyyat dərgisi 
79 
 
kilsəsi  vardı  ki,  ona  da  sahib  çıxan 
olmamışdı.  Kilsə binası daha çox uşaqların 
kart  oynamaq  yeri,  qoyun-  quzunun 
sərinlənmək  yeri  idi.  Yalnız  müharibə 
yelləri  bu  tərəflərə  əsməyə  başlayanda 
həmin  kilsə  yadlara  düşmüşdü.  Ermənilər 
bir-  iki  dəfə  gəlib  orda  şam  yandırmış, 
bizimkilər də ölü pişiyin bir qulağını kəsib 
atmışdılar  kilsəyə  ki,  alın  bu  da  sizə 
Andronik. 
   Və  indi  bu  kəndlər  düşmən  olmuşdu  biri-
birinə. 
Gediş-gəliş 
tamam 
kəsilmişdi.   Bizim  Əskiparadan  sonuncu 
dəfə  erməni  Əskiparasına  gedən  şəxs 
Arbeşik  Süleyman  olmuşdu.  Erməni  Qara 
Diqran  ona  bir  evin  taxta  materialını 
ödəyəcək  qədər  həcmə  malik  fısdıq  ağacı 
üçün xeyli pul vermişdi. Arbeşik Süleyman 
da  demişdi  get  Doludöyəndən  qır  apar. 
Çünki  ermənilər  öz  meşələrindən  ağac 
qırmazdılar,  göz  bəbəyi  kimi  qoruyardılar. 
Amma  dava  xəbərləri  gəlib  araya  düşmüş, 
pul da Arbeşik Süleymanda qalmışdı. O da 
eləməyib 
tənbəllik, 
gecənin 
birində 
adlamışdı erməni Əskiparasına. Pulu verib, 
Qara  Diqranın  da  az  qala  ürəyini  yatırdıb 
geri qayıtmışdı. Erməni Əskiparasından isə 
sonuncu  dəfə  biz  tərəfə  usta  Keğam 
gəlmişdi.  Faqqı  Əhməd  Keğama  cehizlik 
mebel  sifariş  vermişdi.  Mebelin  behi  də 
artıqlaması  ilə  verilmişdi.  Və  araya  dava 
düşmüş,  sonra  da  usta  Keğam  gecənin 
birində  Faqqı  Əhmədin  az  qala  ürəyini 
yatırtmışdı-  al  pulunu,  borclu  qalmaq 
kopolu şeydi. 
       Ötən  il  birlikdə  erməni-  musurman 
briqadasında  xopana  gedənlər  də  olmuşdu. 
Elə ermənilərlə xopana gedənlərdən biri də 
Sarı Div deyilən Vəloğlu Eldar idi. 
    Nəhayət,  o  da  gəldi  kəndə.  Amma  onun 
gəlişinə qədər müharibə alovu kəndi azacıq 
qorsalamışdı,  kənddə  müəyyən  hadisələr 
olmuşdu. 
       Sarı  Div  həqiqətən  də  div  kimi  idi  -  iki 
metrdən artıq boyu vardı. Qolları dəyirman 
pərinə,  biləkləri  aslan  biləyinə,  dizləri  kəl 
dizinə   bənzəyirdi.  Qapıdangirməz  idi  - 
kürəyinin eni bir metrdən çox olardı. Amma 
tay-tuş  içində  ölüm  mələyi  ilk  dəfə  bu 
qapıdangirməz adamın qapısından girmişdi. 
Sarı, qıvrım saçlarını daim güzünün üstündə 
saxlayardı.  Ayağının   ölçüsündə  ayaqqabı 
tapılmazdı - “zakaz”  tikilərdi.  Elə qəbri də 
xüsusi  bir  “zakaz”la  tikilmişdi.  Əlləri 
deyirdin vəl tayı idi. 
     Hələ orta məktəbdə də beləydi:  qızların 
çoxu  onunla  şəkil  çəkdirmək  istəyirdi. 
Hətta   bir  dəfə  də  şəkilçəkən  “o  müəllimlə 
nə çox şəkil çəkdirir bu qızlar” demişdi. Elə 
bilmişdi  müəllimdi.  Əskipara  məktəbində 
də  beş-  altı  kəndin  uşağı-  Sarı  Divin 
qabağına  çıxan  yox.  Məktəbbdə  açıq- 
açığına siqaret çəkən bircə bu- müəllimmlər 
də çəkinirdi. 
  Qabağına çıxan, qolunu qatlayan olmazdı - 
o  vaxtlar  ermənilərlə  çimərliyimiz  də  bir 
yerdə  idi-  Çır-Çır  deyilən  yerdə.  Eldar  ora 
gəldimi,  ermənilər  gərək  çəkiləydi,  yoxsa 
şil-  küt  edərdi  hamısını.  Əsgərlikdə  də 
gedib  daxili  qoşunların  desant  briqadasına 
düşmüşdü.  Gələndə  daha  da  kürəklər 
enlənmişdi,    erməni,  azərbaycanlı,    fərqi 
yox,  qızların  gözü  onda  idi.  Bir-iki  ay 
kənddə qaldı.  Bu arada ermənilərlə davası 
da  düşmüşdü.  Əlləri  yabalı,  payalı 
erməniləri şil- küt eləmişdi. Düz kəndlərinə 
qədər  qovmuşdu.  Sonra  da  ermənilər 
bundan  əl  çəkmədi-  gəlib  öz  briqadalarına 
qatdılar    zyoma,  bizi  orda  mənəm-  mənəm 
deyən  ruslardan  qoru,  işdə-  zadda  işin 
yoxdu.  
   Və gözlənilən müharibə xəbərləri avtomat 
darağından atılırmış kimi dalbadal gəlməyə 
başladı.  Ermənistandan  azərbaycanlılar 
qovuldu,  Qarabağda  müəyyən  hadisələr 
oldu,  Naxçıvanda  döyüşlər  başladı.  Sonra 
da bizim Qazaxdan erməni ailələri qovuldu. 
Bundan  sonra  sərhəd  kəndlərində  qorxu 
yaşandı,  ilk   postlar  quruldu.  Postlarda  da 
həmin cavanlar səhərə kimi yeyib- içdilər. 
       Həmin  gecə  kəndin  5-6  yerində  post 
qurdurmuşdu. Dəli İsmayıl  bir- bir postları 
yoxlayırdı,  amma  bir  xəbər  gəldi  Arxana 
postuna,  direktor   Cəmilov  qaçıb.  Qərara 
gəldilər gedib evini yandırsınlar.  Altı  para 
kənd  buna  umudludu,  bu  da  qorxub  qaçıb. 
Amma 
qoca 
  atasını  evdə  görüb 
evi   yandırmadılar,  darvazasına  ağılalrına 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə