108
№ 2 (14) Yay 2015
qopmurdu, bərk-bərk tutub onu aşağı
dartırdı.
Nəhayət, yayından çıxan ox kimi
sıçradı. İlk anda kimin əlindən
qopduğunu kəsdirə bilmədi. Yerə dəyib
huşunu itirdi.
Ayılanda özünü Hasar dibində
gördü. Çölə düşmüşdü!
...Qalxıb üstünün tozunu çırpdı.
Çöldə həyat əvvəlki axarıyla davam
edirdi.
Şəhərin
küçələriylə
addımladıqca, tinlər, döngələr arxada
qalırdı.
Küçələr adamla doluydu. Üz-üzə
gəldiyi, ötüb kecdiyi heç kəs ona
əhəmiyyət vermir, görmürdü. Məşhur
əsərin
qəhrəmanı
“gözəgörünməz
adam”a bənzəyirdi. Özünü lüt hiss
edirdi, ayıb yeri görünürmüş kimi
qısılırdı. Amma ona baxan yoxuydu. O
isə hamını görürdü. Adamların üzünə
sərhədçi pasport yoxlayan kimi baxırdı,
elə bil Saray pillələrində gördüyü adları
indi onların üzündə oxuyacaqdı.
Yanından ötdüyü meydanda böyük
bir izdiham gördü. Tribuna əzəmətli
adamlarla doluydu. Kütlə adını Saray
pillələrində oxuduğu ucaboy Çıxışçının
“Rədd olsun xalqa divan tutan Saray
əhli!” sözlərini hayqırtıyla alqışlayırdı.
İnsanlar ehtiraslı gözlərində parlayan
ümidlə ətrafa şölə saçırdılar. Hamı
tribunaya baxırdı, üzlər yalnız bir səmtə
–
qabağaydı.
Hüqonun
sözlərini
xatırladı: “Dərdli adamlar geriyə
baxmazlar.
Onlar
qara
talelərin
dallarınca gəldiyini çox gözəl bilirlər...
“Ümid”
Dantenin
cəhənnəm
qapılarından sildiyi, Tanrının isə hər bir
insanın alnına yazdığı sözdü”.
İzdihamın axırında bir topa adam
hansısa qəzet yazısını müzakirə edirdi.
Yaxınlaşdı. Məşhur Yazarın yazı
başlığını gözü aldı: “Saray başçısı
Çölün
qanını
sümürür!”
Saray
pillələrində parlaq ilbiz iziylə yazılan
müəllif adını indi qəzetdə qara, iri
hərflərlə oxuyurdu.
Başqa bir dəstədə isə Çölün
tanınmış adamları bir yerdə dairə qurub
durmuşdular.
Mitinq
adamlarına
qarışmayan bu adamlar gah çıxışçıları
dinləyir, gah da öz aralarında
xısınlaşırdılar.
O, son kərə tribunadan izdihamın
sonunacan insan selinə tamaşa elədi.
Hasarda beyninə mismarlanmış xeyli
adın sahibini indi canlı görürdü...
Meydanı tərk elədi!
Başında cürbəcür fikir bir-birinə
qarışmışdı, heç bir yana gedib çıxa
bilməyən bu fikir sürüsü eləcə havadan
asılı qalmışdı – şüşə qabda suya kök
buraxmış budaq kimiydi. Yapışmağa
dayaq tapmayan köklər bir-birinə sarılıb
düyün düşmüşdü.
...Sonuncu küçəni də keçib şəhərdən
çıxdı.
Qürub çağıydı, səmada günəşin son
işartıları üfüqü al-qırmızı qızartmışdı.
Ürək
sabahdan
arxayın
olanda
rahatladığı kimi göz də uzağa baxanda
dincəlir. İndi baxdığı uzaqlıqda bir
azdan o qədər ulduz parlayacaqdı ki...
Tanrı ayaqları altında xırçıldayıb sönən
ulduzların izinə düşəcəkdi. Sonra
mütləq Günəş doğacaqdı.
...Çölün axırında yoxuşa dikələn
yolla qalxıb, qalxıb... üfüqün o üzündə
yox oldu.
Oktyabr 2012
Üç aylıq ədəbiyyat dərgisi
109
ƏZİMƏ
AĞALAROVA
(Əzimə Ağalarova 1959-cu ildə Zərdab
rayonunda doğulub. Xarici Dillər
İnstitutunu bitirib. Bir müddət Daxili
işlər Nazirliyində çalışıb. 1993-cü ildən
Almaniyada yaşayır. Belletistikaya
meyilli “Gecələrdə gizli qaldım” və
“Bakıdan Qahirəyə və Stokholma
uzanan yol” romanlarının müəllifidir.
Müəllifin poçtumuza göndərdiyi ikinci
romanından bir parçanı dərc edirik)
BAKIDAN QAHĠRƏYƏ
VƏ STOKHOLMA
UZANAN YOL
(romandan parça)
Yanvar 1970-ci il. Stokholm,
İsveç. Hersoq Jozef Jonatan Sonun
malikanəsi. Hersoq Jozef istəməsə də
evində mətbuat konfransı keçirmək
məcburiyyətində idi. Bütün televiziya
və qəzetlər ondan cavab gözləyirdi.
Dünyalar qədər sevdiyi, uğrunda hər
şeyini fəda etdiyi qadın onu və qızını nə
üçün tərk etdiynin səbəbini bilmək
istəyirdilər. O, hər vəclə müxbirlərin
qarşısına çıxmaq istəməsə də, atası:
-
Buna
məcbursan.
Bizim
cəmiyyətdə xüsusi mövqeyimiz var.
Sən ona kölgə sala bilməzsən, bu saat
çıxıb hər şeyi açıqlamalısan, dedi.
İclas salonunu müxbirlər üçün
açdılar. Hersoq Jozef sözə başladı:
- Xanımlar və cənablar! Nə
soruşacağınızı bilirəm. Gəlin sizinlə bir
razılığa gələk. Siz mənə sual verməyin,
mən sizə hiss etdiklərimi çatdırmağa
çalışacağam. Əminəm ki, axtardığınız
bütün suallara cavab tapacaqsınız...
...Bəli, xanımlar və cənablar!
Böyük ümidlərlə, xoş xatirələrlə,
narahatlıqlarla dolu, bəzən günəş kimi
batan, bəzən də çıxan o günləri
xatırlamaq mənə heç də asan deyil.
Bizim sevgimiz Misir piramidalarından
İsveçə qədər uzandı. Qızımız bu
sevginin
məhsuludur.
Çəkdiyimiz
məşəqqətli günləri nə mən unuda
bilərəm, nə də inanıram ki, o unuda
biləcək. Elə hesab edirdik ki, bizə heç
bir şey qalib gələ bilməz. Demək, səhv
etmişik. Mən ona “ay bənizlim” deyə
xitab edirdim. Məndən onu təsvir
etməyimi istəsəniz, inanın bu mümkün
deyil. Dünyanın ən məşhur rəssamına
onun rəsmini çək desəm, inanın, tam
olaraq onu təsvir etməkdə aciz qalar.
Ağzından çıxan hər kəlmə ruhunun
ifadəsi idi, ətrafı şölələndirirdi. O,
duyğuları ilə körpə bir uşaq, əzabları ilə
isə yetkin bir qadın idi. Qəlbi sevgilə
dolu idi, amma buna baxmayaraq hər
zaman kədərli idi. Gizli kədərinin
səbəbini anlamamaq mümkün deyildi,
çünki içində qopan fırtına onun qəlbini
yaralamışdı, sanki mənə söyləyəcəyi
çox şey vardı, fəqət hamısını içində
saxlayırdı. Nə danışa, nə də söyləyə
bilirdi. Onu hər şey narahat edirdi. Ge-
cənin səssizliyi də, günəşin qızmarlığı
da, yağışın damlaları da, qarın lopa-
lopa yağması da, həyatın yorğunluğu
da... O,
bizi tərk edib getdi, mən ona qal