Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

104
№ 2 (14) Yay 2015 
 
AVROPADAN       
   YAZIRLAR 
    
    Vahid Qazi
 
 
 
 
 
 
          Əraf 
(fantasmaqorik hekayə) 
 
“Qəfil gün doğsa bir gecə...”. 
  
(R. Rövşən) 
 
 
 
       Hasarın 
üstündə 
yerini 
rahatlayanda 
artıq 
gün 
günorta 
olmuşdu.  Ətraf  ovuc  içi  kimiydi.  Ucu-
bucağı  olmayan  yamyaşıl  Bağda 
dünyanın dörd bir tərəfindən ağac, gül, 
çiçək,  heyvan  vardı.  Uzaq  küncdə 
Arktika ayısını, ortada qaçışan Savanna 
antilopunu,  tənha  baobab  ağacını, 
sağdakı  “cəngəllik”də  hind  filini,  sol 
yanda  Amazon  tutuquşusunu  gözü 
dərhal almışdı. Fəvvarələr artezian kimi 
gur suluydu. 
     Bağın  o  biri  başındakı  nəhəng, 
yaraşıqlı Saray Tac Mahalı xatırladırdı, 
ondan  da  böyük  idi.  Ayrı-ayrı  səmtdən 
baş  alan  üç  yol  Saraya  uzanırdı.  Hər 
yolun üstündə çoxlu Qapı sıralanmışdı. 
Əslində  bunlara  qapı  demək  də 
olmurdu, 
təkcə 
çərçivəsi 
vardı. 
Aeroportlarda, 
rəsmi 
binalarda 
təhlükəsizlik  girişləri  olur,  onun 
kimiydi. 
Amma 
burda 
adamları 
yoxlamırdılar. 
     Yolların  biri  Hasarın  o  durduğu 
yerindən – sərhəd buraxılış məntəqəsinə 
oxşayan  köşədən  başlayırdı.  Digər  iki 
yol  kimi  bu  yolda  da  Qapılar  get-gedə 
balacalaşırdı. Hasara yaxın birinci Qapı 
adama  boy  versə  də,  sonrakılardan 
keçəndə  əyilmək  lazım  gəlirdi.  Saraya 
çatan  sonuncu  Qapı  isə  çox  balacaydı, 
uzaqdan çətin görünürdü. 
     Bağın  giriş-çıxışı  yoxuydu,  içəri 
keçməkdən ötrü gərək Hasara çıxaydın. 
Burdan Bağa düşməyə pilləkən olsa da, 
Çöl 
tərəfə 
heç 
nərdivan 
da 
qoyulmamışdı,  Böyük  Çin  Səddi  kimi 
hündür  və  enli  olan  Hasar  qədim 
qalaları  xatırladırdı.  Bağ  xidmətçiləri 
yuxarı 
dırmaşmaları 
üçün 
dəvət 
edilənlərə kəndir nərdivan atırdılar. 
      Hasarın  Çöl  dibində  həmişə  basırıq 
olur.  İndi  də  qalstuklu  kişilər,  rəsmi 
libaslı  qadınlar  yuxarı  dırmanmağa 
girəvə  gəzirlər.  Tək-tək  adam  dəvət 
olunmuşdu,  yerdə  qalanlar  uzun  illər 
boyu  divarı  kəsdirib  talenin  bir  gün 
üzlərinə  güləcəyinə  ümid  edirdilər. 
Onlar  Hasarın  o  tayı  haqda  sadəcə 
eşitmişdilər. Bağ təsəvvürləri kasadıydı. 
Saray barəsində isə, demək olar, heç nə 
bilmirdilər.  Bildikləri  tək  oydu  ki, 
xoşbəxtlik  Hasarın  o  üzündədi.  Bütün 
dünyanın 
xoşbəxtliklərini 
daşıyıb 
Hasarın o üzünə yığıblar, Çöldə heç nə 
qalmayıb. 
       Yaraşıqlı 
xidmətçilər 
kəndir 
nərdivanla  yuxarı  çıxardıqları  adamları 


