Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

30
№ 4 (20) Qış- 2016
 
ən yaxşı təsəllini ağıllı adam yox,  
dəli adam verə bilər 
deyər ki ağlın olsun yaşama
özünü as, 
köynəyinin yaxasını açar  
boynu kəsik-kəsik 
deyər ki intihar edirdim, 
yaxınlarım qıymadı bir kəndiri mənə 
 
tanrıya dua edər ki, 
tanrı nə yaxşı məni dəli yaratdın 
ağıllı yaradıb,dəli eləmədin 
şükür sənə,tanrı bu gündən  
bəlkə məni it eləyəsən 
it günündə yaşamaq istiyirəm,bezdim  
adam günündən 
 
 
*** 
sən də çıxıb gedənnən 
buralarda hüzündü. 
yarıdan çox ağrımaq; 
sən bildiyin üzüntü... 
 
hər şey qoyduğun kimi. 
hər şey yeri-yerində. 
dəyişən heç nə yoxdu 
ayrılıq şəhərində... 
 
bizdə bütün il boyu 
qaranlıqdı pəncərə 
gündə yüz yol ölürəm 
darıxıram min cürə... 
 
necə ki səhər olur 
günəş çıxır işartı 
məni rahat buraxmır 
zəhrimar bu diş ağrı... 
 
gör nə qədər vaxt keçib  
bildiyin nə çox,nə az 
sənə daha demirəm  
vaxtın olsa mesaj yaz... 
 
 
unudulmuş qadından sonrakı 
gün... 
 
hara qaçırsan qaç  
adam sonda gəlib özünə çıxır, 
özündə darıxır.. 
niyyəti  pozulmuş  adamlar  öz  fikirlərini 
də zorlayırlar. 
sevismək üçün kişiyə qadın bədəni yox, 
qadın qoxusu lazımdı. 
həm 
də 
qadın,  sevməkdən  çox 
darıxmaqdan ötəridi. 
 
bütün insanlar  istənilməyən şeyi istəyir, 
darıxmaq istəmədiyi adam üçün darıxır 
məsələn mən on bir ay darıxıram,son bir 
ay üçün... 
 
sevmək də nisbidi,ayrılmaq da.  
ayrılmaq həmişəlik sevməkdi.. 
bütün ilahi sevgilər tükənə bilir, 
zaman hər şeyi unutdurur 
 gec-tez  yada sala-sala.. 
 
sol  tərəfimin  ağrısına  sağ  tərəfim 
şərikdi. 
özgə ağrılar sənin qədər qəddardı, 
and ola bir ovuc əllərinə 
üzümdəki  kədər  cizgiləri böyüdükcə 
məsum uşaq baxışlarım da ahıllaşır. 
yenidən ömrü başlamaq olsaydı, 
hamının yerinə uşaqlaşardım, 
bir də heç vaxt  böyüməmək şərtiylə.. 
 
səni unutduğuma əmin olma 
mən adamı pis vaxta sevirəm 
istiyirsənsə gəl, 
əgər bədənində sevməyə yerin qalıbsa 
heç də bildiyin kimi deyil, 
inanmırsansa gəl özün gör 
gələrkən əllərini də gətir,tutunum həyata 
bir qucaq ümid gətir noolar
bir nəfəs qoxu.. 
 
 
 


Üç aylıq ədəbiyyat dərgisi 
31 
sənin azadlığın 
 
uzaqdan baxmaq idi mənimki 
sənə yaxınlaşmaq deyil. 
uzaqdan sevmək idi mənimki 
yaxindan vurulmaq istəmirdim əsla. 
taniş idin gözlərimə,yəni hami kimi idin. 
indi biz fərqliyik ayrılmış insanlarıq... 
illər sonra getmişləri xatırlatdın 
gələrkən də ayrılıq gətirdin 
qaranquş yaz gətirər kimi... 
bir şey də buraxmadın arxanca 
baxıb darıxmağa, 
hüzünlənməyə .. 
alaçıqdı ürəyimin hər yeri 
günəş üfqləri isitmir bu köhnə xarabanı. 
bircə tək getmə məndən 
izn ver səni ötürüm  
ki, nigaran qalmasin gözlərim 
ən axrıncı nöqtədə sarılarsan mənə 
hələ oracan sevək bir-birimizi... 
 
    XEYRULLA 
         XƏYAL 
 
       
 
 
İNƏYİN SATMAĞA 
APARILMAĞI 
 
(Ərəbqardaşbəyli, 1963, payız) 
                     
           Azad QARADƏRƏLİYƏ 
 
“Sən burdan itələ, sən də çək ordan!” 
Lələm qışqırırdı köməkçilərə. 
İnəksə suvatın lap qırağında, 
Durub dirəmişdi özünü yerə. 
Gündə su içdiyi həminki Kürdü, 
İndi salırdılar özünü suya. 
Alma gözlərindən yaş tökülürdü, 
Elə bil gedirdi başı baltaya. 
  
Kolazda oturan çəkir ciyəni, 
Daldan itələyən ağac döşəyir. 
Üzülür ayağı birdən inəyin. 
Büdrəyib özünü toxuyur Kürə. 
  
Kolazı çəpləyir lələm oturub, 
Mal, ciyəsi əldə üzür yanaşı. 
Mən də oturmuşam sarımı udub, 
Çaşdırıb halımı malın təlaşı… 
  
Lap iti vaxtıdır Kürdə axarın, 
Lələm təngnəfəs, lələm qəzəbli. 
İnəyin gözündən yenə yaş axır – 
Canavar ağzında üzür elə bil. 
 
Çatırıq o taya. Özü dırmanır, 
İnək, büdrəsə də, suvata burda, 
Alma gözlərinin yaşı dayanmır. 
Titrəyib suyunu yazıq sıçradır… 
  
Asfalt qırağıyla çıxırıq yola, 
Lələm əldə ciyə düşür qabağa 
Arxadan qovuram mən də çubuqla, — 
Salyana gedirik malı satmağa. 
 
 İndi də gözümün qabağındadır, 
O yol ki, uzandı günbatanacan. 
Lələm acıqlıdır, qaşqabaqlıdır, 
Titrəyir, nədənsə qurumur heyvan… 
  
Sabir dayımgildə gecəni qaldıq, 
Səhər malı satdı bazarda lələm. 
Gəzişib ayından-oyundan aldı, 
Vurdu saqqalını surralı Qələm… 
 
 İndi  də lələmin həmin yaşında, 
Ölkədən ölkəyə adlamışam mən. 
Həm ömür uzandı, həm də yol, indi, 
Canavar ağzında özüməm üzən… 
               30.09.16 
             Samara 


32
№ 4 (20) Qış- 2016
 
ZAUR SAHİL 
 
 
QALDI 
Yağış girdi gözlərimə, 
Qəlbimdə dağ gülü qaldı. 
Qar od saldı saçlarıma, 
Başımda ağ külü qaldı. 
 
Halal yedim çörəyimi, 
Külək döydü ürəyimi, 
Anam dedi örpəyimi, 
At üstünə, ölü qaldı. 
 
    *** 
Vətən bir güzgüdür. 
Ancaq qürbətə çəkilib, 
Özünü vətəndə 
görə bilərsən. 
 
      *** 
Anamın göz yaşını  
görməyim deyə. 
Yağışlı havada 
öləcəyəm mən. 
Qoşulub yağışa 
güləcəyəm mən. 
Məzarım uşaqkən 
qazıldığı üçün, 
Öləndə uşağa 
dönəcəyəm mən. 
 
QÜRBƏTDƏN MƏKTUB 
 
Qürbətin yolları nə uzun imiş, 
Çatmır vətənə ki, gedəm evimə. 
Atam kəndimizdən, Anam məzardan
Sevgilim şəhərdən gələ, sevinə. 
NƏSR - HEKAYƏ 
RÖVŞƏN  YERFİ 
 
 
ZAVALLI    ƏFİQƏ 
       uzun hekayə 
      (jurnal variantı) 
 
“Kişi  “kişi”  olarsa  nə  qadını, 
nə  qızı,  nə  də  ölkəsinin  qadınları 
yolunu azmazlar!” 
Şeyx Şamil   
 
 
Sərin payız gecəsi idi. Hüdudsuz 
səmanın  ənginliklərində  ulduzlar  bərq 
vururdu.  Cırcıramanın  həzin  səsi 
gecənin  sakitliyinə  hakim  kəsilmişdi. 
Yaxınlıqdakı  otların  arasından  gələn 
xışıltı,  xoş  təmasdan  sonra  otların 
üzərində  uzanıb  həzz  dünyasından 
ayrılmaq  istəməyən  Əfiqəni  diksindirdi. 
Gözlərini  açıb  ətrafa  göz  gəzdirdi.  Ani 
ağlına  gələn  fikirdən  qorxub  yanaşı 
uzandığı Cahidi qucaqladı: 
-  Xışıltını  eşitdin?  Olmaya  bizi 
kimsə güdür? 
-  Qorxma!  -  Cahid  arxayınlıqla 
onu  özünə  sıxdı.  -  Gecənin  bu  aləmi 
camaat  yeddinci  yuxunu  görür.  Kimə 
lazımdır  şirin  yuxusundan  keçib  bizi 
güdsün... 
- Bəs hardan gəldi o səs? 
-  Yəqin  qurbağa-filandı,  arxın 
ətrafında gəzişirlər. 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə