Üç aylıq ədəbiyyat dərgisi
123
Hansısa dili lal olmuş dədəmə deyibmiş
ki, qızın rusların içində böyüyüb,
Bakıya zada da tək buraxma. Ver ərə
getsin, qoy Rusiyanın havası da
başından çıxsın. Elə sən də həmişə
mənə inamsız olduğundandı ki siftə
gündən gözümün odunu aldın.
Gözüqıpıq elədin məni. Canavar
gözündə görmüşəm səni ömür boyu.
Sərdar başqa adam idi. O, dünyada
inanmazdı ki, Sevil pis iş tuta.
Pauza
Budur. Sən artıq danışa bilmirsən.
Mənə əmr edə bilmirsən. Mən sənsiz
bilmirəm nə qərar verim. Nəyi necə
edim. Hətta bilmirəm hansı paltarımı
geyinsəm, sənə xoş gələrdi?! Heç birini
alanda deməmisən ki, “arvad, bu paltar
sənə nə yaxşı yaraşır!”
Əlləriylə bədənini ovuşdurur. Üşüyür.
Təzədən pəncərəni bağlayır.
Yataqda yatan adama yaxınlaşır.
Yataqda ərinin böyründə oturur.
Səsi titrəyə-titrəyə danışır.
Mən də Anna Karenina kimi hərəkət
edə bilərdim. Ürəyimin səsinə qulaq
verər,
Sərdara
onsuz
yaşaya
bilməyəcəyimi
deyərdim.
Amma
hisslərimin əksinə hərəkət etdim.
Sərdarın mənə yazdığı məktubdan
utandım ömür boyu. O məktubu xatirə
kimi saxladığıma görə özümə çox
acığım tuturdu. Məktubu cırıb atmağa
da özümdə güc tapmırdım. Uşaqlar
doğulandan
sonra
özümü
sənə
öyrəşməyə məcbur elədim. İlk işim də o
məktubu cırmaq oldu. Biz Sərdarla
ayrı-ayrı böyük şəhərlərdə yaşasaydıq,
bəlkə də mənə asan olardı. Kaş ki, biz
onunla tez-tez üz-üzə gəlməsəydik?!
Atalarımız kirvə olandan sonra o, bir
dəfə də başını qaldırıb mənim üzümə
baxmadı. Sənə ərə gedəndən sonra isə
mən
onun
gözlərində
bir
sual
görürdüm: “Görəsən, ona yazdığım
məktubu cırıb atıbmı? Məktub ələ
keçməzmi?
Ona
olan
hisslərimi
uşaqlığın şıltaqlığı hesab eləyirmi? ”
O məndən çox məktubdan yana narahat
idi. Qəlb sakitliyi tapsın, özünü
günahlandırmasın deyə, mən hətta onu
“Sərdar qardaş ” deyə çağırmağa
başladım. Sevdiyim adam qardaşım
oldu.
Acı-acı gülür.
Gülə-gülə ağlayır. Burnunu çəkə-çəkə
dəsmal axtarır. Dəsmalı tapınca əlinin
arxasıyla üz-gözünü silir.
Sakitləşir.
Bilirsən, bütün bunları sağlığında sənə
danışa bilməzdim. Həmişə istəmişəm
ki, sən məni dinləyəsən, anlamağa
çalışasan. Həmişə arzulayırdım ki,
Sərdarı
unutmaqda mənə kömək
edəsən. Sən isə hər addımda məni
özündən uzaqlaşdırırdın. Sən bütün
gənclik macəralarından arxayınlıqla
danışırdın. Sənin arxayınlığın imkan
verirdi ki, sən öz gənclik hisslərinə
gülüb, ələ salasan. Mənimsə öz gənclik
hisslərimi
hətta
yada
salmağa,
xatırlamağa haqqım yox idi. Nəinki
onlardan sənə bəhs eləyə bilərdim. Ərli
qadın ola-ola, uşaqlıq, gənclik sevgimi
xatırlamaq qəribə günah hissi verirdi
mənə. Çünki bilirdim onu səndən gizli
xatırlayıram. Sənin kürəyinin arxasında
sığınıram gənclik xatirələrimə. Bu isə
xəyanət kimi bir şey idi. Sən mənim
bütün bu hisslərimdən xəbərsiz idin.
Mən özümü tez-tez Anna Karenina ilə
müqayisə
edirdim.
Həmişə
də
üstünlüyü ona verirdim. Anna Karenina
məndən səmimi, məndən cəsarətli idi.
Mənsə qorxaq xəyanətkardan başqa bir
şey deyildim.
124
№ 2 (14) Yay 2015
Sənin heç nəyi gizlətməyə ehtiyacın
yox idi. Mənim yanımda alnı açıq, üzü
ağ gəzirdin. Hətta mən hamilə olduğum
vaxtlarda yüngül qadınlarla durub-
oturduğunu gizlətmirdin. O qədər rahat
olurdun ki, hər şey öz-özünə aşkara
çıxırdı. Zarafata salır, ya gülə-gülə
boynundan
atırdın,
ya
da
qabaqdangəlmişlik eləyib döyürdün
məni.
Dərindən ah çəkir. Ayağa qalxır, otağı
tərk edir. Stəkan cingiltisi, qab-qacaq
səsi, sonra da su şırıltısı eşidilir. Əlində
stəkanla
səhnəyə
qayıdır. Sudan
qurtumlaya-qurtumlaya
pəncərəyə
yaxınlaşıb pərdəni aralayır. Səhər
yavaş-yavaş yaxınlaşır. Uzaqda gün
qızarmağa başlayır.
Pərdəni örtüb çəkilir. Üzü çarpayıya
tərəf durur.
Mənə elə gəlir ki, illərin ağırlığı qalxdı
çiyinlərimdən.
Stəkanı termonun üstünə qoyur. Ordan
üst-üstə yığılmış bir neçə vərəq götürür,
gözdən keçirir. Dərindən köks ötürərək
çarpayıya yaxınlaşır.
Əlvida, əzizim. Həyatımda heç vaxt
səninlə bu cür səmimi ola bilməmişəm.
Bizim bu yerlərin qadınlarının çoxunun
həyatı belə keçir. Onlar bir ömür boyu
səmimiyyət həsrətində yaşayırlar. O
qədər şey olub ki, sən istədiyin üçün
qəbul eləmişəm, amma istəmədiyimi
dilə gətirə bilməmişəm.
Hətta bircə dəfə
olmayıb ki özüm bəyəndiyim paltarı
geyinim. Saçımı da sən istədiyin kimi
hörüb kürəyimə atdım həmişə. Onları
bir dəfə də küləyə verə bilmədim. Bir
dəfə də külək öpmədi tellərimi, külək
oynatmadı. Səninlə nə toya, nə yasa
getməli deyildi. Başımı qaldırıb göydə
uçan quşa da baxsam, az qala qan
düşürdü. Hamının ayağına baxmağa
vərdiş eləmişdim. Adamların hamısını
ayaqlarından
tanıyırdım.
İndi
adamların
adları
gələndə
onları
üzləriylə
yox,
ayaqqabılarıyla
xatırlayıram. Sərdar həmişə bahalı
ayaqqabılar geyinirdi, həmişə də onları
təmiz
saxlayırdı.
Ayaqqabıları
köhnələnəndə də o, bunu gizləməyi
yaxşı bacarırdı. Sənin ayaqqabılarını
hər gün öz əllərimlə təmizləyirdim.
Amma sanki sən mənim acığıma, sırf
mənə əziyyət vermək üçün kəndin ən
palçıqlı yerlərindən keçib gəlirdin.
Kişilərin ayaqlarına baxa-baxa mən
kəndin ən gözəl ütü çəkə bilən və
əlindən şalvar ütüləmək gəlməyən
qadınları kimlərdi bilirdim.
Eh... belə getsə sözüm qurtaran deyil.
Günəş qalxdı əməlli-başlı. Gedim
Esmiranın dükanından sənə təmiz əyin-
baş alım gətirim, üzünü qırxım. Sonra
bacılarına, qızlarına, qardaşına xəbər
eləyim.
Səni tanıdığım gündən bəri ilk dəfə
susaraq, heç bir söz demədən,
çığırmadan,
bağırmadan,
sözümü
kəsmədən dinlədin məni. İlk dəfədi
səninlə
belə
ürəkli
danışdım.
Dediklərim səni incitdisə, bağışla məni.
Divarı döyürlər. Divarın o üzündən
boğuq qadın səsi gəlir. Səs-küydən
narazıdırlar.
Üzünü səhnəyə tutur.
Bu qonşunun əlindən günüm yoxdu ki!
Əməlli-başlı məni görməyə gözü
yoxdu. Elə bilir aktrisayamsa, düz
yolun yolçusu deyiləm. Halbuki elə
olsaydı, şəhərin kənarında ucqar bir
yataqxanada
birotaqlı
mənzilə
sığınardımmı? Eh, mənim taleyim də
qəhrəmanımın taleyi kimi ağırdı. Mən
indi sizə necə başa salım ki, otuz ildən
sonra bu rol mənim teatrda oynadığım
ilk baş roldu. O da ona görədi ki, bu