                            Üç aylıq ədəbiyyat dərgisi 
105 
 
Hasarda  təbəssümlə  qarşılayıb  xüsusi 
ayrılmış gözləmə zalına dəvət edirdilər. 
Qonaqlar burada növbəylə bağa düşmək 
üçün buraxılış vərəqini gözləyirdilər. 
O  da  qonaqlar  arasındaydı.  Dəvət 
məktubu qəfil gəlmişdi, yatsa yuxusuna 
girməz,  dursa  ağlına  gəlməzdi.  Əvvəl 
rədd  eləmək  istəsə  də,  günlər  keçdikcə 
maraq  güc  gəlmişdi.  Onu  bura  gətirən 
də  elə  marağıydı.  O  üzdəkiləri  görmək 
dini 
kitabların 
“o 
biri 
dünya” 
adlandırdığı  cənnətə  getmək  qədər 
cəzbediciydi. 
      Hasarın üstündəkilər dibini kəsdirən 
Çöl  əhli  arasından  seçilsələr  də, 
onlardan xeyli fərqliydilər. Burda çirkin 
adama  rast  gəlməzsən,  kişilər  boy-
buxunlu, yaraşıqlı, qadınlar bir-birindən 
gözəl. Çöldə hörmət-izzət sahib olan bu 
adamlar  ağıllı  gözləriylə  adamı  sanki 
sehrləyirdilər.  Elə  bil  üzlərində  şeytan 
tükü vardı. 
     O,  çoxunu  Çöldə  görmüşdü.  Şəxsən 
tanıdığı  da  vardı.  Bəzilərini  lap 
cavanlıqdan,  hələ  Böyük  Təlatüm 
illərindən  tanıyırdı,  bir  yerdə  çox 
olmuşdular. 
     Salamlaşa 
bilməzdilər, 
burda 
görüşmək  olmazdı.  Sanki  heç  kəs  heç 
kəsi  tanımır,  üz-üzə  gələndə  də  ya 
baxışlarını  qaçırır,  ya  da  üzlərini 
çevirirdilər. 
       Hasarda elə bir qeyri-adi hadisə baş 
vermirdi.  Hamı  düşürüləcəyi  saatı 
gözləyirdi,  biri  Çölə,  o  biri  Bağa 
gedəcəkdi. Əsas Bağa düşməkdi. Düşən 
kimi axına qarışacaqsan. 
       Bağa 
hazırlaşanların  cazibədar 
görünüşü  belə  Saray  xidmətçilərini 
qane 
eləmirdi, 
qonaqları 
xüsusi 
qrimçilərin  əliylə  cənnət  mələklərinə 
çevirəndən  sonra  birinci  Qapıya 
ötürürdülər. 
       Bundan  sonrakı  gedişat  bütün 
cazibəsiylə  onun  marağına  hakim 
kəsilmişdi.  Dəvətlilər  birinci  qapıdan 
üzdə 
xoşbəxtlik 
təbəssümüylə 
keçirdilər.  Bəs  necə?  Hər  kəsə  qismət 
olmayan,  bütün  Çöl  əhlinin  arzuladığı 
bir gün yaşayırdılar. 
        Növbəti  Qapı  bir  baş  aşağı 
olduğundan  başı  əyməli  olurdular. 
Üçüncüdə  beli  bükür,  dördüncüdə  iki 
qatlanırdılar. 
       Sonrakı  Qapıları  ayaq  üstə  keçmək 
mümkün olmadığından hamı dizini yerə 
qoyurdu.  Bir-iki  Qapını  dördayaqlı 
keçəndən  sonra  sıradakını  yalnız 
sürünərək  keçmək  lazım  gəlirdi.  Gün 
işığı  düz  gözünə  şığıdığından  sonuncu 
Qapıda  baş  verənləri  aydın  görmürdü. 
Günəşin şüaları gözünü tutmuşdu. 
        Bərk-bərk 
ovuşdurub,  yumub-
açınca  gözünün  nuru  özünə  qayıtdı. 
Qapılardan  keçənlərə  bir  də  baxdı.  Bu 
Qapılardan  keçdikcə  Ay  parçası 
oğlanların, mələk çöhrəli qızların, nurlu 
kişilərin,  qadınların  bədəni  dəyişirdi. 
Hər  keçiddə  fərqli-fərqli  canlılara 
çevrilirdilər.  Bu  orqanizmləri  ayırd 
eləmək  olmurdu.  Dik  gəzən  meymunu 
xatırladan  varlıq  növbəti  Qapıdan 
dördayaqlı  canlı  kimi  keçirdi.  Əllərini 
yerə  qoyub  ikiqat  əyiləndə  dallarından 
çıxan  quyruq  uzun  və  qalınlığından 
tülkü,  dik  durub  əsməyindən  isə  it 
quyruğuna oxşayırdı. 
       Daha 
balaca  Qapıya  çatanda 
kərtənkələ  kimi  sürünürdülər.  Bu 
dördayaqlılar,  sürünənlər  onun  tanıdığı 
canlılara oxşasalar da, ondan deyildilər. 
Əcaib  mutant  varlığıydılar.  Bağın  o 
üzündəki  Çöldə  belə  orqanizmlərə  rast 
gəlməmişdi.  Hasarda  gördüyü  yaraşıqlı 
xidmətçilər 
də 
Bağda 
əcaib, 
Yerdənkənar canlılara çevrilirdilər. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə