Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

86
№ 2 (14) Yay 2015 
 
Ürəyə,  qəlbə  hökm  etmək,  ona  «fasilə» 
vermək 
mümkün  deyil.  Vuruldunsa, 
sevdinsə,  istəyini  tez  bir  zamanda  dilə 
gətirməlisən, 
sevdiyinə 
bildirməlisən. 
Sevgini  hərbi  sirr  kimi  gizli  saxlamaq 
olmaz.  Bir  dəfə  bu  haqda  söhbət  edəndə 
Gülnardan  sevgimə  müsbət  cavab  aldım. 
Elə 
bil 
dünyanı  mənə  vermişdilər. 
Qanadlanıb  göylərə  uçmaq,  qartallar  kimi 
göydə, geniş səmada dolaşmaq istəyirdim. 
Atəşkəs  elan  olunandan  sonra 
gurlayan  toplar,  şaqqıldayan  avtomatlar 
susdu.  Barmaqlar  silahların  tətiyindən 
çəkildi.  Qıcanmış  dişlər  boşaldı,  silahın 
nişangahına 
qıyılmış 
gözlər 
açıldı, 
səngərlərə  sükut  çökdü.  Çox  keçmədi  ki, 
könüllüləri  ordu  sıralarından  buraxdılar. 
Hərbi hissədən Gülnarla eyni gündə çıxdıq. 
Onu  rayonlarına  apardım,  evlərinə  getdik, 
valideynləri 
ilə 
tanış  oldum.  Sonra 
qardaşının məzarını ziyarət etdik.  
Valideynlərimi 
Gülnargilə  elçi 
göndərdim.  İki  aydan  sonra  toyumuz  oldu. 
Gülnar  evimizə  gəlin  köçdü.  Davuddan 
yadigar  qalmış    kəmərini  də  özü  ilə 
gətirmişdi.  İndi  bu  kəmər  Gülnarla  məni 
bir-birimizə  bağlamışdı.  Bizi  bu  kəmərin 
arasından heç kəs çıxara bilməzdi. Xoşbəxt 
idim.  İlk  övladımız  oğlan  oldu.  Adını 
Davud  qoyduq.  Sonra  iki  qızımız  dünyaya 
göz açdı. 
Həyətdə oynayan oğlum Davud bir 
yerdə  dayanmadan  hey  ora-bura  qaçırdı. 
Yaman  şıltaq  uşaq  idi,  ipə-sapa  yatmırdı. 
Böyük  olsa  da,  hərdən  dayısı  Davudun 
kəmərini  belinə  bağlayırdı.  Tay-tuşlarına, 
«Qəhrəman  kəməridi,  şəhid  kəməridi, 
dayımın  kəməridi»  -  deyə  qürrələnirdi. 
Gülnarla  ona  baxanda  sevinirdik,  ürəyimiz 
açılırdı.  Heç  elə  bil  Davud  ölməmişdi, 
yaşayırdı… 
                                                                          
 
                                 
 
 
 
                             
         
        Axşam  vaxtı  idi.  Hava  sanki 
yenicə qaralırdı. Evlərinə yaxınlaşdıqca 
izdihamın  daha  böyük  olduğunu 
görürdü.  Kurtkasını  çıxarıb  qolunun 
üstünə  sərdi.  Binalarının  qabağındakı 
parkda  əmisi  və  kiçik  qardaşı  ilə 
görüşüb  öpüşdü.  Bilmədi  əmisinəmi 
başsağlığı  versin  ya  bunu  ondanmı 
qəbul  etsin.Skamyada  oturmuş  bir 
qohumunun  qucağındakı  körpə  uşağı 
oxşadı.  Ev  getməyə  tələsmirdi  sanki. 
Binaya  çatmağa  az  qalmış  anasını 
gördü.  Anası  onu  qucaqlayıb  boynuna 
sarıldı və dedi: 
-
 
Ağlama. 
      O,  ağlamırdı,  amma  anasının  elə 
deməsi  sanki  onu  ağlatdı.  Bir  anlıq 
kövrəldi,  amma  tez  də  özünü  topladı. 
Ağlamağı  heç  sevmirdi.  Uşaqlıqda  çox 
ağlayardı. Ancaq böyüdükcə bu hal ona 
yad  gəlirdi.  Atasının  ölüm  xəbərini 
eşidəndə  də,  evlərinə  gələndə  də 
ağlamaq  hissi  yox  idi.  Sadəcə  itki  hiss 
edirdi. Bilmədi o mu anasına başsağlığı 
versin  ya  bunu  ondanmı  qəbul  etsin. 
Beynindən  keçirirdi  ki,  başqa  tanıdığın 


                            Üç aylıq ədəbiyyat dərgisi 
87 
 
adamların  atası  rəhmətə  gedəndə, 
onların  yasında  iştirak  edəndə  adamın 
sanki  vecinə  olmur  və  içində  “nə  yaxşı 
ki,  atam  sağdı  və  bəlkə  də  ölməyinə 
hələ çox var” deyə düşünürmüş. Amma 
ölüm  elə  bir  şeydir  ki,  ondan  qaçış 
yoxdur, tez-gec səni də, sənin əzizlərini 
də  öz  ağuşuna  alacaq.  Sadəcə  ən  pisi 
odur  ki,  ölüm  sənin  arzulamadığın  və 
heç  arzulamadığın  zamanda  gəlir. 
“Sanki  ölümü  arzuladığın  vaxt  varmış 
kimi”  –  düşündü  və  az  qala 
gülümsəyəcəkdi. Özünün ölməyini daha 
çox  istərdi,  nəinki  atasının.  Allahdan 
ölməyini,  kənardan  insanların  onun 
ölümünə  münasibətini  bilmək  və 
yenidən  qayıtmaq,  kimin  sevindiyinə, 
kimin  kədərləndiyinə  görə,  kimlərin 
onun  var  olmağı  ilə  yox  olmağı 
arasındakı  fərqi  duyub-duymadığını 
onların 
qarşılarına 
çıxıb 
demək 
istəyirdi. 
Bu 
zaman 
bir 
anlıq 
C.Məmmədquluzadənin  “Ölülər”  əsəri 
yadına  düşdü.  İndi  bir  daha  dərindən 
dərk  elədi  ki,  nədən  insanlar  ölmüş 
adamlarının  dirilməyini  istəmirlər.  Axı 
ölmüş adam diriləndən sonra gəlib deyə 
bilər  ki,  “filankəs,  sənlə  bir  ton  çörək 
kəsmişdik,  mən  öldüm,  heç  yasıma  da 
gəlmədin” və ya “filankəs, bəs sən məni 
necə  sevirdin  ki,  öldüm,  nə  bir  qram 
kədərləndin,  nə  gizlicə  gəlib  qəbrimin 
üstünəbir  gül  belə  atdın,  bəlkə  də 
əksinə,  sevindin  ki,  nə  yaxşı  ondan 
canım  qurtardı,  çox  sıxılmışdım”  və  s. 
Kaş  kinolardakı  kimi  ölmüş  adam 
olaraq  rəsmi  qeydlərə  düşə,  üzünü, 
səsini  dəyişdirib  tanıdığı  adamları 
müşahidə edə biləydi.. 
     Anasından ayrılıb mərasim mağarına 
doğru  getdi.  Girişdə  kiçik  əmisi  ilə 
görüşdü. Əmisi ona söz atdı: 
-
 
Nə  yaxşı  gəlib  çıxa  bildin  – 
deyəndə 
birdən 
ölkə 
xaricindəki əmisi yadına düşdü. 
-
 
Bəs  o,  hardadı?  Niyə  gəlib 
çıxmayıb?! 
        Mağara  baxıb  qohum  və  tanışlarla 
başı  ilə  salamlaşdı.  Nədənsə  kimsə 
“Başın  sağ  olsun”,  “Allah  rəhmət 
eləsin”  demirdi.  Bəlkə  artıq  anasına  və 
qardaşlarına  deyildiyinə  görə?!  Bəlkə 
dəfnə 
özünü  çatdıra  bilməməyinə 
görə?!Hər  kəsdən  öncə  özünü  niyə 
məhz  dəfnə  gələ  bilmədiyinə  görə 
qınadı.  Qardaşları  çatmışdı,  amma  o, 
gələ bilməmişdi, özünü ancaq ki, üçünə 
çatdırmışdı.  Axı  nə  mane  olmuşdu? 
Bunu 
düşünmək 
istəmirdi, 
çox 
yüklənmişdi  və  sanki  dərd  onu  elə 
boğurdu  ki,  fikirləşməyə  belə  mane 
olurdu.  Mağarın  içinə  doğru  getdikcə 
atasını xatırlayırdı. Axı atası onlar üçün 
çox  əziyyət  çəkmişdi,  hər  işlərinin 
arxasınca getmişdi, elə illər olmuşdu ki, 
ölkədə vəziyyət pis olanda başqa ölkədə 
fəhlə də işləmişdi ki, ailəsi ac qalmasın. 
Axı  necə  ola  bilərdi  ki,  hamıdan  çox 
sevdiyi 
atasının 
dəfninə 
gələ 
bilməmişdi?!  Onu  son  dəfə  nə  vaxt 
görmüşdü,  görəsən?  Bir  neçə  ay  öncə. 
Sonra  işdən  imkanı  olmamışdı  ata-
anasına  baş  çəksin.  Amma  demək  olar 
ki,  hər  gün  telefonla  danışırdılar.  Ən 
çox  yandığı  şey  o  idi  ki,  atası  heç  bir 
övladının  xeyir  işini  görə  bilmədi. 
Bunda  özünü  əsas  günahkar  hesab 
edirdi. 
Amma 
indi 
harada 
səhv 
buraxdığını düşünməyin də mənası yox 
idi.  Keçib  mağarda  oturdu.  Bərk 
acmışdı.  Stola  yemək  qoydular.  Nə 
olduğuna heç baxa bilmədi də.. 
       Telefonun  zəngli  saatı  vurdu.  Saat 
08:00 
idi. 
Tərləmişdi. 
Gözlərini 
ovxaladı. Gördüklərinin real olmadığını 
dərk  etməyə  çalışırdı.  Bir  də  eşitmişdi 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə