Üç aylıq ədəbiyyat dərgisi
101
Qar dənəciyi
Deyirlər :
"Qar yağacaq"
-Yağmasın,istəmirəm..!
- "Qartopu",
"Qar adam",
"Buz üstündə sürüşmək"..
-İstəmirəm..!
"Gecə,
Küçə işıqları,
Rəqs edən qar dənələri;
Möhtəşəm mənzərə.."
-İstəmirəm..!
-Nə istəyirsən..?
-O qara gözlərin dərinliyində,
Bir
qar dənəciy boyda,
Ağappaq ümid..!
***
Elə əllərinin qabarına,
Dırnaqlarının arasına yığılan
Zəhmət kirinə yaraşırdı sevmək.
Elə pas tutmuş
Demir qoxulu üst-başına,
Alnının tərinə yaraşırdı sevmək..
Elə pulqabına Nifrət edən kağızlara;
Cibində kilsə zəngi çalan
Qəpiklərə yaraşırdı sevmək..
Elə xeyallarının
Altında əzilən ruhuna,
Ümidlərinin vurduğu
Təpiklərə yaraşırdı sevmək..
Dünyanın ağasına,
Bəyinə yaraşırdı sevmək..
Sən,ay kasıb,yetim adam,
Nəyinə yaraşırdı sevmək..!?
Bilmədiyim
əllerin; tuta bilmədiyim,
Gözlərin;baxa bilmədiyim..
Həsrətin dar qəfəs;
Çixa bilmədiyim..
Yollarin;gələ bilmədiyim,
Sözlərin;gülə bilmədiyim..
Sənsizlik;hər
gün ölüm,
Bir yolluq ölə bilmədiyim..
Varliğin,yoxluğun;
Ezab..
Niyə ,bilmədiyim..
Sən; "
Sevirəm"
Deyə,bilmədiyim..
Desəmki
Desəmki,
Bir yarpağın
Ağacdan düşdüyü kimi,
əlindən düşürmüsən..
Desəmki,
Bir budağın,
Quruyub qırıldığı kimi,
Ürəyimi qırmısan..
Desəmki,
Küsmüşəm,incimişəm;
Kimsəsizlər evinə
Atılanlar tək..
Desəmki,
Hələ də sevirəm;
Ümid verəcəksənmi,
Gözləyimmi sonadək.?
Yoxsa
Susqunluğuma bürünüb,
Qucaqlayım xəyallarımı,
Ölmüş körpəsini
Bağrına basıb ağlayan ana tək..?
102
№ 2 (14) Yay 2015
AZƏR RƏŞİDOĞLU
***
Yollar sıxır ayağımı,
Əllərim göyün altında.
İlmə-ilmə toxunmuşam,
Qalmışam düyün altında.
İlahi, bu necə qışdı,
Duman da, çən də ağladır.
Gəlmişəm şikayətinə,
Bəndəni bəndə ağladır.
Gözlər nə yaxşı var, Allah!
Dərdi töküb yumaq olur.
Ömür illərə bükülür,
Açılmayan yumaq olur.
***
Gecə gözlərimdən,
Ayrıla bilmir.
Gözümdən dərd içir,
Gözümdə qalır.
Həsrəti,hicranı çəkib üstünə,
Gündüzlər də getmir,
Üzümdə qalır.
Beləcə,
bir ömür,
Solur gecədə.
Buludlar kövrəlir,
Dolur gecədə.
Bir də görürsən ki,
Durur gecə də.
Səhərlər lal olur,
Sözündə qalır.
***
Cansız
bir bədənəm indi,
Aldığım nəfəsə baxma.
Uydurduğum arzulara,
Düşdüyüm həvəsə baxma.
Canı həsrət sıxıb gedib.
İldırımlar çaxıb gedib.
Ürək çoxdan çıxıb gedib,
Boş qalmış qəfəsə baxma.
***
Ay gözümün ağladığı,
Üzümü yol eləmisən,
Əlimdən alıb özümü,
Özünə qul eləmisən.
Allah, bu yolda gülmürəm,
Bu yol axı hara gedir?
Bir ağsifətli görmürəm,
Gedən üzüqara gedir,
Bu yolun qarı üşüdür,
Yazı, baharı üşüdür,
Könlümü yarı üşüdür,
Donuram, dözə bilmirəm.
G
ÜNAY HƏSƏNLİ
Gözə
lim
Vətənim!
Vicdanımın aynasına
rəsmin çəkmək
istədim.
Kipriyimi fırça edib, rəsmin onunla
cızaram.
Üç aylıq ədəbiyyat dərgisi
103
Bir az qanımdan süzərəm,
Bir də göz yaşı qataram.
Mənə məxsus bu boyayla
Dərdlərindən cadarlanmış
Parçalanmış ürəyimə sənin adını
yazaram.
Vicdanımın aynasına ilmə-ilmə hörüm
səni.
Gözümün üstündə dayan,
Gözlərimin qapağı ol,
Həm görməyim, görüm səni.
Torpağından kərpic kəsim,
Həyatımın divarına hörüm səni.
Boğuluram.
Boğuluram,
Hər kəsə həyat
verən bu hava boğur
məni.
Gündə min yol boğulub,
Gündə min yol ölürəm.
Analar yenidən doğur məni.
Qəmim çoxalıb,
Yığılıbdı üst-üstə.
Tozu basıb ürəyimi
Tozumu yumaq üçün
Buludlar yağır məni.
Yalanın qırxayaq yerişi
Sözümün ucundan tutub uzatma,
Corab süzüyütək söküləcəkdir.
Yaxşı, pis ayrılıb, tən bölünəsi
Düzümün dizləri büküləcəkdir.
Yalanım qırxayaq yerişli olub,
Ölmüş düzlərimin qıçını qapıb,
Vicdan dağlarımın bağrını çapıb,
Gözlərə pərdə tək çəkiləcəkdir.
VÜSALƏ SÜLEYMAN
***
Gah payız leysanı, gah bahar yeli,
Dörd fəsil ömrünü yaşayıram mən.
Gözümə
diqqətlə bu qədər baxma,
Zülməti gözümdə daşıyıram mən...
Bir gün daşa donub, bəlkə susaram
Bir heykəl ömrü də qismətim olar.
Bəlkə də cismimi tərk etməz ruhum,
Xəfifcə dumansa ismətim olar..
Ötəcək çox aylar, keçəcək zaman,
Sən mənə uzanan ciğır açarsan...
Qoşulub yarımçıq aya gecələr,
Utancaq-utancaq işıq saçarsan...
Mən səni unutmaq istəmədim hec,
Daş qəlbim həmişə fəryad edəcək...
Sevgidən güc alıb çatlayan daşın
Çatında sən adlı çiçək bitəcək...