Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə32/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
69 
    Yenidən bir nömrə yığdı: 
    -Əmioğlu, 
hardasan? 
Ə, 
hələ 
vağzaldasan? 
Cayı 
başqa 
yerdə 
icərsən.Tez uzaqlaş oradan. Qorxmursan 
ki,  görər  səni?    Tez  bir  maşına  min  gəl 
rayona.Axşama  kimi  mütləq  burada  ol. 
Özü  də  ofis  tərəfə  gəlmə.  Arifin 
restoranında 
görüşərik.Yaxşı? 
Əmanətdən ehtiyatlı ol yolda.  
    -Oldu. 
      Telefonu  stolun  üstünə  atdı.  Ofisin 
pəncərəsindən  Aydın  müəllimin  evinə 
tərəf  boylandı.  Həyətdə  qoyulmuş  taxta 
skamyada  12  yaşlı  arıq  bir  qız  uşağı 
kitab  oxuyurdu.  Dadaş    beynində  
müəllimin  evinin  həyət  qarışıq  sahəsini 
hesablamağa calışırdı.   
 
 
 
 
 
 
Vəfa Mürsəlqızı 
 
 
 
 
 
        KƏSİK 
 
         Yuxudan  ayıla  bilmirdi. 
Könlündən  göz  qapaqlarını  barmaqları 
ilə  aralamaq,  üzünü  şillələmək  keçsə  də 
bacarmırdı.  Bir  də  yuxuda  susadığını 
hiss  edirdi.  Yuxusunda  arx  da  vardı. 
Kənarları  balaca-balaca  çaylaq  daşı  ilə 
örtülmüş  arx.  İstəyirdi  ki  əllərini  bu 
arxın  kənarlarına  qoyub  doyunca  su 
içsin,  amma  sanki  ona  nəsə  mane 
olurdu.  Hiss  edirdi  ki,  nəsə  xoşagəlməz 
bir  şey  olub.  Kirpiklərini  araladı, 
nəzərləri  bir  müddət  tavanda  dolaşdı. 
Key  kimi  olsa  da  burnın  onun  öz  evi 
oplmadığını 
başa 
düşürdü. 
Əlini 
qaldırmaq  istədi  ki,  gözlərini  ovxalasın. 
Əlləri qalxmadı. Hansısa gözəgörünməz 
qüvvə  elə  bil  ki,  onun  qollarını 
yanlardan  bədəninə  tikmişdi.  Boynunu 
bir  təhər,  bacardığı  qədər  uzadıb 
bədəninə  baxmağa  çalışdı.  Bədənin 
boyundan  aşağı  hisəsi  möhkəmcə 
sarınmışdı.  Bütün  vücudunu  soyuq  tər 
basdı.    Bir  də  baxdı,  daha  diqqətlə  və 
zəndlə.  Gözləri  elə  böyüdü  ki,  az  qala 
hədəqəsindən  çıxacaqdı.  Gördüklərinin 
yuxu  olması  üçün  Allaha  yalvarmağa 
başladı. Bir az yalvarandan sonra təkrar 
bədəninə  nəzər    salmaq  istədi.  Ancaq 
qorxurdu. 
Uçurumun 
kənarında 
dayanmış 
adam 
necə 
aşağıya 
baxmaqdan  qorxarsa,    o  da  eləcə  baxa 
bilmirdi  və  ya  baxmaq  istəmirdi.  Bütün 
vücudu  çiyinlərinə  toplanmışdı  sanki, 
çiyinləri  ürəyinin  tramplini  idi.  Nə 
vaxtsa  Xirosima  hadisələrində  qollarını 
itirmiş  vyetnamlı  Xanoy  adlı  uşaq 
barədə  oxumuşdu.  Özünü  bircə  anlıq 
belə  o  uşağın  yerinə  qoyanda  dəli 
olurdu.  Demək,  indi  o  da  qolsuz 
yaşayacaq? Dəhşət bürüdü kişini, içində 
üsyan, qorxu, təlaş vardı.                                                                                                                                                      
      Tfu,  zəhrimara  qalasan.  Bir 
milçək səhərdən bəri əl çəkmirdi ondan. 
Gah  gəlib  ağzına  girirdi,  gah  burnuna 
təpilir,  gah  da    qulağının  dibində 
vızıldayıb  zəhləsini  tökürdü.  Elə  bil  bu 
zalım  həşərat  da  onun  acizliyini  başa 
düşürdü  və  hər  vəchlə  onu  özündən 
çıxarmağa çalışırdı.      


70
№ 4 (20) Qış- 2016
 
       İki  ay  idi  ki,  xəstəxanadan 
çıxmışdı.  Bu  iki  ayın  hər  günü 
xəcalətindən  ölüb  yerə  girirdi.Təbii 
ehtiyaclarını  da  arvadının  köməyi  ilə 
edirdi.  Alışa  bilmirdi  vəziyyətinə, 
möhtaclığına, 
acizliyinə. 
Qadın 
bacardığı 
qədər 
ərinə 
ürək-dirək 
verməyə  çalışırdı.  Birinci  iki  həftəni 
daha  ağır  keçirdi.  Tez-tez  olmayan 
qolları  ağrıyırdı.    Hərdən  barmaqlarının 
qaşındığını  da  hiss  edirdi. Bəzi  vaxt  isə 
əllərini yana açıb möhkəmcə gərnəşmək 
keçirdi  ürəyindən.  Arabir  düşünürdü  ki, 
görəsən  onun  bədəninin  bir  hissəsi  olan 
qolları  haradadır?  Harda  çürüyür,  hara 
düşüb  qalıb.  Gecələr  ağlayırdı.  Eyni 
yataqda  yata  bilmirdi  arvadı  ilə.  Özünə 
sığışdırmırdı  bu  yarımçıq  bədəni  ilə 
sevdiyi 
qadının 
hansısa 
əzasına 
toxunmağı.  Qadın  ona  toxunanda 
əsəbləşirdi.  Evlərinə  tez-tez  ona  baş 
çəkməyə  gələn  adamlardan  zəhləsi 
gedirdi.  Ona  elə  gəlirdi  ki,  hamı  bura 
onun  şikəstliyinə  baxmaq  ,halına 
yanmaq  üçün  gəlir.  Çox  vaxt  içəri 
qoymurdu  gələnləri.  Onlar  da  o  biri 
otaqda  arvadı  ilə  oturub  çay  içir, 
gətirdikləri  təsəlli  payını  çay  fincanının 
kənarına 
qoyub  borclarını  vermiş, 
yüngülləşmiş  şəkildə  qapıdan  çıxırdılar.  
Heç kim başa düşmürdü ki, o gələnlərin 
onun yanında çay içmələrinə, barmaqları 
ilə  çini  fincanın  qulpuna  toxunmalarına 
dözə  bilmir.  Hər  şeydən  daha  çox  oğlu 
təəccüb edirdi.  Dörd yaşlı uşaq atasının 
qolsuz olmağına heç cür öyrəşə bilmirdi. 
Gəlib yanında dayanır, ağlayırdı ki, onu 
qucağına  alsın.  Bir  də  başqa  adamlara 
baxır, sonra isə atasına və onun qol yeri 
boş  olan  köynəyinə  nəzər  salırdı.  Sanki 
uşaq  ağlı  ilə  müqayisə  edirdi.  Qəribə 
hisslər keçirirdi,bəzən ona elə gəlirdi ki, 
qolları  yerindədir,lakin  kimsə  onları 
kəndirlə bağlayıb.                                                                                                                                    
        Demək bundan sonra bütün 
ömrünü  beləcə  qolsuz  keçirəcəkdi. 
Deyilənə  görə  protez  qollar  geymək 
olurdu.    Amma  bu  qollara  öyrəşmək 
yəqin  ki,  çox  çətin  idi.  Özünü  protez 
qolla  təsəvvür  edə  bilmirdi.  Toxuna 
bilməmək  çox  ağırdır.  Əlini  uzada 
bilməmək, 
barmaqlarınla 
saçlarını 
üzündən  geri  edə  bilməmək,  qollarını 
geniş  açıb  sevdiklərini  sinənə  basa 
bilməmək.  İnsanın  ən  adi,  sıradan 
saydığı  bəzi  hərəkətlər  var;  məsələn 
fincanı götürüb çay içmək, barmaqlarını 
şaqqıldatmaq.    Demək,    insanın  adi 
hesab etdiyi bu hərəkətlər özü də bir gün 
əlçatmaz  ola  bilərmiş.  Bütün  bədəni, 
bütün qəlbi ilə müharibəyə nifrət edirdi. 
Hərə  bir  cür  sevir  bu  dünyada. 
Biri  sevdiyi  insanın  qaş-gözünü,  biri 
bədən  quruluşunu,  bir  başqası  isə  səsini 
sevir.  Onun  bir  tanışı  vardı,  sevdiyi 
qadını  səsinə  görə  sevmişdi.  Hə,  məhz 
səsinə  görə.  Hətta  telefonda  bu  qıza 
dəlicəsinə  aşiq  də  olmuşdu.  Sonra 
görüşmüşdülər və oğlan görüşdən məyus 
qayıtmışdı. Qızın səsi və xarici görnüşü 
bir-biri  ilə  uzlaşmırdı.Amma  iki-üç 
gündən  sonra  yenə  əvvəlki  kimi 
danışmağa  başlamışdılar.  O  dostunu 
danlamışdı ki, niyə qıza ümid verir? Axı 
dostu  aydınca  demişdi  ki,  o  qız  mənlik 
deyil.  Dostu  az  qala  ağlaya-ağlaya  dedi 
ki, danışmasam yata bilmirəm. Mən onu 
yenə səsindən sevməyə başlamışam.                                                                                                                           
  O  qadının  saçlarını  sevirdi.  İlk 
dəfə  arvadının saçlarının ardınca düşüb 
getmişdi.  Qəhvəyi  rəngli,  sıx,  gur  uzun 
saç dalğası onu ardınca sürükləmişdi. O 
qız  onun  arvadı  olandan  sonra  da  bu 
saçlardan  doymaq  bilmirdi.  Ən  çox 
sevdiyi  nəvazişi  arvadının  saçlarını 
tumarlamaq  idi.  Eşitmişdi  ki,  saç  teli 
canlı olur. Saçlar hiss edir və hətta küsə 
də  bilir.  Qadın  da  öz  saçlarını  sevirdi. 
Tez-tez Hüqonun Fantinası kimi tellərini 
kürəyinə  tökür,  darayır,  saatlarla  saçları 
ilə  oynayırdı.  Oğlu  doğulanda  qadının 
saçları bir müddət töküldü. Deyirlər axı, 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə