Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə87/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   84   85   86   87   88   89   90   91   92

Üç aylıq ədəbiyyat dərgisi 
183 
Bir ülgüç gətir!  
Saçlarımı qırxmaq istəyirəm ki
 baş örtüsüz dolaşa bilim insanların 
içində. 
Saçlarımın gözəlliyi azadlığımı əlimdən 
almasın. 
İynə—sap gətirməyi unutma! 
Dilimi və dodaqlarımı tikmək istəyirəm. 
Böyləsinə hayqırışlarım içimdə boğular.  
“Azadlıq” bağırdığımı kimsə duymaz. 
Duyub da “şəriətdə qadının səsi 
duyulmamalı”- 
 söyləməz. 
Ən önəmlisi bir qayçı gətir! 
Saqın qayçı gətirməyi unutma! 
Düşüncələrimi qayçılamaq istəyirəm. 
Yuyucu tozlar da gətir lütfən! 
Beynimi yumaq istəyirəm. 
Beynimi yuyub asılqandan asmaq 
istəyirəm. 
Beynimdəki düşüncələrimi  
küləklər aparsın ərəbin viran etdiyi 
yerlərə. 
Bilirsənmi? 
Gerçəkçi olmaq lazım, 
Tapsan, səsboğan da gətir! 
Sevib seçdiyim üçün fahişə 
adlandırıldığımda 
Səsimi boğazımda boğmaq istəyirəm. 
Kimliyimin bir kopiyasını istəyirəm. 
Din qardaşlarım və bacılarım, 
Məni doğru yola çəkmək üçün 
 təhqir edib söydüklərində 
Kim olduğumu xatırlamaq istəyirəm.  
Səni Tanrı... 
Bir yerdə haqqın satıldığını görsən 
Mənim üçün al... 
Al ki, yeməyimə artırım onu. 
Başqasından öncə özüm öz haqqımı 
yemək istəyirəm. 
Sonunda paran qalarsa
Mənə boyunbağı şəklində bir plakard al! 
Boynuma asmaq  
və üzərində iri xətlərlə yazmaq 
istəyirəm: 
Mən insanam 
Mən hələ də bir insanam. 
Mən hər gün bir insanam.  
 
Çevirdi: Güntay Gəncalp  
  
 
 
ADİL
  YILMAZ 
             
(Türkiyə)
 
 
 
 
YAĞMUR
 
QUŞU
 
 
Bir xəbər çıxdı ağızlardan 
Sonra dünyanın orbitinə döndü 
Alıb rahatladı alıcıları, gərildi 
antennalar, elektriklər doldu 
Nə yaxşı bir hədiyyədir dedi duyanlar 
Səhər xəbər verin anasına – döndü 
yağmur quşu* 
Qanadında gümüş hədiyyəsi 
Parıltısı görənləri heyran edir bir qmaşa 
sarılı qutunun 
Bir vaxt işıq-işıq idi göydə buludlar; 
Düşdü önünə bir evin qürub olduğunda 
Demək bitdi işi,dedi anası,  
Çıxıb göstərdi solğun üzünü 
Sözünü yeritdi, bir cüt parıltılı gözüylə 
Sahədən aşağı endirdiyi: 
sahandan aşağı düşürdüğü: 
Demək dönüb gəldi yağmur quşum, 
inanaqmı?  
Anaydı soran, sorduqca sordu: 
Bu necə bir türküdür ki, Kərkük divanı 
dururkən 
Yağmur quşu adı aldı o anda 


184
№ 4 (20) Qış- 2016
 
Açın, nə durmusuz, görəyim nadir 
boğçasını!.. 
 
Heç kimsənin ağlına gəlmədi bu necə bir 
quşdu 
Hansı soydan? Soxulcanabənzərdimi, ya 
martımı? 
Bu bir qanadlı böcəkmi, qılıcqağa-
flaminqomu  
Bəlli deyil 
Çulluqgillər də deyil, ya dəli küləkmidir, 
əcaba, 
Xeyir, deyil;elə desəm yenə dağıdar 
sağı-solu 
Gözlər yanarsa, ağacda meyvəmi qalar? 
ən yaxşısı vaz keçmək – bitsin, kəsilsin 
kökü. 
Üç barmaqlı bildirçingillərdən olsun 
Yox, yox. Növü nədir bu quşun, hansı 
nəsildəndir? 
Bu bəlkə şanapipikdir? Bilməm ki... 
Kətan quşu, şərq bülbülü, ya ərəb 
bülbülü; 
Nə qaldfı ki geriyə? Subtropik yağmuru? 
Xeyr, xeyir 
Çobanaldadan da deyil, ya keçisağanmı? 
Hər gecə aktiv bir quş... atar-atmaz 
bağça qapısından addımını içəri 
Bax necə qanadın açmış, olmuş bir cin 
Cin kimi durmaz yerində, haldan-hala 
düşər 
Şair Nabigadan bir misra, Tedmur degil 
sanırsan 
Daş sütunlardan qurulan 
Hər açılışda bir əsrlik səslər çıxar, dünya 
duyar 
 Sən üç de, mən yeddi qat deyim qaynar 
yerin altı kimi 
Düzülüb pozular Lozannadan bəri 
Və yenə sivrilər tək qanad üstündə durar 
üzgəclər 
 
 
--------------------------------------------------------
 
*Yağmur quşları – uzun dimdikli, su 
kənarında yaşayan quş. Əfsanəyə görə yağışı, 
qarı, bəd havaları və ölümü gətirən quşlar.
 
Bax neçə mil uzaqlardan gəlib atılan 
bomba altında indi! 
Hələ ayaq üstə dimdikdir! Bu dəfə də 
doqquz canlı bir divdir Mosul 
Evimizin kənarını sarırmış kimi barıt və 
qan qoxusu 
Işlənməyə hazır neft, yanmağa, 
yandırmağa hazır! 
 
Enər eyvandan aşağı qucaqlar türkmən 
ana 
Dilində bir suala qarışmış bir türkü. Bir 
fəqan 
Bumudur mənə ərmağanın Mosulum? 
Yağmur quşum mənim, çöl quşum 
Malım, mülküm əmlakım?..  
 
gercekedebiyyat.com 
                                                                                                                   
Çevirdi   A.Qaradərəli 
 
 
SUNAY AKIN 
            
(Türkiyə

 
 
*** 
Mənimki bir əzilmiş uşaqlıq 
bir stansiyanın 
gəmilərin yanaşdığı yerə asılıdır 
üçtəkərli velosepedimin 
təkərləri 
 
Anasız böyüdüm çünki 
bir sərsəri kimi 


Üç aylıq ədəbiyyat dərgisi 
185 
qar üstündə 
və arxa bağçasında 
kasıbın bəslədiyi quzu 
 
Dodaqlarımı, elə buna görə 
ailədə belə 
bir şüşəyə dirəyib 
içməyi sevərəm  
qazlı suyu 
*** 
Yol kənarındakı 
yağış savacaqlarını 
nəzir qutusu bilib 
xərcliyimi atardım ora 
bu üzdən ən çox  
dənizlər bocludur mənə 
 
*** 
Sağır və dilsiz 
Ki oxşarkən  
Sevgilisinin tənini 
əlləri ilə həm sevişir 
həm danışır 
 
*** 
Özgürlük kitabının  
Səhifələri arasına 
Cəlladları qurduğu  
Dar ağacındakı ip 
Yarımçıq qalan 
Səhifəni göstərir 
Oxumağa davam edəcək 
Neçə insana 
Evlilik şəkillərinin cırılaraq 
Qırılan çərçivələrinin  
Küçəyə atılan 
Taxtalarıyla düzəldilir uşaq tabutları 
Heç bir gənc qız 
Medalyonunda daşımır  
sevgisinin şəklini 
amma ölüm 
səhifələri  qazılmış 
bir eşq romanının 
içində gizlədir 
tapançasını... 
Çevirdi   A.Qaradərəli 
Ə
D
Ə
B
İ
YYAT 
TAR
İ
X
İ
M
İ
Z
İ
N  
AYIB YER
İ
 
 
Mikayıl Rəfili 
 
 
 
Son dərviş 
Dilim mənim ana dili qədər təmiz, 
sadə... 
Dinlə cənab 
Rəsulzadə! 
Bir devr var cibgirlər devri deyərlər 
isminə... 
Hər dönmədə bir şarlatan, 
Başında papaq, belində xəncəri... 
Olmuşdu hökümran... 
Bu idi qurduğun 
Azərbaycan! 
Bir zaman sən tapdın Qurana, 
Xəlifə ordusunun süngülərində 
Açdın parlaman... 
Aman nə yazıq! İki il belə sürmədi 
devrin, 
Böyük bir vulkan yatırmış əsrin 
üfüqlərində... 
Sən hördüyün o tor. 
O qarınca parlaman 
Boş bir bucaqdı: 
Requlyator 
Yerini dutan 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə