Üç aylıq ədəbiyyat dərgisi
97
ortasında böyük bir qoz ağacı vardı.
İllər öncə dayım ağacın kölgəsində
yuxuya getmişdi. Ondan sonra halı
pisləşdi. İki günün içində dünyasını
dəyişdi. Dərdini də bilən olmadı.
Kəndin qoca qarıları “ qoz ağacının
altında yatmaq olmaz, insana ölüm
gətirir” deyirdilər. O gündən sonra
nənəm o ağacı kəsdirdi. Yerində iri bir
kötük qalmışdı. Doğrudan da, o
kötüyün üstündə belə oturanda insanı
yuxu tuturdu.
Gəlib kötüyün üstündə oturub dayımı
düşündüm. Onunla gözəl günlərimiz
keçmişdi. Birdən gözüm qamaşdı. Elə
bildim gözümə güzgüdən işıq saldılar.
Əllərimlə üzümü tutdum. Gözümü
açanda qarşımda iri, bəzəkli bir ilan
dayanmışdı. Nitqim qurudu. Bütün
bədənim keyidi. Gözümü ilandan çəkə
bilmirdim. Bir anlıq düşündüm ki,
ilana üstündə bütün rənglərdən bəzək
çəkilmiş qırmızı atlas geyindiriblər.
Əlim-ayağım boşalmışdı. İlanın gözləri
insan gözünə bənzəyirdi. Mənə dikilib
qalmışdı.
Qorxudan
nəfəsimi
saxlamışdım.Gözümü yumub dərindən
bir ah çəkdim. Allahımdan kömək
istəyirdim. Gözümü açanda ilanın
sürüşüb
çəpərdən
qonşu
həyətə
keçdiyini gördüm. Bilmirdim qorxudan
ağlayım, ya sağ qaldığım üçün sevinim.
Məni gülmək belə tutdu. Deməli,
çəpərdə hələ də çör-çöp soxmağa yer
var.
Ayağa durub evə getmək istəyəndə
İbad əmigildən qışqırıq səsləri gəldi.
Qoca
anası
“ilan
qardaşlarının
qisasasını
balamdan
aldı”
deyib
ağlayırdı.
Qışqırıq səsləri yaxınlaşırdı. Qapının
bərk döyülməsinə yuxudan ayıldım.
-Ay bala, gün günorta oldu. Bəs biz
bazara nə vaxt gedəcəyik?
Qışqıran İbad əmi idi. Tez paltarımı
geyinib qapını açdım.
-Bağışla, əmi, yatıb qalmışam. Gəl
gedək.
Qapıdan
çıxdıq.Çəpərin yanından
keçərkən gözlərim qamaşdı. Görəsən,
bu da mı yuxudur?
ÇİNARƏ OMRAY
TUT AĞACINININ
NAĞILI
Mən
anamın
qabırğasından
yaranmışdım...
Nəriman kişi məni Ermənistanın
Gorus
rayonundan
dostugilin
həyətindəki
anamın
qabırğasından
qoparıb
gətirmişdi
Qubadlıya.
Körpəydim
onda.
Kölgəmizdə
əyləşmişdilər, çay içirdilər. Nəriman
kişi bizim ev sahibinə dedi ki:
-
Nə qəşəng tutdu bu.
-
Hə xar tutdu. Qəşəng meyvəsi
olur.
Elə anamın kötüyü onda sancmışdı.
Şüpələnmişdi. Bizə dedi ki, bala birinizi
məndən
qoparıb
aparacaqlar.
Hamımızın bir anlıq canına üşütmə
düşmüşdü.
Necə
titrədiksə