Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

116
№ 2 (14) Yay 2015 
 
Onlar 
müxbirlərdən 
ayrılıb 
maşına əyləşdilər.  
-  Hersoqinya,  bulvarı  gəzmək 
istəyirsinizmi? 
- Əlbəttə, istəyirəm. Azərbaycana 
aid  hər  şey  və  hər  yer  mənim  üçün 
maraqlıdır. 
O  gün  hersoqinya  İsveçin 
Azərbaycandakı  konsulu  ilə  görüşdü. 
Konsul  onun  şərəfinə  nahar  yeməyi 
verdi.  Hersoqinya  konsula  müxbirlərin 
onunla  görüşmək  istədiyini  söylədi,  o 
da  bu,  çox  normaldır  dedi.  Siz  də 
görüşmək  istəyirsinizmi,  hersoqinya? 
-  Olar,  cənab  konsul,  bəlkə  də  elə 
müxbirlər mənə kömək  edəcəklər. Kim 
bilir? 
-  O  zaman  hersoqinya,  sabah 
günorta  saat  3-də  burada,  konsulluğun 
binasında  sizin  üçün  mətbuat  konfransı 
keçirərik.  Qəzet  və  televiziyadan  da 
jurnalistləri  dəvət  edərik,  həm  onları 
çox  intizarda  qoymayın,  həm  də  bəlkə 
sizin 
üçün 
faydası 
olar. 
-  Olar,  cənab  konsul,  sabah  dediyiniz 
vaxt mətbuat konfransı keçirərik. O biri 
gün  də  qaçqınların  olduğu  bölgələri 
gəzərik.  
-  Bunu  biz  arzu  etdiyiniz  kimi 
planlaşdırmışıq,  hersoqinya.  Dediyiniz 
kimi, 
hər 
qaçqın  ailəsinə  sizin 
tərəfinizdən 500 manat pul veriləcək.  
-  Bir  də  cənab  konsul,  xəstə 
insanlar  var,  hansı  ki  müalicə  oluna 
bilmirlər və ya əməliyyata ehtiyacları var, 
onları 
müalicə 
üçün 
İsveçə 
göndərəcəyəm.  Sizdən  xahiş  edirəm, 
onlara  xarici  pasportun  alınmasında 
köməklik  edin,  vizanın  da  verilməsində 
bir  çətinlik  olacağını  hesab  etmirəm. 
İndidən sizə təşəkkür edirəm. 
-  Siz  heç  narahat  olmayın, 
hersoqinya.  Atanız  da  bu  barədə 
məndən  xahiş  edib.  O  da  az  da  olsa 
qaçqınlara kömək əlini uzatmaq istəyir. 
Lakin  bir  şey  var.  Bilirsiniz,  mənim 
viza  vermək  hüququm  yoxdur.  Bunun 
üçün  Norveç  səfirliyinə  müraciət 
etməliyik, 
amma 
bir 
çətinliklə 
qarşılaşacağımızı hesab etmirəm. 
-  Bir  şey  başa  düşmədim,  cənab 
konsul. 
Niyə 
Norveç 
səfirliyinə 
müraciət etməliyik? 
- Bəli, İsveç Xarici İşlər Nazirliyi 
belə qərar verib. Vizanı Norveç səfirliyi 
verir, ta ki Azərbaycanda İsveç səfirliyi 
açılana 
qədər. 
          Hersoqinya  yorğun  olduğu  üçün 
otelə  tez  qayıtdı,  dincəlmək  istəyirdi, 
eyni  zamanda  polkovnikin  gəlişini 
gözləyirdi. 
O, 
otağında 
oturub 
kompüterini  açdı,  bir  az  məşğul 
olduqdan sonra atasına zəng vurdu. 
- Buyur, Jozefina. 
- Ata, necəsiniz? 
- Yaxşıyam, qızım. Sən necəsən? 
-  Azərbaycanda  olduğum  üçün 
çox  sevinirəm,  ata,  eyni  zamanda 
axtarışa başlamışam. Ata, sizdən bir şey 
soruşmaq  istəyirəm.  Anam  hansı 
universitetin məzunu idi? 
- Qızım, anan Azərbaycan Dövlət 
Universitetinin 
Şərqşünaslıq 
fakültəsinin məzun idi.  
- Yəni, ərəb dili üzrə? 
- Tamamilə doğrudur, qızım. 
- Təşəkkür edirəm, ata. 
-  Bir  şey  deyil,  qızım.  Əgər  bir 
ehtiyacın olarsa, xəbər ver. 

Hə, 
ata. 
Sizə 
söyləmək 
istədiyim bir şey də var. Mən birisi gün 
Qarabağ qaçqınlarının məskunlaşdıqları 
bölgələri  gəzəcəyəm,  onlara  maddi 
köməklik etmək istəyirəm. 
-  Əlbəttə  qızım,  bunu  mən  də 
istəyirəm. 
-  Ata,  mən  eyni  zamanda  ağır 
şəraitdə yaşayan xəstə insanları müalicə 


                            Üç aylıq ədəbiyyat dərgisi 
117 
 
üçün  İsveçə  göndərmək  istəyirəm, 
təxminən 
neçə  nəfər  xəstəni  öz 
hesabımıza  müalicə  və  ya  əməliyyat 
etdirə bilərik? 
- Qızım, sən bunu özünə heç dərd 
etmə.  İlk  olaraq  100  nəfərə  qədər 
göndərə  bilərsən,  sonra  isə  yenə  də 
baxarıq.  Mən  burada  lazım  olan  hər 
şeyi təşkil edəcəyəm. 
- Təşəkkür edirəm, ata, sağ olun. 
-  Sən  də  sağ  ol  qızım,  özünə 
yaxşı bax. 
- Yaxşı, ata, sağ olun. 
Atasıyla 
danışdıqdan 
sonra 
Jozefina  bir  az yüngülləşdi,  ən  azından 
o, anasının harada təhsil aldığını bilirdi. 
Bu zaman otağın qapısı döyüldü. Gələn 
polkovnik idi. 
  
 
 
 
 
 
GÜNEY  SOVQATI 
 
Ruqiyy
ə
 S
ə
f
ə
ri  
       (T
ə
briz) 
 
*** 
Soyundum xatirələri 
çılpaq girirəm yoxluğuna 
bir ehram bağlayıram 
qaranlığa tapınıram bu gecə 
zülmətin zülmünü sürtürəm əynimə 
dağlayıram qabarlarımı bir daha 
səni unutmasın sellollarım* 
yoxluğun dərinliyində bir yoxluq 
tapıram 
yox rəngində 
sarılıram 
içimə boşluq dolur 
əsid* kimi ciyərimi doğrayır 
tikə-tikə qusuram içimi 
bütün varlıqları varlığımdan atıram 
mənə yoxdan bir məzar qazın 
baş daşı "yox" olsun bu gecə! 
 
*** 
Mənim şəhərimdə 
tüstü deyə 
yalanlar göyə qalxır 
göy üzü qaralır 
günəşin ürəyi sınır 
və o gün uşaqlar boğulmasın deyə 
məktəblər bağlanır. 
 
 


118
№ 2 (14) Yay 2015 
 
*** 
Sazaq-sazaq çırpılır üzümə külək 
küçə-küçə vurulur dizlərimə şəhər 
damğa-damğa basılır alnıma vətən 
höküm-höküm yarqılayır məni yollar 
kipriklərimi darayır 
ölüm! 
 
*** 
Keçmişimdə həp bir nisgil göynəyir 
həp bir serçə balası var 
yuvadan düşmüş 
bağırır boğazımda 
udqunuram qan damır içimə 
kimsə eşitməyir 
gözlərimdən başqa 
ağlayıram 
anam dilə tutur 
-    anası var, gəlib aparar! 
serçə bağırır boğazımda 
boğazım tutulur 
qızdırma içində yanıram 
anam başım üstündə 
udqunuram qan damır içimə 
bir pişik gözlərimi sökür 
gözlərim yox artıq 
ağlayanmıram 
bir serçə pəncərəni dimdikləyir - ana 
serçə! 
keçmişimdə həp bir nisgil göynəyir 
mən yaşamıram heç 
həp keçmişi təkrarlayıram 
nisgilləri udquna-udquna! 
 
*** 
Səsim boğazımı qovurdu 
səsim atom patlayışı oldu içimdə 
səni səsləyə bilmədiyim zaman! 
ürəyim külə dönmüş hiroşima 
o şəhər bir daha bitirsə, ürəyimdə 
sevəcək əlbət! 
 
 
 
*** 
Təbrizin qarlı gecələrində 
özümdə addım ataram 
cumaram yenə çıxaram, bataram yenə 
qalxaram 
ayaqlarım hırdan düşər 
çökərəm 
dizlərim lehə quylanar 
anam göz önümə gələr 
şillədən qulağım batar 
səssizlik qarı yağar 
içərimə su damar 
kağızlarım kitablarım islanar 
uşaqlığım üşüyər 
anam kürsü qurar 
kürsünün odunların... 
odunluqdur sümüklərim 
qup-quru ağac kimi xırçıldayır 
bir oda bəndəm, kömürlüyüm çıxar bir 
anda 
qalxıram dizlərim yapışqan palçıqlı 
barmaqlarım donsa, qaralsa, qırılsa! 
bəlkə də qorxum özümdəndir 
sazaqlı Təbrizdən deyil 
məni vicdan kimi cızlıq edir! 
səni səsləyirəm 
sükutda ayaqlarım səslənir 
məndən sonra bir kölgəm var ağappaq 
qarı qaraldıb 
bu qarda ayağın surça bilər əlbət 
hər yeri dümdüz görünər yer üzünün 
çünkü 
ancaq yerirərkən dərə-təpəni anlayarsan 
və mən 
bu qarlı gecədə 
gah boğazıma ilişib yıxılaram 
gah da ürəyimə batıb palçıq olaram! 
 
*** 
Ürəyimdə kömzək bağlayıb yalanların 
unutduqca sağalır 
bircə yoxluğun deşilib, 
sağalmaq bilməyir. 
 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə