Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   2   3   4   5   6   7   8   9   ...   37

uşaqlıqdan dürüst adam olmağa öyrədiblər.

Daha doğrusu, hər zaman valideynlərimdə

dürüstlük, namus, vicdanla işə yanaşmaq,

yalnız halal əməklə dolanmaq görmüşəm.

Görüb‐götürmüşəm. Onlar mənə bunları

deməyiblər. Özüm görə bilmişəm və gö ‐

türmüşəm. Әlbəttə, çox adam görür belə

şeyləri, amma hamı götürə bilmir. Və

xoşbəxtəm ki, onlardan bu şeyləri gö 

türmüşəm. Qalan şeyləri həyat öz yoluna



qoyur...

‐ Deyəsən, möminliyin də var? Dinə



münasibətin...

‐ Mömin deyiləm. Möminlər sırf dindar

adamlardır, onlar dini ayin və mərasimləri

ən xırda detallarına qədər yerinə yetirirlər.

Mən Allahı sevirəm və başımın üstündə

həmişə Onu hiss edirəm və Ona inanıram.

Bəlkə elə buna görə də qorxmuram, yalan

danışmıram və çox şey də istəmirəm. Qoy

bir əhvalat da danışım. Bu da mənim başıma

gəlib: uşaq vaxtı bir dəfə anam məni məscidə

aparmışdı. Orada çoxlu arvad vardı; hamı

ağlayırdı, sinəsinə, dizinə döyüb ah‐vay

edirdi. Arvadlardan biri başda oturmuşdu,

gildir‐gildir göz yaşı töküb deyirdi: ”Şəhid

olan Hüseyn, vay! Susuz qalan Həsən, vay!”

Anam ağladı, mən də özümü saxlaya bilməyib

ağladım. Mərasim qurtarandan sonra arvadlar

durub bayıra çıxdılar. Basabas düşdü. Biz

və bir neçə qonşumuz axıra qalmışdıq. Anam

və qonşularımız kandarda ayaqqabılarını

xeyli axtardılar, tapmadılar. Onların

ayaqqabılarını geyinib getmişdilər. Anam və

qonşularımız ayaqqabısız lehməli küçəylə

evə döndülər. Yaxşı ki, mənim ayaqqabılarım

yerindəydi. Buna ürəyimdə sevindim. Amma

indiyədək hələ də anlaya bilmirəm ki, anam

və qonşu arvadlar nə üçün ağlayırdılar...Biz

hansı günahın sahibiyik? Axı nə üçün Şərq

ağlayır, Qərb isə gülür? Bax, bu suallara indi

də cavab tapa bilmirəm. Bir neçə il bundan

qabaq Avropa şəhərlərinin birində idim,

şəhərin mərkəzi küçəsində qədim bir kilsə

gördüm. Maraqlandım. Yerli yazıçı

dostlarımdan biri məni o kilsəyə apardı. İçəri

gül kimiydi, adam ayaqqabılarını çıxartmaq

istəyirdi. Biz hərəyə bir şam yandırdıq, Allaha

dua etdik. Bizimlə yanaşı duran xeyli adam

da üzlərini xaça və göyə tutub nəsə pıçıl ‐

dayırdılar. Basabas yox idi. Mən astaca

dostumdan soruşdum:

‐ Onlar nə deyirlər?

‐ Allahdan günahlarının bağışlanmasını

diləyirlər, ‐ dedi.

‐ Yəni bu qədər adam hər gün bu qədər

çox günah işlədir?

‐ Bəli... Biz hər gün günah işlədirik. Və

hər gün də günahlarımızın bağışlanmasını

Allahdan diləyirik...

Mərasimdən sonra bir keşiş bizə içki təklif

etdi. Almadan düzəldilmiş spirtli içki idi.

Bayıra çıxanda başımız dumanlı, hava isə

ətrafdakı küçə və xiyabanlar kimi tərtəmiz

idi. Həyat gündəlik səliqə‐sahmanıyla, saat

dəqiqliyi ilə döyünürdü...

‐ İçkiyə meyillisən?

‐ Yox! Toylarda, bayram günlərində, ad

günlərində ovqatım yaxşı olanda qədərində

içirəm. Әvvəldən beləyəm. Oğlanlarıma da

bu prinsipi gözləməyi məsləhət görmüşəm.

Sağ olsunlar, hələ ki yaxşıdı...

‐ Deyəsən, ailəcanlısan?

‐ Әlbəttə. Ailə hər şeydən ucadır. Ailə

dövlətdir. Әgər millət, xalq ailənin,  dövlətin,

Vətənin və dinin ondan nə tələb etdiyini

bilmirsə, onun başı hər zaman qalmaqalda

olar.


‐ Deyirlər, abırlı adamın çörəyi olmaz...

‐ Səhv fikirdir. Mənim həmişə çörəyim

olub. Hətta işsiz qalan vaxtlarımda da. Bir‐

birinə bənzəyən iki əhvalat danışım. Bunlar

da mənim başıma gəlib: «Yazıçı» nəşriyyatı

mənə Cek Londonun seçilmiş əsərlərinin

tərcüməsini tapşırmışdı. Tərcümələri

vaxtından qabaq təhvil verdim. Sovet

dövrüydü, işsiz vaxtlarım idi. Rəhmətlik

Әjdər Xanbabayev də nəşriyyatın

direktoruydu. Getdim nəşriyyata, gördüm

mənə bir “paçka” «iyirmi beşlik» ‐ qonorar

yazıblar. Həm sevinirəm, həm də

təəccüblənirəm ki, bu qədər pul, görəsən,

mənimkidir? Birdən səhv olar? Bu şübhələrlə

də girdim Әjdər müəllimin kabinetinə, əlimdə



Aylıq ədəbiyyat dərgisi

9

ULDUZ /

Yanvar 2016



də pullar, açıq şəkildə. Utana‐utana dedim

ki, Әjdər müəllim, bunlar çoxdu axı! Mənə

eynəyinin arxasından baxdı və hökmlə, həm

də bir ata hökmüylə dedi:

‐ A bala, get kef elə! O, sənin halal

qazancındır!

Həmin gün evimizdə toy‐bayram oldu.

Bir necə il bundan qabaq «Azərbaycan»

jurnalına bir tərcümə gətirmişdim. Baş

redaktor İntiqam Qasımzadəyə dedim:

‐ İntiqam müəllim, bu, yaxşı əsərdir, verin,

heç vaxt çap olunmayıb Azərbaycanda. Mənə

qonorar‐zad da lazım deyil...

İntiqam müəllim təəccüb dolu baxışlarını

mənə zillədi, bir anlıq məni başdan‐ayağa

süzdü, sonra dedi:

‐ Niyə qonorar lazım deyil? Sənin balaların

yoxdu bəyəm?

O, mənə rəhmətlik Әjdər Xanbabayevi

xatırlatdı. Bu sözləri eşidəndə çox kövrəldim.

Axı indi mənim işim‐gücüm vardı, evə maaş

aparırdım. Nə isə... İntiqam müəllim o

tərcüməni jurnalda verdi və mənə çoxlu

qonorar yazdı. Qonorarı alıb evə aparan gün

evimizdə yenə toy‐bayram oldu...

‐  Tərcümələr, hekayələr, povestlər,



pyeslər, publisistik yazılar... xidməti

fəaliyyət... ictimai işlər... bunları neçə

çatdırırsan? Adam bir işin qulpundan yapışa

bilmir...

‐ Adam istəsə, yüz işin qulpundan yapışar.

Amma istəmək lazımdır... Buna həm də ürək

lazımdır, üstəgəl bacarıq, qabiliyyət, enerji,

hövsələ, sevgi...Әlbəttə, bizim dünyada

istedadlı adamın yaşayıb‐yaratması çox

çətindir. Adamlar daha çox onlara gündəlik

stimul gətirən parlaq və gurultulu reklamlara

meyillidirlər. Çox vaxt onlar üçün istedad,

yaxud əsl sənət meyarları maraqlı olmur.

Məlumdur: hamı yaşamaq istəyir! Və hamı

yaxşı yaşamaq istəyir! Amma yaxşı yaşamağın

yolu və sirri də müxtəlifdir. Məncə, gözə

çarpmadan yaşamaq daha rahatdır. Amma

sizə deyim ki, gözə çarpmadan yaşamaq da

çox vaxt insana ruhi sakitlik gətirmir. Çünki

o, doğulandan eqoistdir, iddialıdır və

şöhrətpərəstdir. İnsan həmişə görünmək

istəyir; görünmək azdır, həm də seçilmək

istəyir. Seçilmək azdır, həm də hər şeyə sahib

olmaq istəyir. Bu sahiblik atəşi ölənə kimi

onu yandırır. Bir də ayılıb görür ki, nəyə

sahib olmağa çalışırdısa, o, əslində heç nədir.

Heç nə! 


Mən də həmvətənlərim kimi bu günün,

sabahın havası barədə tez‐tez düşünürəm.

Hərdən fikirləşirəm ki, elmi‐texniki tərəqqi

insan şüurunun ölümünə hesablanıb və şüur

yavaş‐yavaş ölürsə, deməli,  elm də öləcək;

lakin çıxış yolu var‐əgər insan dinə və sənətə

elmin gözüylə baxsa, əgər dövlətlər və

cəmiyyətlər siyasi məqsədlərini kənara qoyub

silah və ölüm «preparat»ları istehsalını

dayandırsalar və texniki tərəqqi deyilən

prosesi qrupların mənafeyinə və qazancına

yönəli məqsədlərə çevirməsələr, xilas olmağa

ümid var. Bunun üçün nə etməli? Tarixdən

bəlli bir bilgi var: nəhəng, xırda dövlətlər və

onları idarə edən gizli qüvvələr dinin və

sənətin cəmiyyətlərə təsiretmə gücündən

qorxurlar və onlar bilirlər ki, insanın ruhu

və qəlbi onun şüurundan daha həssas və

kövrəkdir. Bu həssas və kövrək nöqtələri

məhz din və sənət yoldan çıxara bilər, onları

asanlıqla arxasınca apara bilər. Buna görə

də din və sənəti hər zaman boğub köləlikdə

saxlamaq üçün hər cür vasitələrdən istifadə

edirlər. Bu vasitələrdən biri də elmi‐texniki

tərəqqidir və onlar da bu ad altında şüura

təsir edə biləcək müxtəlif üsullar fikirləşib

tapır, həyata keçirirlər. Әgər sağlam əqidəli

adamlar İnsanın şüurunu yox, ruhunu və

qəlbini elmin predmetinə çevirə bilsələr, bizi

gözləyən fəlakətlərdən qurtula bilərik. Mənim

hazırda çapda olan «Dördüncü Möhür» adlı

romanımın əsas qayəsi məhz budur; nə qədər

ki, elm qəlbi və ruhu öyrənə bilmir,

cəmiyyətlər, ailələr, fərdlər müsibətlərə düçar

olacaq, nəhəng dövlətlər xırda dövlətləri

sıradan çıxarıb  məhv edəcək. 

‐ Hər şeydən danışırsan, ədəbiyyatdan

başqa...

‐ Yox, yenə də yox! Bura qədər

danışdıqlarımın, yazdıqlarımın hamısı

ədəbiyyat deyilmi? Әslində, ədəbiyyat mən



Aylıq ədəbiyyat dərgisi

10

ULDUZ /

Yanvar 2016



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə