110
№ 2 (14) Yay 2015
deyə bilmədim, daha doğrusu, buna
imkanım
olmadı,
çünki
məndən
xəbərsiz getmişdi. Bunun səbəbini
öyrəndikdə, qəlbimdə ona qarşı qəzəb
oyanmadı. O, ailəsilə bizim aramızda
seçim etməli idi. Haqlı olaraq da
ailəsini seçdi. Bu, o demək deyil ki, o
ailəsini bizdən daha çox sevir, xeyr, bu
belə deyil. O, ata-anasına o ağır günləri
yaşatmağa haqqı olmadığını söyləyirdi.
Valideynlərinin sosialist ideyalarının
amansız
qanunlarına
qurban
getmələrinə göz yuma bilmədi. Mən və
qızım burada – öz vətənimizdə azad
yaşayırıq, amma onun ailəsi dəmir
barmaqlıqlar arasında qızlarının nə
zaman gəlib onları xilas edəcəyini
gözləyirdi. İndi bilirəm deyəcəksiniz ki,
kül olmuş atəş alovlanarmı? Bəli,
alovlanar, alovlanar... Mən bu atəşi
yandırıb külə çevirmək ha istədimsə də,
o elə bir tərəfdən asta-asta alovlanır,
sonra isə püskürərək məni yandırır.
İstəyirsiniz ki, bunu izah edim, təəssüf
ki, çətinlik çəkirəm, çünki bunları
anlamaq üçün bütün olanları yaşamaq
lazımdı. Tənha qaldığım günlərdə,
gecələrdə, gözüm hər yerdə onu axtarır.
Onu düşündükcə ürəyim kövrəlir,
sevmək sadəcə səni sevirəm demək
deyilmiş, sevdiyin insanı düşündükcə
üşüməkmiş, hətta gəlməyəcəyini bilə-
bilə
gözləməkmiş. Soruşsanız ki,
qəlbində açılan bu yara sağalarmı?
Xeyr, inanın ki,
sağalmaz, zahirən bəlkə
də büruzə vermirəm, amma daxilimdə
hər zaman qan ağlayıram. Gedərkən
arxasınca qırıq qəlblər buraxdı, amma
mən bir gün onun geri dönəcəyinə ümid
edirəm. Gəlməsini çox arzulayıram, kaş
ki geri dönəydi, yaralarıma məlhəm
olaydı. O, gəlmədən inanın ki, qəlbimdə
açılan dərin yara nə sağalar, nə də qay-
saqlanar, elə hər zaman qanayar. Bəli, o
mənim ürəyimdə açılan ən ağır yaradır.
Sanki qonaq idi, gəldi, hər şeyi dağıtdı
və getdi. O, mənim qəlbimi yerindən
çıxararaq sürgünə göndərdi. İnanın ki,
günəş hər doğanda mən bir az daha
batıram.
Mən
sadəcə
yaşanan
gözəllikləri xatirələrimdə saxlamaq
istəyirəm,
artıq keçmişə baxmaq
istəmirəm, çünki bu mənə olmazın
əzablar verir. Bəli, xanımlar və
cənablar,
bu, çətinliklə başlayan,
xoşbəxtliklə davam edən bir həyatın
ayrılıqla bitən hekayəsidir. Bir nağıl ki-
mi başlayan sevdamız bir kabus kimi
bitdi! Amma o, başqa bir dünyaya getsə
də, sevgisi hər zaman bu həyatda mə-
nimlə qalacaq!
Oktyabr
2006-cı
il.
Bakı,
Azərbaycan. Axşam saat 18:00 radələri
.
Bakıda yağış çiskinləyir. Heydər Əliyev
Beynəlxalq Aeroportunda televiziya və
qəzetlərdən çoxlu jurnalistlər toplaşıb.
“Scandinavian Airlines” şirkətinə aid
təyyarə hava limanına enməyə başladı.
Bu gün jurnalistlər Azərbaycana gələn
mötəbər qonağı qarşılamaq üçün
yığışmışdılar. Onlar əllərində mikrofon
təyyarədən
düşən
qonağın
yaxınlaşmasını səbirsizliklə gözləyir,
ona verəcəkləri sualları öz-özlərinə tək-
rarlayırdılar. Azərbaycana gələn bu
qonaq İsveçin əsilzadə ailələrindən olan
tanınmış vəkil hersoqinya Jozefinadır.
Jurnalistlər hersoqinyanın Azərbaycana
səfərinin məqsədiylə çox maraqlanırdılar,
ona veriləcək sualları və alacaqları
cavabları
səbirsizliklə
gözləyirdilər.
Hersoqinya jurnalistlərə yaxınlaşdı və
Üç aylıq ədəbiyyat dərgisi
111
ədəblə
onları
salamladı.
Suallar
dalbadal verilirdi.
-
Hersoqinya
Jozefina,
Azərbaycana gəlişinizin səbəbi nədir?
- Hersoqinya Jozefina, bu sizin
Azərbaycana ilk gəlişinizdir?
- Hersoqinya, eşitdiyimizə görə
sizi Azərbaycana gətirən şəxsi səbəb
var, sirr deyilsə nədir?
Hersoqinya
əlini
qaldırıb
onlardan susmalarını xahiş etdi və dedi:
-
Hörmətli
jurnalistlər,
Azərbaycana gəlişimin səbəbi odur ki,
bura mənim vətənimdir.
- Vətəniniz?
-
Bəli,
Azərbaycan
mənim
vətənimdir,
çünki
mənim
anam
azərbaycanlıdır.
- Hersoqinya, bu nə zaman olub?
- Hersoqinya, ananızla atanızın
evliliyi rəsmi idimi?
- Hersoqinya, ananız yaşayırmı?
-
Hersoqinya,
onlar
harada
evləniblər?
-
Xanımlar
və
cənablar,
hamınızdan çox üzr istəyirəm.
Bütün
bu
sualları
indi
cavablandıra bilməyəcəyəm. Uzun yo-
lun yorğunluğunu bilirsiniz. İndi
icazənizlə
otelə
gedib
dincəlmək
istəyirəm, amma söz verirəm, bir neçə
günə sizinlə görüşüb maraqlandığınız
bütün suallara bir-bir cavab verəcəyəm.
Hersoqinya ona ayrılan maşına
əyləşərək otelə doğru yol aldı. O, hava
limanından ayrıldığı andan otelə qədər
gözlərini
maşının
pəncərəsindən
ayırmırdı. Bakıya heyranlıqla baxırdı,
hələ şəhərin mərkəzinə gəldikdə özünü
“Min bir gecə” nağılında hiss etdi.
Bakının əsrarəngiz gözəlliyi, mənzərəsi
onu elə valeh etdi ki, qəlbindən bir
anlığa burada qalıb yaşamaq keçdi.
Bakı nə qədər gözəlmiş, demək mənim
anam bu şəhərdə doğulub boya-başa
çatıb, burada
universitet oxuyub,
burada
yaşayıbmış. Görəsən indi o haradadır?
Heç məni düşünürmü? Mənim üçün
darıxırmı? Jozefina anası ilə son
görüşünü xatırlamırdı, çünki o zaman
onun sadəcə iki yaşı vardı. Amma o,
böyüdükdən sonra da anasını onu tərk
edib Azərbaycana döndüyünə görə
günahlandıra bilmirdi. Çünki Jozefina
bilirdi ki, onu bu addımı atmağa vadar
edən çox vacib səbəb vardı, hətta
Jozefina bu addımı atdığına görə anası
ilə fəxr edirdi. Amma çox heyf ki, atası
hersoq Jozef Jonatan Son onu anası ilə
görüşməsinə bir daha icazə verməmişdi.
O zaman Jozefina uşaq idi, özü qərar
verə bilməzdi. 18 yaşına qədər atdığı
hər bir addım üçün atasından icazə
almalı idi. Jozefina çox sonralar başa
düşdü ki, əslində əhvalatlar onun
düşündüyü kimi deyilmiş, atası da
anasını axtarmaq istəyirmiş, lakin bu
mümkün
deyilmiş.
Jozefina
universitetdə oxuduğu zaman Sovet hö-
kuməti və onun qanunlarını araşdıraraq
öyrəndi ki, onların idealogiyalarına
görə anasını axtarmaq imkansız idi,
yəni bir sosialist dövləti olan SSRİ-nin
Qərblə münasibətləri o qədər də parlaq
deyilmiş. Hersoqinya anasını axtarmaq
üçün SSRİ-nin dağılmasını gözləməli
olmuşdu. Jozefina İsveçin ən hörmətli
bir ailəsindən idi. Babası hersoq
Jonatan Huqo Son İsveç parlamentinin
üzvü, atası isə dünyada tanınmış bir
şirkətin sahibi idi. Jozefina 39 yaşında
idi.
Ailəsinin
bütün
təkidlərinə
baxmayaraq ailə qurmamışdı. O, anamı
tapmasam, qətiyyən evlənməyəcəyəm
deyirdi. Jozefina İsveçdə yaşayan
qaçqınların həyatı ilə maraqlanır,
onların hüquqlarını müdafiə edirdi.
Atası onun bu işini bəyənməsə də