Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   2   3   4   5   6   7   8   9   ...   37

yaranır. İstedadlı rəssam Әdalətin jurnalda

verdiyi bədii tərtibatı ayrıca dəyərləndirmək

gərəkdir.

Sizin dərgidə yaşadığımız günlərin mənəvi

təbəddülatının, müasirlərimizin psixo 

logiyasında bir‐biri ilə çarpışan meyarların



işartılarını axtardım. Çox istədim ki,

senzurasız, demokratik ədəbi meyarlara

söykənən bir ədəbi ünvanda bir neçə günlük

özümə həmsöhbət tapım. Təəssüf ki, mənim

həmsöhbətlərim ya bildiklərimi, eşitdiklərimi

mənə danışır, çox halda da zəif formada, ya

da ədəbi həyata yenicə gəlmiş gənc yazarlar

yerli‐yersiz keçmişə‐gələcəyə uçurlar, lakin

bu “səyahət”in nə sosial‐ictimai məzmunu,

nə də bədii reallaşması yeni deyildir. Elə bil

bu müəlliflər bizim günlərin adamı deyillər. 

Bu sayda poeziyanı Rəsmiyyə Sabir, Sakit

Sabiroğlu, Yeganə Kamal Cabbarlı, Nəsib

Nəbioğlu, Әbülfət Ülvi və Әdalət Salman

təmsil edirlər. Mərhum Adil Mirseyidin çap

olunmamış poeması dərc edilib.

Qələm əhli həssas olur. Sözün düzü, bu

saydakı şeirləri dönə‐dönə oxudum. Müəyyən

obrazlar, bütövlükdə misralar yeni təsir

bağışladı. Ancaq bütöv poetik nümunəyə

rast gəlmədim.

...Qocalıb əldən düşəndə 

Ana torpaq tutar məni. 

(Rəsmiyyə Sabir)

Şairlərin çox müraciət etdiyi bu motivi

Rəsmiyyə xanım orijinal ifadə edə bilib, digər

bir şeirdə isə əzəli və əbədi bir mövzuda

yeni olmaq çətinliyi ortadadır.

...Bakirə qızlar uçuşar

Atların qanadlarında.

Quşlar nalın tökəcək

Bir eşqin budaqlarında.

(Sakit Sabiroğlu)

Bu misradakı bənzətmələr mövzuya heç

uyuşmur, orijinal görünmək istəyi də

reallaşmır. Sakitin anasına müraciətlə yazdığı

şeir daxildən gəlir, ənənəvi bir mövzuda

yazılmağına baxmayaraq, səmimidir, köv ‐

rəkdir, poetik yaşantılardır.

Hazır eylə yurd‐yuvanı,

Az qalıb, çəkib gələcəm.

Bir az yır‐yığışım qalıb,

Yanına köçüb gələcəm.

Nəsib Nəbioğlu istedadlı və məhsuldar

şairdir. Әdəbi aləmdə etiraf olunmuş,

Moskvada və Bakıda sanballı kitabları nəşr

edilmişdir. Onun təqdim etdiyiniz şeirləri,

şübhəsiz, sözün poetik siqlətinə hörmət edən

qələm əhlinin məhsuludur:

Bilirsənmi, könlüm gülmür bu yazda?

Şair ruhum ayrı teldə, avazda,

Qaçıb getmə, yuxumda qal bir az da,

Məhəbbətin qoxusunu aparma.

* * *


Bizi əyən kimdi, fələk,

Ömrüm, günüm qəmdi, fələk,

Yaxşı günüm kəmdi, fələk,

Dərdimin yüzü boydayam.

Poetik təcrübə, sözün enerjisini üzə

çıxarmaq imkanı Nəsib Nəbioğlunun şeirlərini

fərqləndirir.

Ümumən, bu sayda verilən şeir nü mu ‐

nələri əsasında müəlliflərin yaradıcılıq

fərdiyyəti haqqında qəti söz demək qeyri‐

mümkündür. Ancaq bir məsələni xüsusi

qabartmaq istərdim ki, bu gün yaranan

ədəbiyyat az qala inersiya ilə yaranır,

həyatımızın, mənəviyyatımızın, bugünkü

yaşantılarımızın mənasına varmır. Bu günə

qayıdış cəhdi yerinə düşməyən obrazlar effekt

vermir.

Nəhayət, qurtarır yayın son anı,



Yaşamaq növbəsi payıza düşüb.

Elə qaralır ki, buludun qanı,

Elə bil borc alıb, faizə düşüb.

Aylıq ədəbiyyat dərgisi

5

ULDUZ /

Yanvar 2016



Burada təmsil olunan şairlərin çoxunu

şəxsən tanımıram. Hər sözün, misranın da

arxasında yaradıcılıq əzablarından halıyam.

Ancaq böyük sənətkarlıq meyarları olan

poeziyamıza bu günün yaşantılarını təzə

biçimdə görmək, buna sevinmək istərdik.

Səxavətlə yer ayırdığınız gənc nasirlərin –

Ramilə Qurbanlının, Orxan Cuvarlının, Günel

Eyvazlının yazılarında mütaliə genişliyi, yazı

mədəniyyəti hiss olunur. Ancaq yaddaqalan

əhvalatla, bədii lövhə ilə, kiçik nəsr janrının

yaddaşından süzülüb gələn təhkiyə şirinliyi

ilə rastlaşmadım.

Bu sayda ədəbiyyatşünaslıq və tənqid

daha rəngarəng formalarda təmsil olunur.

Elçinin “Baş” romanı haqqında Rübabə

Sahibin davam edəcək qeydləri onun ciddi

ədəbi nümunəyə orijinal yanaşma üsulu ilə

başlayır. Onu deyim ki, bu romanı əl ‐

yazmadan mən də oxudum. Sanballı qələm

sahiblərinin də əsər haqda yazılarından

halıyam. Müasir həyatımız haqqında əsər

sorağında olarkən tarixi hadisələrin ən müasir

təqdimini bu əsərdə tapdım. Tariximizin və

taleyimizin necə təkrar olunduğunu, necə

kəsişdiyini əks etdirən bu möhtəşəm əsərdən

böyük fəxarət duydum, bədii sözün məzmunu

və mahiyyətinə milli ictimai məna tutumu

aşılamağın bədii sirlərini gördüm. Әsər

haqqında müfəssəl yazımın dərginizdə çapına

məmnun olardım.

Güney Azərbaycan ədəbiyyatına yer

ayırmağınız da təqdir olunmalıdır. Prof.

Teymur Әhmədovun rəhbərlik etdiyi şöbənin

əməkdaşları böyük vətəndaşlıq işi görürlər.

Esmira xanımın təqdimatında Məlihə

Әzizpurun yaradıcılığı haqqında dolğun

məlumatı oxudum, ancaq qiymətlərdəki

şişirtmələrin tərəfdarı deyiləm. Təqdim olunan

bədii nümunələr də buna əsas vermir. Vüsal

Nurunun “Dorantağ” romanına həsr edilmiş

dəyirmi stol söhbəti professional tənqid

nümunəsidir. Bu formanı davam etdirmək,

yeni müəllifləri də söhbətə cəlb etməklə

istedadlı əsərləri ortaya qoymaq olar.

Vaqif Yusiflinin, Qəşəm Nəcəfzadənin,

Nuranə Nurun ədəbiyyat, Ramiz Göyüşovun

sənət haqqında düşüncələrinin hərəsində

gözə çarpan fərdilik var. Qəşəm Nəcəfzadənin

Vəfa Mürsəlqızının şeirləri haqqında yazısını

şeir kimi oxudum. Burda şairə diqqət yönəlt ‐

məyin yaddaqalan bir forması seçilib.

Yuxarıda dediyim kimi, tərcümə böl ‐

məsində bir şeirin müxtəlif şairlərin tər cü ‐

məsində təqdimi yenidir. C.Miloşun “Poeziya

sənəti” şeirinin Nəsir Әhmədli tərəfindən

tərcüməsi, mənə görə, daha uğurludur. Nəsir

Әhmədli bu şeiri Azərbaycan oxucusuna

tərcümə edib. Yəni tərcüməçi yüksək poetik

zövq sahibi olan Azərbaycan oxucusu üçün

orijinalı bizə doğmalaşdırıb. Sizə yaradıcılıq

uğurları diləyi ilə. 



Aylıq ədəbiyyat dərgisi

6

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə