Üç aylıq ədəbiyyat dərgisi
5
Yazı insan oğlunun özü ilə həsbi-
halı,
içindəki
ikinci
MƏN-lə
dərdləşməsi, bir növ özünün özünə
verdiyi hesabatdır. Buna görə də, “sənət
sənət üçündür” deyimi hər zaman
keçərlidir. Lakin...
Hə, bu lakinlərsiz həyatın da,
yazının da bir dadı olmaz ki. Yazıçı hər
şeydən öncə bir fərddir, amma həm də
ictimai mühitin bir parçasıdır. O, heç
vaxt tək özündən yaza bilməz. Hətta
bəzi yazarların etiraf etdiyi kimi,
yazdıqlarının
onda
doqquzu
avtobioqrafik xarakter daşısa da. Burda
da bir onda bir var axı! Demək, yazıçı
yaşadığı cəmiyyətin bir hissəsidir, özünü
bu cəmiyyətdən təcrid edə bilməz.
Məsələn, Selincer kimi. Zira onda
yazıçılıq
bitər.
Zatən
Selincer
özünütədricdən sonra bir yazıçı kimi
bitmədimi? (Əvvəl yazdıqları hesabına
yaşaya bildi.)
Bu uzun girişi niyə verdim? İş
ondadır ki, hərdən qınaqlar eşidirəm:
yazıçı
siyasətə
bulaşmamalıdır.
(“Bulaşmamalıdır”! Guya siyasət şirədir,
yazıçı da milçək. Sənəti və sənətkarı bu
qədər
də
aşağılamazlar???) Yazıçı
müstəqil olmalıdır. (Müstəqillik gözəl
anlayışdır, əcəba bunu deyənlərin özləri
nə qədər müstəqildilər görəsən?!) Yazıçı
yazısında
oxucunun
səviyyəsinə
enmməməlidir... Sonuncu iki fikirlə
hardasa razıyam. Amma yenə hardasa...
Böyük ərəb şairi Adonisin şeirlərini
bu sayımızçün çevirəndə maraqlı bir
fikrinə rast gəldim: “Mənim üçün
önəmli olan yasaq və gizli olandır.
Gələcəyin şeiri rədd edənlərin ölkəsidir
dediyim zaman insanı və onun gerçək
yaşamını daha yaxşı anlamaq üçün
mövcud qurumları rədd etməyin gərəkli
olduğunu qeyd edirəm.”
Mənim bu adda bir müsahibəm var:
”Yazıçı
siyasətin
ayağına
getməməlidir.” Tamam. Yazıçı siyasətin
və siyasətçinin ayağına getməməlidir,
fəqət
siyasəti
ayağına
gətirməyi
bacarmalıdır.
Siyasət
yazıçının
əsərlərindən
bəhrələnməli,
onun
əsərlərində qurduğu dövlətin, yaxud
hər hansı bir təşkilatın fəaliyyətindən
yararlanmaq üçün...
“Əllidən
bir
kəm”i
yazdığım
vaxtlarda bir çox kitablar, mənbələr,
hətta arxiv sənədlərinə göz yetirdim.
Təbii, ən çox marağımı çəkən Cavid
oldu. Bu müqtədir sənətkar yeni yaranan
Sovet cəmiyyətinin bütün məqsəd və
məramlarını
bilə-bilə sanki tarana
gedərək
öz
yaradıcılıq
qayəsini
qorxmadan elan etmişdi:
Mən fəqət hüsni-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.
Yazarın özünün bir məsləki, qayəsi
olmalıdır – bunsuz onun yaradıcılığı
sönük ocağı xatırladar. Belə ocağın isə
istisindən çox, tüstüsü olduğu bəlli...
BAŞ REDAKTORDAN
6
№ 4 (20) Qış- 2016
ƏDƏBİYYAT
XƏBƏRLƏRİ
2016-cı il ədəbiyyat üzrə
Nobel mükafatına Bob
Dilan layiq görülüb
Bob Dilan ABŞ musiqiçisi, şairi və
ssenaristidir. O, mükafatı Amerika
musiqi ənənəsi çərçivəsində yeni poetik
ifadə tərzi yaratdığına görə alıb.
Əsl adı Robert Allen Simmerman
olan rok musiqiçisi Bob Dilan 1941-ci
ildə anadan olub. 1960-cı illərdən
karyeraya başlayan musiqiçinin şeirləri
sosial-siyasi məzmunu ilə seçilib. O,
"Qremmi", "Qızıl Qlobus", "Oskar"
mükafatlarına layiq görülüb. 1994-cü
ildən başlayaraq rəssamlıq və qrafika
üzrə altı kitab nəşr etdirib. Bob Dilanın
albomlarının ümumi satış tirajı 100
milyon nüsxədən çoxdur. 2012-ci ildə
ABŞ prezidenti Barak Obama ona
"Azadlıq" medalını təqdim edib. Bob
Dilan
2008-ci
ildə
ədəbiyyat,
jurnalistika, musiqi və teatr sahəsində
xidmətlərinə görə verilən "Pulitzer"
mükafatına layiq görülüb.
Qəribədir ki, uzun müddət bu xəbəri
susqunluqla qarşılayan Bob Dilan,
əvvəlcədən
planlaşdırdığı
işlərinin
olduğunu bildirərək, mükafat törənində
iştirak edə bilməyəcəyini dilə gətirib.
Şekspirin məzarı açılıb
Uilyam Şekspirin 1616-cı ildən bəri
toxunulmayan məzarı elmi araşdırma
məqsədilə açılıb.
Məlumata gör, ingilis sənədli film
kanalı Şanel-4 yazıçı Uilyam Şekspirin
məzarını açaraq araşdırma aparır. Onun
məzar
daşına yazılan və illərlə
tədqiqatçıların uzaq durmasına səbəb
olan lənətə rəğmən, Şanel-4 kanalı belə
bir riskə gedib.
Araşdırmanın məqsədi Şekspirin
həyatında
naməlum
sirləri
aşkarlamaqdır.
Ancaq məzar daşındakı lənət ingilis
xalqını qorxutmağa davam edir. Qəbrin
üzərində böyük şairin öz şeirindən bir
bənd həkk olunub:
“Ey əziz dost, tanrı eşqinə,
bu daşın altında yatana dəymə,
oyatma yuxudan sümüklərimi,
lənətə gəlsin ona dəyəni”.