112
№ 2 (14) Yay 2015
Jozefina bunu böyük həvəslə görürdü.
Atası onun siyasətlə məşğul olmasını
istəyirdi, amma Jozefina tutduğu
yoldan
dönmürdü ki, dönmürdü. İsveç Avropa
və
Skandinaviya
yarımadasında
yerləşən ölkələr içində insan haqlarının
hər
şeydən
yüksəkdə
tutulduğu
ölkələrdən biridir. Oraya zamanla çoxlu
sayda mühacirlər gəlirdi. Məsələn, İran
inqilabı zamanı Şah Məhəmməd Rza
Pəhləvi
devrildikdən
sonra
orada
yaşayan müsəlmanlar Fransada yaşayan
Xomeynini dövləti idarə etmək üçün
çağırdılar.
O
zaman
Xomeyni
hökumətinə qarşı çıxanlar Avropanın
müxtəlif ölkələrinə mühacirət etməyə
başladılar. İsveç də bu ölkələr sırasında
idi. Orada xeyli sayda İrandan köçərək
burada sığınacaq tapmış mühacirlər
yaşayırdı. Həmçinin İsveçdə İraqdakı
Səddam Hüseyn zülmündən qaçan
çoxlu kürdlər də var. SSRİ dağıldıqdan
sonra respublikalar müstəqillik qazandı.
Keçid dövrü dediyimiz bu mərhələdə
çox mürəkkəb bir vəziyyət yaranmışdı.
Dövlətlər çətin bir iqtisadi böhranla
üzləşmişdi. Azərbaycanda da ilk vaxtlar
iqtisadi çətinliklər vardı: əmək haqları
çox az idi, insanların yaşayış vəziyyəti
çətin idi, ona görə də çoxları çıxış
yolunu Avropada tapırdı. Onlar iqtisadi
çətinliklərdən
azad
olmaq
üçün
Azərbaycanı tərk edirdilər. Jozefina
milliyyətindən asılı olmayaraq bu
insanların hüquqlarını müdafiə edirdi.
Bir azərbaycanlıya rast gələndə ona
bacardığı qədər köməklik göstərərdi.
Jozefina otelə çatdı. Onu çox
hörmətlə qarşıladılar, nəzakətlə otağını
göstərdilər.
Jozefina
Bakıya
tək
gəlmişdi.
O,
Azərbaycana
aid
xatirələrini tək yaşamaq istəyirdi. Ona
bu
səfərdə
İsveç
konsulluğunun
əməkdaşları kömək edəcəkdilər. O gecə
Jozefina otelin eyvanında dayanıb
şəhəri seyr edirdi. Yağış kəsmişdi,
göyün üzündə ulduzlar parlayırdı. Onlar
göy üzündə rəqs edərək Jozefinanın
gəlişini bayram edirdilər. Jozefina
əllərini açaraq dərindən nəfəs aldı.
Sayrışan ulduzları salamladı, içəri
keçərək yuyundu və yatağına girdi.
Səhəri gün saat 7 tamamda oyandı.
Əynini geyindi, özünü səliqə-sahmana
saldı. O, çox ciddi nizam-intizamda
böyümüşdü, ona görə də nə olursa-
olsun hər gün eyni saatda yatağından
qalxardı. Jozefina zəng edib səhər
yeməyinin otağına gətirilməsini istədi.
O, yeməyini asta-asta yeyərək gündəlik
nələr edəcəyini planlaşdırırdı. Əslində
haradan başlayacağını bilmirdi, amma
bu axtarışa mütləq başlamalı idi. Anası
bəlkə də həyatda deyildi, amma o
bilirdi ki, bir bacısı var, həm də ondan 5
yaş kiçik. Görəsən o, nə iş görür, məni
görsə sevinərmi, deyə düşünürdü. Saat
9-a
qalırdı. İsveç konsulluğunun
əməkdaşları 9 tamamda gələcəkdilər. O,
qəzet oxumağa başladı, hələ 10 dəqiqəsi
vardı. Düz saat doqquz tamamda
konsulluğun iki əməkdaşı Jozefinanın
qaldığı otağının qapısını döydü.
- Buyurun Jozefina dedi.
- Hersoqinya, sabahınız xeyir!
xoş gəlmisiniz! Ümid edirik ki,
səyahətiniz gözəl keçəcək.
- Təşəkkür edirəm, cənablar!
Mənə kömək etdiyiniz üçün öncədən
sizə minnətdarlığımı bildirirəm.
-
Buyurun,
hersoqinya,
hazırsınızmı?
- Bəli, hazıram. Deyin görüm, ilk
növbədə haradan başlamalıyıq?
- Hersoqinya, biz siz gəlmədən
öncə
Azərbaycan
Daxili
İşlər
Nazirliyinin əməkdaşları ilə görüşdük,
əvvəlcə oraya gedəcəyik. Bilirsiniz, hər
Üç aylıq ədəbiyyat dərgisi
113
bir dövlətdə olduğu kimi, Azərbaycan
Daxili İşlər Nazirliyində də bütün
vətəndaşların qeydiyyatı var, hətta
qeydiyyatdan çıxıblarsa da haraya
getdikləri haqda məlumat var. Ümid
edirik ki, əməkdaşların bizə köməyi
dəyəcək.
- Çox gözəl.
- Hersoqinya, siz ananızın adını,
soyadını
dəqiq
bilirsinizmi?
- Mən onun adını, atasının və anasının
adını bilirəm. Soyadını isə təəssüf ki,
bilmirəm. İsveçdə olarkən o, atamın
soyadını qəbul etmişdi. Azərbaycana
döndükdən sonra isə soyadının nə
olduğunu bilmirəm.
- Buyurun, hersoqinya, aşağıda
maşın gözləyir, gedək.
Onlar oteldən çıxıb Azərbaycan
Daxili İşlər Nazirliyinə gəldilər.
Polkovnik Seyidov onları gözləyirdi. O,
hersoqinyaya:
- Xoş gəldiniz. Əlimdən nə gəlirsə
kömək edəcəyəm. Buyurun, hersoqinya,
sizi dinləyirəm.
- Əslində cənab polkovnik, nə
istədiyimi zənn edirəm ki, bilirsiniz.
Mən buraya anamı axtarmaq üçün
gəlmişəm. Mənim 39 yaşım var,
sonuncu dəfə onu 2 yaşımda görmüşəm.
İsveçi tərk edib Azərbaycana gəldikdən
sonra
onun
haqqında
heç
bir
məlumatım olmayıb. Mən 1967-ci ildə
doğulmuşam. 1969-cu ilin sonunda da
anam Azərbaycana qayıdıb. Atam onu
axtarmadı,
daha
doğrusu,
onun
təhlükəsizliyi üçün axtarmadı. O, SSRİ-
nin gizli təşkilatının anama zərər
verməsindən çox qorxurdu. Bilirsiniz,
KQB adı hər kəsə bir kabus kimi görü-
nürdü. İndi əminliklə deyə bilərəm ki,
Azərbaycan demokratik bir dövlətdir,
artıq bu təşkilatdan heç kəs qorxmur.
Ona görə də mən anamı axtarmaq
qərarına gəldim.
- Maraqlıdır, hersoqinya, ananız
o zamanlar İsveçdə necə qala bilib?
Necə olub ki, atanızla ailə qurub?
- Bu çox uzun hekayədir. Əslində
mənim anam diplomat olub. Onlar
atamla Misirdə tanış olublar. Hər şey də
elə orada başlayıb. Piramidalardan
başlayan sevgi İsveçə qədər uzanıb.
- Hersoqinya, ananızın adı nə oldu?
- Anamın adı Dilarə olub.
Anasının adı Şahnaz, atasının adı isə
Nazir olub.
-
Ananızın
təvəllüdünü
bilirsinizmi?
- Zənn edirəm ki, 1940-cı ildə
doğulub.
- Əgər ananız yaşayırsa, o zaman
indi onun 66 yaşı var.
- Elə görünür.
Polkovnik şöbədən üç nəfər
çağırdı və əlində olan məlumatları
onlara verdi. Onlardan nəyin bahasına
olursa-olsun hersoqinyanın anasının
tapılmasını xahiş etdi. Qızlar iş başın-
daydı, hersoqinya isə konsulluğun
əməkdaşları ilə birlikdə polkovniklə
söhbət edirdi. Hersoqinya özü də
hüquqşünas olduğu üçün Azərbaycan
hüquq orqanlarının iş üslubu ilə maraq-
lanırdı, onu maraqlandıran sualları
polkovnikə verirdi. Polkovnik də, eyni
zamanda İsveçin hüquq orqanlarının iş
üslubunu soruşur, onu maraqlandıran
sualları hersoqinyaya verirdi. Her-
soqinya nazirlikdə çox qala bilmədi,
çünki axtarışın nə zaman bitəcəyi
bilinmirdi. Polkovnik bir şey taparsa,
mütləq ona xəbər verəcəyini söylədi.
Jozefina
İsveç
konsulluğunun
əməkdaşları ilə Bakını gəzməyə çıxdı.
İlk olaraq onu İçərişəhərə apardılar.
Hersoqinya
çox
təəccüb
etdi,