Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

84
№ 2 (14) Yay 2015 
 
yavaş  işıqlanırdı.  Kolluqların  arxası  ilə 
getdiyimizdən  düşmən  bizi  görmürdü. 
Postlarımıza çatmağa hələ xeyli yol var idi. 
Gecə  yuxusuz  qaldığımızdan  yorulmuşduq, 
silahları  güclə  aparırdıq.  Bir  az  dincimizi 
almaq  istədik.  Birdən  qulağımıza  hənirti 
gəldi.  Kolluğun  arxasından  səs  eşitdiyimiz 
tərəfə baxanda ermənilərin səngər qazdığını 
gördük.  
Ətrafa  diqqət  kəsilərək  qalın 
kolluğun arxası ilə geri qayıdırdıq. Səmada 
quzğunlar uçuşurdu. Yaqub adlı əsgər dedi 
ki,  orada  nə  isə  ölüb,  quzğunlar  elə-belə 
uçmazlar.  Həmin  yerə  çatanda  bir  əsgər 
meyiti  gördük.  Şəhid  olduğu  vaxtdan  bir 
neçə  gün  keçdiyinə  görə  sifəti  tanınmaz 
hala 
düşmüşdü. 
Üstündə 
sənədi 
olmadığından 
kimliyini 
dəqiqləşdirə 
bilmədik.  Kəmərinə  «Davud»  yazılmışdı. 
Amma bu yazı ilə onun doğrudan da Davud 
olduğunu  dəqiq  təyin  etmək  mümkün 
deyildi.  Ola  bilərdi  ki,  kəməri  ondan  əvvəl 
də kimsə taxmışdı. 
Şəhidin  meyitini  aparmaq  üçün  ya 
xalça, ya da palaz lazım idi. Həm «iki daşın 
arasında»  onları  tapmaq  mümkün  deyildi, 
həm  də  yükümüz  ağır  idi.  Cəsəd  açıq 
vəziyyətdə  burada  qalsaydı  quzğunlar 
didərdilər.  Meyiti  basdırmağı,  silahları 
qərargaha çatdırandan sonra hazırlıqlı gəlib 
onu  aparmağı  qərara  aldıq.  Əsgərin 
kəmərini  və  silahını  özümlə  götürdüm. 
Düşmən  yaxınlıqda  olduğundan  orada 
ləngimək çox təhlükəliydi.  
Qərargaha  çatanda  gün 
xeyli 
qalxmışdı.  Əziyyətimiz  çox  olsa  da  silah-
sursatımız  düşmən  əlinə  keçməmişdi. 
Komandir  əsgərin  şəhid  olduğunu  eşidəndə 
kövrəlib  ağladı,  əlini  zərblə  masaya  vurub: 
«Biz 
mütləq 
şəhidlərin 
intiqamını 
almalıyıq!» 

dedi. 
Sonra 
cəsədin 
gətirilməsi  üçün  tapşırıqlar verdi. Öyrəndik 
ki,  taborda  Davud  adında  dörd  əsgər  var. 
Bəs görəsən, şəhid olan onlardan hansı idi? 
Qərargahda 
bunu 
dəqiqləşdirməyə 
başladılar.  Şəhidin  meyitini  gətirməyə 
gedən  əsgərlər  bir  göz  qırpımında  hazır 
oldular. 
Taborun 
həyətindən 
çıxmaq 
istəyirdik  ki,  «həyəcan»  siqnalı  verildi. 
Düşmən  qəflətən  hücuma  keçmişdi.  Vaxt 
itirmədən  postlara  tələsdik.  Qanlı  döyüş 
başlandı.  Komandirin  əmri  qəti  idi:  «Bir 
addım 
da 
olsa 
geri 
çəkilməyin!». 
Muğanlının  sakinləri  də  bizə  kömək 
edirdilər.  Qocalı-cavanlı  hamı  vuruşurdu. 
Onları  görən  əsgərlərimiz  daha  da  ürəklə 
döyüşürdülər.  Düşmən  atəşi  nə  qədər 
gücləndirsə  də  məqsədinə  çata  bilmədi. 
Bütün  istiqamətlərdə  ermənilərə  sarsıdıcı 
zərbələr 
vurduq. 
Ağır  itkilər  verən 
düşmənin  geri  çəkilməkdən  başqa  yolu 
qalmadı.  
Sakinlər 
qabaqda 
gedirdilər. 
Əsgərlərimiz  isə  sağ  və  sol  cinahlarla 
irəliləyirdilər.  Komandir  rabitə  vasitəsilə 
əməliyyatı  idarə  edir,  döyüşçülərə  əmr  və 
tapşırıqlar  verirdi.  Güllələr  vıyıltıyla 
başımızın  üstündən  havanı  odlayıb  keçirdi. 
Qanlı  döyüş  səngimək  bilmirdi.  Topların 
gurultusundan,  avtomatların  şaqqıltısından, 
mərmilərin  uğultusundan  qulaq  tutulurdu. 
Atəş  səslərindən  yer-göy  titrəyirdi,  sanki 
dünyanın  sonu  gəlib  çatmışdı.  Rabitə 
vasitəsilə xəbər verdilər ki, əsgərlərimiz iki 
ermənini  əsir  götürüblər.  Bu,  yaman  yaxşı 
oldu.  Əsirlərdən  vacib  məlumatlar  ala 
biləcəkdik.  
Muğanlı  uğrunda  döyüş  bir  neçə 
gün çəkdi. Kəndi azad etmək üçün həlledici 
hücum  başlandı.  Vəziyyət  ağır  olduğundan 
əsgərin meyitini gətirə bilmirdik. Tərs kimi 
ermənilər  daha  çox  həmin  istiqamətdən 
hücumu gücləndirmişdilər. Qəfil həmlələrlə 
onları geri oturtduq. Kəndi azad etdiyimizə 
görə hamının üzü gülürdü. Qələbə sevincini 
heç  nə  əvəz  edə  bilməz.  Arxaya  çəkilən 
düşmən ertəsi gün yenidən üstümüzə gəldi. 
Dörd gün Muğanlını işğalçılardan qoruduq. 
Verdiyi  ağır  itkilər  düşmənin  gücünü 
azaltdı.  Erməniləri  kənddən  xeyli  uzağa 
qovduq. Muğanlının yenidən işğal olunmaq 
təhlükəsi  sovuşdu.  Silahlar  susdu,  aralığa 
sakitlik çökdü. 
Təbii  ki,  bu  sükut  müvəqqəti  idi. 
Düşmən  hər  an  hücum  edə  bilərdi. 
Qazanılan 
qələbəyə 
arxayınlaşmadan 
döyüşə  hazırlaşırdıq.  Arada  yaranmış 
sakitlikdən  istifadə  edib  şəhid  əsgərin 


                            Üç aylıq ədəbiyyat dərgisi 
85 
 
meyitini çıxarmağa getdik. Artıq onun hansı 
rayondan olduğu bilinirdi,     Zərdabdan idi.  
Arazın 
sahilində 
Davudu 
basdırdığımız  yeri  tapdıq.  Cəsədi  palaza 
büküb tabuta qoyduq. Çox ağrılı, üzücü bir 
mənzərə  idi.  Şəhidin  meyitini  rayonlarına 
göndərəndən  sonra  qərargaha  qayıtdıq. 
Davudun  kəmərini  otağıma  qoymuşdum. 
Bu,  ondan  qalan  yeganə  yadigar  idi.  Elə 
həmin  gündən  şəhid  əsgərin  kəmərini 
bayraq  kimi  başımın  üstündən  asdım.  Hər 
dəfə  onu  görəndə  düşmənə  nifrətim  artır, 
ürəyimdəki intiqam hissi coşurdu.  
Hər gün sıralarımıza yeni qüvvələr 
qoşulurdu.  Gələnlərin  arasında  oğlanlarla 
bərabər qızlar, qadınlar da var idi. Onlar da 
döyüşmək  istəyirdilər.  Qüvvəmiz  artandan 
sonra  Muğanlıdan  qabağa  gedib  Baharlı, 
Xumarlı,  İnnablı  və  Əmirvarlı  kəndlərini 
erməni işğalçılarından azad etdik.  
Bir  gün  xəbər  verdilər  ki,  döyüşə 
könüllü  gələn  qızlardan  biri  məni  görmək 
istəyir.  Fikirləşdim  ki,  yəqin  qohumdur, 
nəyisə  bir  iş  üçün  yanıma  gəlib.  Uzaqdan 
gələndə gördüm ki, yox, bu qız tanış deyil. 
Söhbət  edəndə  öyrəndim  ki,  Gülnar  bir 
müddət  əvvəl  Muğanlı  kəndi  uğrundakı 
döyüşdə  şəhid  olmuş  Davudun  bacısıdır. 
Gülnar ucaboy, qaraqaş, qaragöz bir qız idi. 
Elə  bir  suyu  da  qardaşına  oxşayırdı.  Qızın 
gözlərindən  kədər  yağırdı.  Baxışlarını  bir 
nöqtəyə zilləyən Gülnar dedi ki, düşməndən 
qardaşının 
intiqamını 
almağa 
gəlib. 
«Davudu  dünyalar  qədər  istəyirdim. 
Düşmən  gülləsi  onu  əlimizdən  aldı. 
Qardaşımın  ölümü  hamımızı  yandırıb 
yaxdı.  Bir  anda  dünya  gözümdən  düşdü, 
həyat öz rəngini itirdi. Davud üç bacının bir 
qardaşı  idi.  Yalnız  ağlayıb  sızlamaqla 
təskinlik  tapa  bilmirəm.  Gəlmişəm  ki, 
düşmənləri 
məhv 
edim, 
qardaşımın 
yarımçıq  qalmış  döyüş  yolunu  davam 
etdirim.» - dedi...  
Qızın  cəsarətinə,  hünərinə  heyran 
qaldım.  Sonra  Gülnar  xahiş  etdi  ki, 
qardaşının  şəhid  olduğu  yeri  ona  göstərim. 
Arazın  sahilinə  endik.  Davudu  ilk  dəfə 
gördüyümüz, sonra qazıb basdırdığımız yeri 
Gülnara  nişan  verdim.  Qız  diz  çökdü, 
hönkürüb  ağladı.  Yanıqlı  səsini  eşidəndə 
mən də göz yaşlarıma hakim ola bilmədim. 
Çox  kədərli  məqam  idi.  Bacı  şəhid  olmuş 
qardaşı üçün göz yaşları axıdırdı.  
Bir  neçə  gündən  sonra  Gülnar 
hərbi  forma  geyindi.  Davudun  kəmərini 
başımın üstündən götürüb ona verərək: 
- Gülnar, bu, qardaşının kəməridir, 
al belinə tax, - dedim. 
Döyüşçü  qız  kəmərə  diqqətlə 
baxdı.  Sevindi,  həmişə  kədərli  olan  gözləri 
güldü.  Qardaşının  öz  əli  ilə  yazdığı 
«Davud»  sözünü  oxudu.  Kəməri  taxaraq 
«Ermənilərdən 
qardaşımın 
qisasını 
almayınca bunu belimdən açmayacağam.» - 
dedi.  
Silahlarla  davranmaq  və  atəş 
açmaq qaydalarını öyrənəndən sonra Gülnar 
da  əməliyyatlara  gedirdi.  Döyüşdükcə 
təcrübəsi  artır,  heç  kimdən  geri  qalmırdı. 
Davudun kəməri həmişə belindəydi. 
Döyüşlərin 
birində 
Gülnar 
ayağından  yaralandı.  İlkin  tibbi  yardım 
göstərdikdən  sonra  onu hospitala  çatdırdıq. 
Döyüşlər bir az səngiyən kimi Gülnara baş 
çəkdik. 
Xoşbəxtlikdən 
güllə 
dərinə 
getməmişdi, həyati üçün təhlükə yox idi.  
İki  həftədən  sonra  Gülnar  tabora 
qayıtdı.  Həmin  gün  də  döyüşə  girmək 
istəyirdi. 
Ona 
məsləhət 
gördük  ki, 
hospitaldan  təzə  çıxıb,  qərargahda  qalıb 
dincəlsin, özünə gəlsin. Amma Gülnar «Nə 
qədər  ki,  əlim  silah  tutur,  döyüşüb 
düşməndən intiqam alacağam» - dedi.  
Gördüyüm  ilk  gündən  Gülnarın 
həm 
gözəlliyinə,  həm  də  hünərinə 
vurulmuşdum.  Amma  düşməndən  qisas 
almağa  gəlmiş  qıza  eşq  elan  etməyə 
utanırdım. İstəyirdim ki, vaxt keçsin, zaman 
ötsün.  Çox  gözləməyə  də  səbrim  çatmadı. 
Axır  ki,  bir  gün  sözümü  ona  deyə  bildim. 
Məni dinləyən Gülnar susdu, nə «hə», nə də 
«yox»  dedi.  Göz-gözə  gələndə  utanırdım. 
Elə  bilirdim  bu  sözləri  ona  dediyimə  görə 
məni  qınayacaq.  Çünki  Gülnar  müharibəyə 
sevib-sevilməyə  yox,  qardaşının  initqamını 
almağa 
gəlmişdi. 
Bir 
tərəfdən 
də 
fikirləşirdim  ki,  sevgi  heç  nəyi  gözləmir, 
onun  üçün  vaxt,  zaman  anlayışı  yoxdur. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə