Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə42/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   38   39   40   41   42   43   44   45   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
93 
 
Gizlənmişdi səadətim dumanla çən 
arasında,  
Mən özümü itirmişəm taleyimin 
harasında?!  
Bir sozalmış ümid idi içimdəki həsrət 
yüküm, 
 Qəm hopdurdu varlığıma əlçim-əlçim, 
büküm-büküm.  
Yatmış idi duyğularım, oyatdım sübh 
azanına,  
Bir yuxuydu sənli günlər  
Çin çıxmadı.....  
Mən nə deyim bu yuxumu yozanına?  
İçimdəki bu dünyanın mizanını 
pozanına.  
Səni sevmək günahıyla atıldım qır 
qazanına.  
Çatmadığım arzuların qismət qoydum 
adını mən,  
Min ildirki, unutmuşam səadətin dadını 
mən.  
Öz içimdə qalayıram cəhənnəmin 
odunu mən,  
Seçəmmirəm insanların doğmasını, 
yadını mən .  
Get !!! Elə get, gedişinin daha olmasın 
dönüşü,  
Mən səni zirvədə sevdim, sənə 
qıymaram enişi...  
Ə
Süzülüb dağların yamaclarıyla 
Yerdən sığınacaq umur bu yağış... 
Pak edir aləmi göz yaşlarıyla, 
Təkcə yamanları yumur bu yağış. 
  
O, eşqin  ruhudur, buluda uçub, 
Qayıdır həsrətin damlalarında. 
Dəli bir havaya qol-qanad açıb 
Rəqs edir evlərin boz damlarında. 
  
Ya Zəmzəm suyudur dönübdür selə, 
Can verir sevginin ölən çağına. 
Bəlkə də Tanrıdır kövrəlib elə
Dözməyib kiminsə ağlamağına... 
  
 
Ə
  
Qaranlıqdan qorxmuram ki... 
Qaranlıqda yuva salan 
Şər qüvvədən 
                     qorxuram mən! 
Yüksəklikdən qorxmuram ki... 
Mənə badalaq qurandan, 
O zirvədən ucurandan qorxuram mən! 
  
Adamlardan qorxmuram ki... 
Adamlıqdan çıxmışlardan, 
Ocaq-yuva yıxmışlardan 
                      qorxuram mən! 
Arzulardan qorxmuram ki... 
İstəyimdə yanılmaqdan, 
Inanaraq aldanmaqdan 
                      qorxuram mən! 
  
Qorxmuram mən yalvarmaqdan, 
Qorxuram ki, 
                     birdən məni duyan olmaz! 
Qorxmuram mən ağlamaqdan, 
Qorxuram ki, 
                     göz yaşımı yuyan olmaz! 
  
Itməkdən də qorxmuram mən
Çünki geri – özlüyünə dönə bilmək 
Hər insanın arzusudur! 
Sevməkdən də qorxmuram mən, 
Qorxum, 
           yalnız, 
                  sevilməmək qorxusudur! 


94
№ 2 (14) Yay 2015 
 
Yaradıcılıq  
emalatxanası - 
BSU Yaradıcılıq fakültəsi
 
 
Aynur Sultanova 
 
 
Növbəti nömrə
 
 
      Gülməyə  çalışırdı,  hər  zamankı 
kimi  təbəsümünü  itirmişdi.  Qrimini 
etdi,  burnunu  taxdı,  amma  nəsə 
çatmırdı. 
Şlyapasını 
çıxardı,bir 
zamanlar  hamının    qibtə  etdiyi  belinə 
qədər  şəlalə  kimi  qıvrılaraq  süzülən 
saçlarını  xəyal  etdi.  Saçlarına  son 
qayçını  vuran  zaman  qadın  özü  də 
bilmədən  adi  müştəri  gözü  ilə  baxdığı 
gənc  qızın  böyük  ömrünün  ən  gözəl 
illərini 
kəsib 
atmışdı 
salonun  
döşəməsinə,  hər  gün  onlarla  tozlu 
ayaqqabı  dəyən  yerdə  indi  onun 
xoşbəxtliyi, bir-birindən gözəl illəri, ən 
əsası 
isə 
təbəssümü 
sürünürdü. 
Saçlarını  alıb  yenidən  qoya  bilərdimi 
yerinə?!  Qayıdardımı  onda  keçmiş 
günləri,  keçmiş  dostları,  daha  keçə 
bilməmiş 
yaraları?! 
Qayıtmazdı... 
Gəlməzdi  bir  daha  geri...  Heç  kim 
gedənlərin 
qayıtdığını  görməmişdi. 
Qayıdanda 
daha 
yaxşısını 
tapmadığından  dönərdi,  amma  onun 
itirdiyi hər şey daha yaxşısını tapmışdı. 
    -Kiməm mən?!... 
    Burnunu qarşısındakı aynaya dirədi. 
   -Mən ola bilərdim narkoman, atardım 
təhsilimi,  kəsərdim  ruhumun  ağrılarını, 
keyidərdim  əllərimi,  söndürərdim  ürək 
döyüntülərimi. 
    Ola  bilərdim  milliyyətçi,  hayqıraraq 
ruhumla  qucaqlayardım  qanı  qanımdan 
olmayan qardaşlarımı, bacılarımı. 
    Kəsdim saçımı - qadını gözəlləşdirən 
məhfumu; 
geyinərdim 
kişi 
ola 
bilməyənlərin 
şalvarını, 
söyüş 
öyrənərdim,    qadınları  söyənləri 
söymək üçün...         
     Feminist  ola  bilərdim,  küçələrdə 
gecə  aksiyaları  təşkil  edib,  qadınlara 
gecələr  küçələrin    necə  gözəl  dərd 
verdiyini göstərmək üçün. 
     Küçə  rəqqası  olardım,  tullayardım 
lazımsız  universitet  kitablarını,  milləti 
ölən dili əzbərləyib diplomuma daha bir 
əlifba herfi elavə etməyin mənasızlığını 
göstərmək 
üçün; 
hər 
küçəni, 
aralıqlarını,  xarabalıqlarını  sevərdim 
evim olsun deyə. 
    Yazar  ola  bilərdim,  illərlə  susub 
danışmadıqlarımı  yazıb  oxutmaq  üçün, 
mənə  baxmayın,  məni  görün  demək 
üçün,  “yazmaqdan  ötrü  özünü  bu  günə 
qoymağa  ehtiyac  yoxdu”  deyən  dosta 
sillə  olub  mən  buyam  demək,  ruhumu 
yaşatmaq, 
bədənimi 
zərrə-zərrə 
öldürməkçün. 
     Mən  mən  ola  bilərdim,  cırıb  ömür 
kitabımın  vərəqlərini  illərlə  mentalitet 
zindanında çürüyən ruhumu buraxardım 
günəşlərimin 
boz 
doğduğu 
qara 
səmalara, 
tüpürərdim 
dostlarıma, 
hamısının  məndən  nə  qədər  nifrət  edib 
sevdiyini 
bildiyim 
üçün. 
Kəsib 
damarlarımı  son  damlasına  qədər 
axıdardım 
qanımı 
qohumlarımla 
məcburi  heç  bir  əlaqəmin  qalmaması 
üçün,  cırardım  maskalarımı  daha 
yalandan gülməmək üçün.    


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə