yaranır. İstedadlı
rəssam Әdalətin jurnalda
verdiyi bədii tərtibatı ayrıca dəyərləndirmək
gərəkdir.
Sizin dərgidə yaşadığımız günlərin mənəvi
təbəddülatının, müasirlərimizin psixo
‐
logiyasında bir‐biri ilə çarpışan meyarların
işartılarını axtardım. Çox istədim ki,
senzurasız, demokratik ədəbi meyarlara
söykənən bir ədəbi ünvanda bir neçə günlük
özümə həmsöhbət tapım. Təəssüf ki, mənim
həmsöhbətlərim ya bildiklərimi, eşitdiklərimi
mənə danışır, çox halda da zəif formada, ya
da ədəbi həyata yenicə gəlmiş gənc yazarlar
yerli‐yersiz keçmişə‐gələcəyə uçurlar, lakin
bu “səyahət”in nə sosial‐ictimai məzmunu,
nə də bədii reallaşması yeni deyildir. Elə bil
bu müəlliflər bizim günlərin adamı deyillər.
Bu sayda poeziyanı Rəsmiyyə Sabir, Sakit
Sabiroğlu, Yeganə Kamal Cabbarlı, Nəsib
Nəbioğlu, Әbülfət Ülvi və Әdalət Salman
təmsil edirlər. Mərhum Adil Mirseyidin çap
olunmamış poeması dərc edilib.
Qələm əhli həssas olur. Sözün düzü, bu
saydakı şeirləri dönə‐dönə oxudum. Müəyyən
obrazlar, bütövlükdə misralar yeni təsir
bağışladı. Ancaq bütöv poetik nümunəyə
rast gəlmədim.
...Qocalıb əldən düşəndə
Ana torpaq tutar məni.
(Rəsmiyyə Sabir)
Şairlərin çox müraciət etdiyi bu motivi
Rəsmiyyə xanım orijinal ifadə edə bilib, digər
bir şeirdə isə əzəli və əbədi bir mövzuda
yeni olmaq çətinliyi ortadadır.
...Bakirə qızlar uçuşar
Atların qanadlarında.
Quşlar nalın tökəcək
Bir eşqin budaqlarında.
(Sakit Sabiroğlu)
Bu misradakı bənzətmələr mövzuya heç
uyuşmur, orijinal görünmək istəyi də
reallaşmır. Sakitin anasına müraciətlə yazdığı
şeir daxildən gəlir, ənənəvi bir mövzuda
yazılmağına baxmayaraq, səmimidir, köv ‐
rəkdir, poetik yaşantılardır.
Hazır eylə yurd‐yuvanı,
Az qalıb, çəkib gələcəm.
Bir az yır‐yığışım qalıb,
Yanına köçüb gələcəm.
Nəsib Nəbioğlu istedadlı və məhsuldar
şairdir. Әdəbi aləmdə etiraf olunmuş,
Moskvada və Bakıda sanballı kitabları nəşr
edilmişdir. Onun təqdim etdiyiniz şeirləri,
şübhəsiz, sözün poetik siqlətinə hörmət edən
qələm əhlinin məhsuludur:
Bilirsənmi, könlüm gülmür bu yazda?
Şair ruhum ayrı teldə, avazda,
Qaçıb getmə, yuxumda qal bir az da,
Məhəbbətin qoxusunu aparma.
* * *
Bizi əyən kimdi, fələk,
Ömrüm, günüm qəmdi, fələk,
Yaxşı günüm kəmdi, fələk,
Dərdimin yüzü boydayam.
Poetik təcrübə, sözün enerjisini üzə
çıxarmaq imkanı Nəsib Nəbioğlunun şeirlərini
fərqləndirir.
Ümumən, bu sayda verilən şeir nü mu ‐
nələri əsasında müəlliflərin yaradıcılıq
fərdiyyəti haqqında qəti söz demək qeyri‐
mümkündür. Ancaq bir məsələni xüsusi
qabartmaq istərdim ki, bu gün yaranan
ədəbiyyat az qala inersiya ilə yaranır,
həyatımızın, mənəviyyatımızın, bugünkü
yaşantılarımızın mənasına varmır. Bu günə
qayıdış cəhdi yerinə düşməyən obrazlar effekt
vermir.
Nəhayət, qurtarır yayın son anı,
Yaşamaq növbəsi payıza düşüb.
Elə qaralır ki, buludun qanı,
Elə bil borc alıb, faizə düşüb.
Aylıq ədəbiyyat dərgisi
5
ULDUZ /
Yanvar 2016
Burada təmsil olunan şairlərin çoxunu
şəxsən tanımıram. Hər sözün, misranın da
arxasında yaradıcılıq əzablarından halıyam.
Ancaq böyük sənətkarlıq meyarları olan
poeziyamıza bu günün yaşantılarını təzə
biçimdə görmək, buna sevinmək istərdik.
Səxavətlə yer ayırdığınız gənc nasirlərin –
Ramilə Qurbanlının, Orxan Cuvarlının, Günel
Eyvazlının yazılarında mütaliə genişliyi, yazı
mədəniyyəti hiss olunur. Ancaq yaddaqalan
əhvalatla, bədii lövhə ilə, kiçik nəsr janrının
yaddaşından süzülüb gələn təhkiyə şirinliyi
ilə rastlaşmadım.
Bu sayda ədəbiyyatşünaslıq və tənqid
daha rəngarəng formalarda təmsil olunur.
Elçinin “Baş” romanı haqqında Rübabə
Sahibin davam edəcək qeydləri onun ciddi
ədəbi nümunəyə orijinal yanaşma üsulu ilə
başlayır. Onu deyim ki, bu romanı əl ‐
yazmadan mən də oxudum. Sanballı qələm
sahiblərinin də əsər haqda yazılarından
halıyam. Müasir həyatımız haqqında əsər
sorağında olarkən tarixi hadisələrin ən müasir
təqdimini bu əsərdə tapdım. Tariximizin və
taleyimizin necə təkrar olunduğunu, necə
kəsişdiyini əks etdirən bu möhtəşəm əsərdən
böyük fəxarət duydum, bədii sözün məzmunu
və mahiyyətinə milli ictimai məna tutumu
aşılamağın bədii sirlərini gördüm. Әsər
haqqında müfəssəl yazımın dərginizdə çapına
məmnun olardım.
Güney Azərbaycan ədəbiyyatına yer
ayırmağınız da təqdir olunmalıdır. Prof.
Teymur Әhmədovun rəhbərlik etdiyi şöbənin
əməkdaşları böyük vətəndaşlıq işi görürlər.
Esmira xanımın təqdimatında Məlihə
Әzizpurun yaradıcılığı haqqında dolğun
məlumatı oxudum, ancaq qiymətlərdəki
şişirtmələrin tərəfdarı deyiləm. Təqdim olunan
bədii nümunələr də buna əsas vermir. Vüsal
Nurunun “Dorantağ” romanına həsr edilmiş
dəyirmi stol söhbəti professional tənqid
nümunəsidir. Bu formanı davam etdirmək,
yeni müəllifləri də söhbətə cəlb etməklə
istedadlı əsərləri ortaya qoymaq olar.
Vaqif Yusiflinin, Qəşəm Nəcəfzadənin,
Nuranə Nurun ədəbiyyat, Ramiz Göyüşovun
sənət haqqında düşüncələrinin hərəsində
gözə çarpan fərdilik var. Qəşəm Nəcəfzadənin
Vəfa Mürsəlqızının şeirləri haqqında yazısını
şeir kimi oxudum. Burda şairə diqqət yönəlt ‐
məyin yaddaqalan bir forması seçilib.
Yuxarıda dediyim kimi, tərcümə böl ‐
məsində bir şeirin müxtəlif şairlərin tər cü ‐
məsində təqdimi yenidir. C.Miloşun “Poeziya
sənəti” şeirinin Nəsir Әhmədli tərəfindən
tərcüməsi, mənə görə, daha uğurludur. Nəsir
Әhmədli bu şeiri Azərbaycan oxucusuna
tərcümə edib. Yəni tərcüməçi yüksək poetik
zövq sahibi olan Azərbaycan oxucusu üçün
orijinalı bizə doğmalaşdırıb. Sizə yaradıcılıq
uğurları diləyi ilə.
Aylıq ədəbiyyat dərgisi
6
ULDUZ /
Yanvar 2016