Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə55/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   51   52   53   54   55   56   57   58   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
121 
 
Balaca  qız  da,  anası  ölmüş    Hicran  da 
böyük  bacısının  gününü  gördü,  dedi: 
qarıyıb  yurdda  qalaram,  cehizsiz  ərə 
getmərəm.  Otuzuna  az  qalmışdı.  Cehiz 
aparacam  deyə  gözləyə-gözləyə  elçiləri 
əliboş  yola  saldı.  Axırda  da  Qozbel 
Bikənin  bivec  oğluna  getdi.  Bankdan  
kredit  götürüb    azdan  –çoxdan      cehiz 
verə  bildik.  İki  ildi  borcun-xərcin 
içindəyik,  qurtarmır  ki,  qurtarmır.  Sən 
canını qurtarıb gedirsən.  
Kövrəlib ağlayır...  
Yenə yarı yolda qoydun məni. Dedin ki, 
Sevildi  də...  hardan  olsa  tapıb  düzüb-
qoşacaq hər şeyi. Çıxacaq vəziyyətdən. 
O  qədər  başıma  oyun  gətirmisən.  Bir 
dəfə  evimizə qonaq gələsiydi, evimizdə 
dişə  vurmağa  bir  şey  yox.  Dedim,  ay 
Həmid,  evə  tez  gəl  ha,  evin  qəndi 
yoxdu, çayı yoxdu, o yoxdu, bu yoxdu, 
al  gətir.  Qonağın  yanında xar  olmayaq. 
Axşam  düşdü,  səndən  xəbər  çıxmırdı. 
Gəlməyəcəyini    də  xəbər  göndərmədin 
ki,  işimi  biləm.    Yazıq  canım,  qonaq 
evdə 
otura-otura 
qaçdım  dükançı 
Esmiranın üstünə. İnsafı nəyə yol versə, 
nisyə  dəftərinə  yazdırıb  alıb  gətirdim.  
Gecə  yarıdan  keçəndən  sonra  aşa-aşa 
gəldin. Bilirdim ki, pulun yoxdu. Nəylə 
içmisən  soruşanda  da  dedin  qonaq 
eləyiblər.  Bir  dəfə  olmayıb,  beş  dəfə 
olmayıb, ay Həmid. Hansını deyim? 
Qadın yenidən çarpayının ayaq tərəfinə 
tökdüyü paltarlara yaxınlaşır.  
Qara 
rəngli 
bir  paltar  götürür. 
Güzgünün  qabağına  keçir.  Bir  müddət 
güzgüdəki əksinə baxır.  
Haçandı 
güzgüyə 
də 
baxmıram. 
Güzgünün  üzünü  siləndən  silənə 
güzgüyə 
yaxınlaşıram. 
Onda 
da 
güzgüdəki 
əksimdən 
gözümü 
yayındırıram.  
Ah çəkir.  
Qocalıram.  Elə  belə  də  bilirdim. 
Güzgüyə baxmasam da hiss edirdim ki, 
yaman  günə  qalmışam.  Həmid,  vallah 
sən  məndən  cavan  görünürdün.  Heç 
özümü  sənə  yaraşdırmırdım  axır 
vaxtlar.  Hətta  qorxurdum  ki,  kişi  gedib 
cavan qıza-zada vurular, biabır olarıq.  
Şaqqanaq  çəkib  gülür.  Qəfil  gülüşünü 
kəsib, özünü yığışdırır.  
 
(Az  qala  pıçıltıyla)    Mən  elə  bilirdim 
səndən qabaq öləcəyəm. Hə, vallah. 
Hətta  sənə  bir  söz  deməsəm  də 
fikirləşirdim  ki,  ölüb  eləsəm  elə 
dükançı Esmiranı alasan. Cavanlığından 
bir ayağı Bakıda oldu, bir ayağı kənddə. 
Mal  dalınca  getdi,  gəldi.  Gözüylə  heç 
kim heç nə görməsə də, hərə dalınca bir 
söz  danışdı.  Qarıdı  qaldı  ata  ocağında. 
Oynaya-oynaya  gələrdi  sənə  vallah. 
Sənə  kömək  də  eləyərdi,  əl-ələ  verib 
Hicranın  cehizlərinin  borcundan  da 
çıxardınız. Esmiranın pulu çoxdu. Kimi 
var  eyyy...  Bir  səydərəş  qardaşıdı,  bir 
özü. 
Əlindəki  paltarı  taxtın  üstünə  atıb 
otaqda o yan- bu yana var-gəl edir.  
(Əllərini 
ölçə-ölçə) 
Gör 
nələr 
danışıram?! 
Lap 
ağzıma 
gələni 
deyirəm. Başımı itirmişəm.  
Taxta yaxınlaşır. Kişinin ayaq tərəfində 
oturur.  Üzünü  əlləri  arasına  alıb 
hönkürür.  Ağlayıb  kiriyəndən  sonra 
üzünü ərinə sarı çevirir.  
Həmid,  belə  danışmağıma  baxma  ha, 
vallah  ölünü  də  qısqandım  dükançı 
Esmiraya.  Mən  elə  bilirdim  ömrümdə 
qısqanmaram səni. Elə bilirdim hələ də 
uşaqlıq 
sevgimi 
unutmamışam. 
Qardaşımın  kirvəsinin  oğlu  Sərdarı 
deyirəm  eyy.  Sənin  də  xəbərin  vardı 
Sərdardan, özünü o yerə qoymurdun.  
Nə  qədər  ki  Rusiyada  yaşayırdıq, 
qardaşımı  sünnət  elətdirmək  atamın 
eyninə  də  deyildi.  Uşaq  9  yaşına 


122
№ 2 (14) Yay 2015 
 
çatmışdı,    sünnət  olunmamışdı.    Biz 
kəndə  qayıdanda  əməlli-başlı  yekə  qız 
idim.  Atam  çoxusu  qorxusundan 
qayıdıb  gəldi.  Bakıda  aləm  bir-birinə 
dəymişdi, camaat qırılmışdı. Atam dedi 
ki,  bəs  Rusiyadakı  azərbaycanlıları  da 
ruslar  qırıb  çatacaq.  Mən  onuncu 
sinifdəydim, 
əlaçı 
qurtaracaqdım. 
Fikrim  var  idi  ki,  Moskvaya  gedim, 
Lomonosova  imtahan  verim.  Qəfil 
gözümü açdım ki, kənddəyəm.  
Dərs  ilini  Rusiyada  yarılamışdım.  Rus 
dilində 
oxumuşdum. 
Azərbaycan 
dilində 
oxumaq  çətin  idi  mənə.  
Birincini  mən  kənddə  oxumuşdum. 
Kənd  məktəbimizdə  də  elə  hər  il  bir 
sinif  güclə  yığılırdı.  Mən  yenə  gəlib  
köhnə 
sinif 
yoldaşlarıma 
yoldaş 
olmuşdum. Sərdarla doqquz ildən sonra 
yenidən 
 
bir 
parta 
arxasında 
oturmuşduq.  O  qədər  evcik-evcik 
oynamışdıq  balaca  olanda.  Həmişə  də 
bir-birimizə  ər-arvad  düşürdük.  O,  ata 
olurdu,  mən  ana,  o  biri  uşaqlar  da 
uşaqlarımız.  Qonşuyduq  deyə  məktəbə 
də bir gedib-bir gəlirdik. Hər axşamüstü 
analarımız  çəpərin  üstündən  bir-biriylə 
danışırdı.  Sərdarın  anası    Xumar  xala  
qulağımız  eşidə-eşidə  anama    deyirdi: 
“Az,  Qızbəs,  mənim  gəlinimdən 
muğayat  ol,  dünya  dağıla  onu  Sərdara 
alacam”.  Anam  da  özünü  naza  çəkirdi. 
“Dədəsi  bilər,  mən  bir  söz  deyə 
bilmərəm”.    Xumar  xala  əl  çəkmirdi: 
“Sərdardan artıq oğlana gedəcək qızın? 
Nolub  mənim  oğluma?  Qaş  onda,  göz 
onda,  boy-buxun  onda.  Yekəlib  bir 
oğlan  olacaq  ki,  baxan  deyəcək  bir  də 
baxım.  Qızqaytaran  olacaq  mənim 
balam”...  
Anamla  Xumar  xala  belə  danışanda 
çəpərin dibinə tökülmüş qumla oynayan 
Sərdarla    istər-istəməz  baxışırdıq.  Uşaq 
da  olsaq,  analarımızın  sözlərinin 
mənasını anlayırdıq, canımıza yağ kimi 
yayılırdı.  
 Rusiyadan  qayıdıb  gələndən  sonra 
mənə  sevgi  məktubu  da  yazmışdı. 
Uşaqlar olana qədər  saxlayırdım.  
Bəlkə  də  ağlım  uşaq  ağlıydı  ona  görə 
saxlayırdım.  Amma  sən  özün  də 
mehrimi 
sənə 
salmağıma 
imkan 
vermirdin. Döyüb söyürdün. Onda mən 
kor  bəxtimə  lənətlər  yağdırırdım.    (Ah 
çəkir) 
Qardaşımın  sünnət  gününü  həyatımın 
ən  bədbəxt  günü  kimi  xatırladım  neçə 
il.  Yazıq  anam  sezmişdi  Sərdarla 
aramızdakı  yaxınlığı.  Atam  qardaşımın 
kirvəsinin  Səfər  əmi  olacağını  elan 
eləyəndə,  anam  məni  yanına  çağırıb 
dedi: “ Bax, Sevil,  budu sənə deyirəm 
ha, 
bu 
gündən 
Sərdarla 
bacı-
qardaşsınız.  Birdən  ağlınızın  ucundan 
özgə  şey  keçib  eləyər.  Dədən  səni  də, 
məni  də  öldürər.  Əmioğlu  əmiqızını 
alıb  özünə  arvad  eləyə  bilər,  amma 
kirvə  kirvənin  qızına  bacı  gözü  ilə 
baxmalıdı” 
Atasıyla atamın arasındakı əhd-peyman, 
təzə  qohumluq  gəlib  durdu  gözünün 
qabağında.  Heç  Sərdar  məni  sənə 
verərdi,  Həmid?  Mənim  üstümdə  azmı 
döymüşdü  səni?  Neçə  dəfə  ağzını-
burnunu 
qan 
eləmişdi. 
Onuncunu 
qurtarmağa  imkan  vermədiniz.  Anan 
kəsdirdi  qapımızın  ağzını.  Sonra  da  ki 
belə... 
Dədəm  də  qorxurdu,  ürəyi  əsirdi 
üstümdə.  Rusiyada  böyümüşdüm  deyə 
qorxurdu ki, rustəbiətli olam. Onsuz da 
geyimimlə, 
danışığımla, 
oturub-
duruşuğumla 
kənd 
qızlarından 
seçilirdim.  
Əlini  sinəsinə  aparıb  ovuşdurur,  sonra 
qalxıb  pəncərəni  açır.  Pəncərənin 
taxtasına söykənir. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə