Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə30/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
65 
pulunu  da  almışdı.  Söz  vermişdi  ki,  cay 
da  gətirəcək.  Bu  boyda  prosesdə  kupe 
qonşusunun bir dəfə də səsi cıxmamışdı. 
Oturub  ancaq  pəncərədən  qaranlığa 
baxırdı.   
     Çayları  gətirən  bələdci  yavaşca,  elə 
bil  utanırmış  kimi:  -  Cayın  stəkanı  50 
qəpikdir, - dedi. 
     Aydın  müəllim  tez  əlini  cibinə  salıb, 
bir  manatlıq  cıxardı.  Bələdci  pulu  alıb 
cıxdı. 
     Kupe yoldaşı:  
     -  Niyə  əziyyət  cəkirdiz?  Cox  sağ 
olun, - dedi.  
     -Nə əziyyət? Nuş olsun. 
    Söhbətə 
körpü 
salmağın 
vaxtı 
gəlmişdi. 
    Aydın  müəllim  caydan  bir  qurtum 
icdi. 
     -Qrafikə  görə  inşaallah  səhər  saat  8 
də Bakıdayıq.  
     -Elə olmalıdır. 
     -Mən  coxdandır  qatarla  getmirəm 
Bakıya.  Avtobusla  getmişəm.-  Səsinin 
tonuna  bir  gümrahlıq  verdi.  -  Qatarla 
uzaq  yol  gedəsən  ee...Yaxşı  mənzərəli 
yerlərdən kecəsən. 
    -Özü  də  vura–vura.  -  Kupe  yoldaşı 
gülümsündü.. 
    -Hə... - Aydın da gülümsündü. 
    -İcənsiz? 
   -Mən?  Belə  də.Toyda,  bayramda.Özü 
də  bircə  rumka.  Artıq  icə  bilmirəm.  Nə 
isə  mənə  düşmür.  Amma  siqareti  cox 
cəkirəm.  
    Susdular.  Siqaret  deyən  kimi,  ürəyi 
siqaret  istədi.  Zarafat  deyil,  qatara 
minəndən 
cəkməmişdi. 
Fikrə 
getdi:”Yaxşı,  bəs  necə  getsin  siqaret 
cəkməyə?  Cantasını,  cantadakı  xalqın 
əmanətini 
bu 
tanımadığı 
adamın 
yanındaca qoyub getsin? Başqa necə ola 
bilər?  Cantanı  da  özü  ilə  tambura 
aparmayacaq 
ki. 
Onda 
daha 
da 
şübhələndirər qonşusunu. Əşi, iraq olsun 
bu  adam  lap  cantanı  oğurlasa  da  qatar 
gedə gedə atlanmayacaq ki. Həm də lap 
mən  cıxandan  sonra  cantanı  acmaq 
istəsə,  o  da  mümkün  deyil.  Cantanın 
kodunu  hec  mən  bilmirəm.Dadaş  pulu 
qoyub  bağladı.  Rəqəmləri  də  özü  secdi. 
Dediki,  Bakıdakı  adam  bilir  cantanın 
kodunu.  Cantanı  verərsən,  pulu  sayıb 
qəbul  edər,  vəssalam.  Qayıdıb  gələrsən, 
qalan  200  manatını  da  alarsan  məndən. 
Bu kağızı da cırıb atarıq.” 
      Dadaş  50  min  manatı  onun  özünə 
saydırıb,  cantaya  qoyandan  sonra 
müəllimə  bir  kağız  da  yazdırmışdı  ki, 
filan  ayın  filan  günüdə  ona  50  min 
manat  verib.  Qol  da  cəkdirmişdi. 
Demişdi ki,belə lazımdır. 
     -Siz siqaret cəkmirsiz? 
    -Xeyr. Cəkən deyiləm. 
    -Onda mən bir siqaret cəkib, gəlirəm. 
     Qonşusu  təsdiqlə  başını  yüngülcə 
tərpətdi. 
     Tambura  gedəndə  bələdci  ilə  üzbəüz 
gəldi. Bələdci: 
     -Bir şey lazım deyil ki?-soruşdu 
    -Cox  sağ  olun.  Hər  şey  əladır.  Bir 
azdan yatırıq. 
     Tamburda  hec  kim  yox  idi.  Siqareti 
yandırıb,  möhkəm  bir  qullab  vurdu. 
Azca başı gicəlləndi.Yadına düşdü ki, bu 
gün  əməlli-başlı  cörək  də  yeməyib. 
Səhər  tezdən  arvadının  acdığı  səhər 
süfrəsindən  bir  dənə  şəkərburanı  cayla 
icmişdi.  Günorta  saat  3  də  Dadaşın 
ofisində  pulu  alıb  cıxandan  düz  axşam 
qatar  stansiyasına  gələnə  kimi  də  evdə 
ağzına caydan başqa hec nə vurmamışdı. 
Arvadı  nə  qədər  məcbur  eləmişdisə  də, 
könlüm 
istəmir, 
deyib 
hec 
nə 
yeməmişdi.  İştahası  yox  idi.  Hələ 
ürəyində  özünü  qınamışdıda:  ”Deyəsən, 
qorxursan  aa,  dostum.  Həyəcandan 
boğazın  da  tikilib.”  Elə  özü  özünə  də 
cavab  vermişdi:  “Nədən  qorxacam? 
Puldu  da.  Aparıb  catdıracam  yiyəsinə, 
vəssalam.  Qadağan  olunmuş  bir  şey 
aparmıram ki”.  


66
№ 4 (20) Qış- 2016
 
     Novruz  bayramından  bir  həftədən  də 
cox kecmişdi. Bayramda bişən plovdan, 
dolmadan  hələ  evdə  var  idi.  Arvadı 
bayramqabağı 
coxlu 
yer-yemək 
bişirmişdi 
ki, 
qardaşıgil 
qonaq 
gələcəklər.  Onlar  da  gəlməmişdilər. 
Qaynı  Rusiyada  yaşayırdı.  Cox  soyuq, 
fərsiz bir adam idi. Bayramdan-bayrama 
bacısına zəng etməyi vardı, vəssalam. 3-
4 ildən də bir  arvadı və iki oğlu ilə gəlib 
bir-iki  həftə  onlarda  qalırdılar.  Başqa 
düşərgə  yerləri  də  yox  idi.  Cünki  qaynı 
atasının  evini  coxdan  satmışdı.  Onlarda 
qaldıqları  o  bir-iki  həftəni  Aydın 
müəllim 
soğan 
kimi 
soyulurdu. 
Qonaqlarını  rayonun  gəzməli  yerlərinə 
aparırdı.  Gündə  kabab  məclisi,  daha 
nələr.  İstəyirdi  razı  getsinlər.  Necə 
olmasa,  Azərbaycana  gec-gec  gəlirdilər. 
Amma  qaynının  rus  arvadının  ağzı  hec 
vaxt düzəlmirdi. Gələndən gedənə qədər 
mısmırığını  sallayırdı.  Yuxarıdan  aşağı 
baxırdı  onlara.  Gedəndə  də  ağızucu  da 
olsa  Aydıngili  qonaq  da  dəvət 
eləmirdilər.  Qaynı  it  kimi  qorxurdu 
arvadından. Aydın ürəyində yüz faiz bu 
qənaətə  gəlmişdi  ki,  vaxt  gələcək  və 
qaynı  qocalıb  əldən  düşəndə  həmin  rus 
arvad  təpiyi  vurub  onu  it  kimi  qovacaq 
evindən.  Qaynından  zəhləsi  getməyini 
arvadına  demirdi.  İstəmirdi  xatirinə 
dəysin.Tək  qardaşı  idi.  Aydın  müəllim 
kimi  arvadının  da  nə  atası  var  idi,  nə 
anası.  Toyları  olanda  hamısı  sağ  idilər. 
Evləndiklərindən 25 il kecmişdi. Düz 13 
il  uşaqları  olmadı.  Nəhayət,  Allah  13 
ildən  sonra  bir  qız    qismət  elədi.  Uşaq 
olanda Aydınun anası sağ idi. Arvadının 
təklifi 
ilə 
körpəyə  nənənin  adını 
qoymuşdular - Cəvahir! İndi yekə qızdır 
Cəvahir,  12  yaşı  var.  Əlacıdır.  Allah 
Aydın müəllimin calışqanlığından, elmə 
həvəsindən  də  verib  Cəvahirə.  Arzusu 
həkim olmaqdır. Cəvahiri fikirləşən kimi 
gülümsündü  -  Ay  səni  nənəqız!  –  deyə 
özü-özünə  pıcıldadı.  Belə  əzizləyirdi 
qızını. 
     Siqaretin kötüyünü tamburdakı dəmir 
vedrəyə atıb cıxdı. 
     Kupe yoldaşı elə paltarlı-zadlı üstünü 
də  örtmədən  yerində  uzanmışdı.  Aydın 
müəllim kupeyə kecib yerində əyləşdi. 
     Kupe yoldaşı qalxıb oturdu: 
      -Bəlkə bir stəkan da cay icək?   
      -Nə deyirəm. 
      Kupe  yoldaşı  qapını  acıb  cıxdı. 
Aydın ürəyində fikirləşdi ki, yəqin cayın 
pulunu  bayaq  mən  verdim  deyə,  borclu 
qalmaq  istəmir.  Deməli,  yaxşı  insandır. 
Oturduğu  yerdən  qalxıb  tez  oturacağı 
qaldırdı.  Cantanı  necə  qoymuşdusa, 
eləcə  də  durmuşdu.  Yerində  oturdu. 
Gözlərini  pəncərədən  görünən  qaranlığa 
zillədi. 
     “Həə.  Sağ-salamt  əmanəti  verib  
qayıdım. Sabah axşam Dadaşdan o qalan 
200  manatı  da  alram.  Üstünü  də  evdəki 
pulla  düzəldib  aparıb  Familin  borcumu 
verərəm.” 
       Kücələrində  dükanı  olan  qəssab 
Famildən bayram qabağı 350 manat borc 
almışdı.  Qaynı  hələ  martın  əvvələrində 
Rusiyadan  zəng  eləmişdi  ki,  gələcəklər. 
Bayramqabağı  o  pulu  alıb  tədarük 
eləmişdi.  Bir  az  da  pul  saxlamışdı  ki, 
birdən  qonaqlar  gələndə  lazım  olar. 
Bayrama  2  gün  qalmış  qaynı  zəng 
vurmuşdu  ki,  Larisa  bir  az  qripləyib 
deyə gələ bilməyəcəklər. Aydın müəllim 
də  ürəyində  həm  qaynını  söymüşdü, 
həm  də  sevinmişdi  ki,  yaxşı  ki 
gəlmədilər.          
      Kupe  qonşusu  əlində  iki  stəkan  cay 
icəri girdi. 
     -Nə 
əziyyət  cəkirdiz.  Deyərdiz 
bələdci gətirərdi də.  
    -Əziyyəti-filanı  yoxdur.  Bələdcinin 
başı qarışıqdır. 
     Aydın  müəllim  indi  fikir  verdi  ki, 
qonşusunun  səsini  kiminsə  səsinə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə